20 YANVAR FACIESI

pol Memo 20 Yan 2013 / 18:12
20 Yanvar faciəsi — 1990-cı
il, yanvarın 19-dan 20-nə
keçən gecə Sovet ordusunun,
erməni quldur dəstələri ilə
birgə Azərbaycan xalqına
qarşı həyata keçirdiyi terror
aktı.
Azərbaycanın azadlığı və
ərazi bütövlüyü uğrunda
mübarizə tarixinə
qəhrəmanlıq səhifəsi kimi
daxil olmuş 1990-cı ilin 20
yanvarında ölkəmizə qarşı
ərazi iddiaları irəli sürən
Ermənistanın təcavüzkar
hərəkətlərindən və keçmiş
SSRİ rəhbərliyinin onlara
havadarlığından hiddətlənən,
Bakının küçələrinə və
meydanlarına çıxaraq buna öz
qəti etirazını bildirən geniş
xalq kütlələrinə qarşı sovet
ordusunun döyüş hissələrinin
yeridilməsi Azərbaycanda
misli görünməmiş faciəyə
gətirib çıxardı. Həmin faciəli
günlərdə öz ölkəsinin,
xalqının azadlığını, şərəf və
ləyaqətini hər şeydən uca
tutan mərd Vətən övladları
canlarından keçərək şəhidlik
zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız
insanların qətli ilə
nəticələnən 20 Yanvar faciəsi
Mixail Qorbaçov başda
olmaqla cinayətkar imperiya
rəhbərliyinin Azərbaycana
qarşı xəyanətkar siyasətinə
dözməyən, öz azadlığına,
müstəqilliyinə can atan
xalqımızın həm də
mübarizliyini, əyilməzliyini,
məğrurluğunu nümayiş
etdirdi.
1990-cı ilin 20 yanvarında
keçmiş sovet dövlətinin hərb
maşınının Azərbaycan xalqına
qarşı həyata keçirdiyi qətllər
insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən biri kimi
bəşər tarixində qara səhifə
olaraq qalacaqdır. Milli
azadlığı, ölkəsinin ərazi
bütövlüyü uğrunda
mübarizəyə qalxmış dinc
əhaliyə divan tutulması,
kütləvi terror nəticəsində
yüzlərlə günahsız insanın
qətlə yetirilməsi və
yaralanması totalitar sovet
rejiminin süqutu ərəfəsində
onun cinayətkar mahiyyətini
bütün dünyaya bir daha
nümayiş etdirdi.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ
RƏHMƏT ETSİN!!

[cavab]

pol EMIN98 20 Yan 2013 / 18:19
Allah rehmet elesin

[cavab]

pol *_FeRiD_* 20 Yan 2013 / 18:23
Allah rehmet etsin

[cavab]

pol Boss555 20 Yan 2013 / 18:34
Allah bütün wehidlerirehmet elesin

[cavab]

pol xanlarov 20 Yan 2013 / 18:40
Allah rehmet elesin amin

[cavab]

pol AZE911 20 Yan 2013 / 19:45
ALLAH BUTUN SEHİDLERİMİZE REHMET ELESİN

[cavab]

pol nina* 20 Yan 2013 / 22:11
azadliq verilmir,tokulen qanlar verilen canlar hesabina alinir...20 Yanvar gunu hem faciemiz hem de qurur gunumuzdu.cunki azadligimizin temeli o vaxtdan qoyulmaga bawladi...Allah butun wehidlerimize rehmet elesin

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1649 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az