Tek övlad

pol Dost 14 Yan 2013 / 18:28
Azərbaycanda tək uşaqlı ailənin övladı yenidən hərbi xidmətdən azad oluna bilər.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bir qrup deputat bu təşəbbüslə çıxış edib.


Bir qrup deputatın təklifi ilə bununla əlaqədar olaraq “Hərbi xidmət keçmə haqqında” qanuna dəyişikliklərin müzakirəsi gözlənilir. Təklif parlamentin yaz sessiyasında müzakirəyə çıxarıla bilər. Dəyişiklik qəbul olunarsa, bu, ailədə yalnız tək olan övlada şamil olunacaq.


Qeyd edək ki, bu hal Azərbaycanda əvvəllər mövcud olsa da, 2008-ci ildə qeyd olunan qanuna edilən dəyişiklikdən sonra ailənin tək övladı da artıq hərbi xidmətə cəlb olunur.


Məsələ münasibət bildirən parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc APA-ya bildirib ki, bir sıra millət vəkili bu məsələnin tərəfdardır: “Lakin şəxsən mənim mövqeyim ondan ibarətdir ki, qanuna bu kontekstdə dəyişiklik edildiyi halda ailənin tək övladlarının arxa cəbhədə xidmətini təşkil etmək lazımdır, nəinki birdəfəlik xidmətdən azad etmək. Çünki ailə planlaşmasına nəzər salsaq, Azərbaycanda on minlərlə ailədə tək övladlılıq mövcuddur. Eyni zamanda tək övladın hərbi xidmətdən azad olunması bir çox ailələrə stimul verə bilər ki, gələcəkdə tək övlada üstünlük versinlər”.


Millət vəkili bildirir ki, istənilən halda bu məsələnin müvafiq qurumlar tərəfindən ciddi araşdırılmasına və sonra geniş müzakirəsinə ehtiyac var.


Qeyd edək ki, ötən həftə hərbi xidmət zamanı ölən əsgər Ceyhun Qubadov da ailənin tək övladı olub.

[cavab]

pol Ferid63 14 Yan 2013 / 18:34
melumat: anspress

[cavab]

pol Sago 14 Yan 2013 / 18:35
Insallah. Tek ovladam. Birde ki, rusiya ucotundayam yeni esgerlikde rusiyada olma ehtimalim boyukdur. Qerar cixsa yaxsi olar. Dost təşəkkür məlumata görə.
red. Sago (14.01 /18:36)

[cavab]

pol Dost 14 Yan 2013 / 18:38
Sago, Deymez)he qerar çixa biler ama onda Azerbaycanin yarisi esger getmesin gerek

[cavab]

pol Sago 14 Yan 2013 / 18:40
Dost, yo qaqa Azerbaycanda tek ovlad olan aileler cox azdi )

[cavab]

pol Dost 14 Yan 2013 / 18:41
Sago, görekde ne olacaq

[cavab]

pol EMIN98 14 Yan 2013 / 19:03
İndi az olar. 20 ilden sonra yarısı ola biler. Çünki daha çoxuşaqlılıq azalır

[cavab]

pol Dost 14 Yan 2013 / 19:04
EMIN98, he eger bu qanun qebul edilse dahada çoxalacaq.

[cavab]

pol fermer_187 14 Yan 2013 / 19:07
getdim qardawimi oldurmeyE :) mene bicaq verinnnn:)

[cavab]

pol EMIN98 14 Yan 2013 / 19:13
Dost, he.

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.134 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az