felsefe. emin

pol EMIN98 20 Yan 2013 / 20:50
MÖVZU №3. Qədim Şərq ölkələrində fəlsəfi fikir.
Plan:
1.Qədim Babilstanda fəlsəfi fikir, Bilqamıs dastanı
2.Qədim Misir mifologiyasında tanrılar panteonu
3.Qədim Hind fəlsəfəsi
4.Qədim Çin fəlsəfəsi
5.Avesta və zərdüştilik
Babilistanda fəlsəfə. Yunanca Mesopotamiya adlanan qədim İkiçayarası ölkəsi Ön Asiyada yerləşir. Cənubi Mesopotamiyada ilk dövlətlər bizim eradan əvvəl IV– III minilliklərdə yaradılmışdır. Bu dövlətlərin özlərinin qoşunları, keşikçiləri və məmurları var idi. Burada padşahı «böyük adam» adlandırırdılar. Həmin dövlətləri yaradanlar Şumer və Semit tayfaları olmuşdur.
Mesopotamiyada ilk insanlar hələ Paleolit dövründə görünməyə başlamışdır. Neolit dövründə isə İkiçayarasının məskunlaşması daha yüksək sürətlə getməyə başladı. Ovçuluq və yığıcılıq artıq məhsuldar və əlverişli olmadığından daha mütərəqqi təsərrüfat növünə keçmək lazım idi. Köçəri həyat tərzindən oturaq həyat tərzinə keçid əkinçiliyə, maldarlığa, sənətkarlığa meydan açırdı.
Ümumiyyətlə, İkiçayarası xalqlarının allahlar panteonu həm zəngin, həm də maraqlıdır. Burada Şumer, Akkad allahları ilə yanaşı, Babilistan padşahlığı dövrünün allahları da yerləşdirilmişdir. Əlbəttə Babil allahlarının əksəriyyəti Şumer allahlarıdır. Ancaq Babilstanda onları qəbul edərkən xeyli hissəsinin adlarını dəyişsələr də, onların funksiya və vəzifələri dəyişmədən qalmışdır. Şumerlərdə allahların daxili dünyasının ierarxiyası mövcud olmuşdur. Yəni hər bir allah özünə məxsus mövqe tutmuşdur. Çünki allahlar panteonu cəmiyyət və dövlət qaydalarına uyğun təşkil edilmişdir. Allahlar ierarxiyasının zirvəsində əvvəllər Şumer allahı Anu dururdu. O, özünə göylərdə məskən seçmiş səma allahı idi. Digər allahlar isə onun övladları sayılırdı. Lakin Anu allahının bu cür yüksək mövqeyinə baxmayaraq, ona nisbətən çox az məbədlərdə pərəstiş edirdilər. O, əlçatmaz və insanlara düşmən mövqedə olan kimi anlaşılırdı və onlara müxtəlif bəlalar göndərirdi. Ona görə də onunla dindarlar arasında heç vaxt yaxınlıq və etibarlılıq münasibətləri yaranmamışdı. Təsadüfi deyildir ki, elə Şumer dövründə Anunun yerini bir sıra münasibətlərdə oğlu Enlil tutmağa başlamışdı.
Şumer allahı Enlil (bunu çox vaxt «küləklər hökmdarı» kimi tərcümə edirlər) baş allah mövqeyinə qaxdı. O, talelər cədvəlinə ma¬lik idi və bunun sayəsində dünyanın taleyini qabaqcadan görə bilir¬di. Eyni zamanda təbiətin məhsuldarlığı və adamların həyatı haqqında də hökm verə bilirdi.
Enlil təbiətin dağıdıcı qüvvələri– tufan, daşqın və s. hakimi olduğundan öz şıltaqlığına əsasən adamları cəzalandıra bilərdi. Adamları, eləcə də yer üzərində mövcud olan bütün canlıları məhv etmək üçün dünya daşqınını o göndərmişdir. Mifoloji qəhrəmanlar Bilqamıs (Gelqameş) və Enkidunun başına gələn bütün bəlaların da səbəbkarı odur. Bütün bu misallar bir daha göstərir ki, atası Anu kimi Enlil də qorxunc cəza verən allah imiş və insanlar üçün onun etimadını qazanmaq olduqca çətin olmuşdur.
Enlilin əksi olan allahı Şumerlər Enki, sonrakı Semit xalqları isə Eya adlandırırdılar. Eya su dibi allahı olub Enlilin oğlu idi. Şumerlərin fikrincə, müdriklik suyun dibində yerləşir. Ona görə də Şumerlər bütün biliklərinə görə Eyaya borcludurlar. Eya sənətin, müdrikliyin və elmin hamisi hesab olunurdu. Şumerlərə görə, yazı Eyanın sayəsində kəşf edilmişdi. Eyanın əqli insanlara imkan verir ki, yerin gizli qatlarının və səmanın sirlərinə yiyələnsin. Eya xəstəliklərin, bədbəxtliklərin və s. mənfi hadisələrin çarəsini bilirdi. Ona gizli cadugərlik və s.məlum idi. İnsanlar kömək və məsləhət üçün ona müraciət edirdilər. Dünyanın yaranması haqqında epik əsatirə görə, Eya insanları gildən yaradaraq əjdaha Kinqunun qanı ilə onlara can vermişdir. Bilqamıs haqqında dastanda göstərilir ki, Enlilin hökmü ilə adamların məhv olmasının qarşısını kəsən Eya hiyləyə əl atmışdır. Eyaya tapşırılmışdı ki, insanların məhv olacağı haqqında onlara məlumat verilməsin. Allahlarla birlikdə Eya da and içmişdi ki, insanlara məlumat verməyəcək. Lakin Eya bir vasitəyə əl atmışdı. Sirrini qamış daxma vasitəsilə Utnapiştiyə demişdi:

[cavab]

pol nikow 20 Yan 2013 / 20:55
qaqamsan deysen tarixi yaxsi bilirsen heeee

[cavab]

pol EMIN98 20 Yan 2013 / 20:56
normal kompda var idi kopyaladim.

[cavab]

pol EMIN98 20 Yan 2013 / 20:57
deriliyine getsek cox maraqlidi

[cavab]

pol Ayan01 20 Yan 2013 / 21:57
Cox maraqlidi e

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1584 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az