Sahib olduglarinin deyerini bil .

pol Memo 13 Yan 2013 / 20:45
Bir zamanlar bir psixologiya
kitabında oxuduğum bir hissə
vardı…
Həyatın və sahib olduqlarının
qiymətini bilmək üçün tövsiyə
edilən bir metod var idi
içində… Deyilirdi ki;
"Hərdən özünüzü çox pis hiss
etdiyinizdə, həyatın sizin üçün
çəkilməz hala gəldiyini
düşündüyünüzdə özünüzə 10
dəqiqə ayırın və öz cənazə
mərasiminizi düşünün"…
Cümləni ilk oxuduğum zaman
çox təəccüblənmişdim…
Mən girişdə daha müsbət yazı
və tövsiyə gözləyirdim…
Amma "öz ölümümüzü və
cənazəmizi" düşünməyimiz
tövsiyə edilirdi…
Tüklərim tikan-tikan oldu və
yazarın axmaqladığını
düşündüm o an…
Amma ön mühakimə düşməni
biri olaraq oxumağa davam
etdim … Deyirdi ki; "bunları
düşündüyünüzdə dünyadakı
yerinizi, dünyanı tərk
etdiyinizdə meydana gələcək
boşluğu, sevdikləriniz və sizi
sevənlər üçün əhəmiyyətinizi
anlayacaqsınız…
Xüsusilə insanların sizin üçün
nələr söyləyəcəklərini, onlar
üçün nə ifadə etdiyinizi hiss
etməyə çalışın…"
O andan geriyə dönmək
şansınız olmadığını, həyat
deyilən kreditinizin
qurtardığını və onlara cavab
vermə şansınızın olmadığını
düşünün… Təkrar sarılma, bir
dəfə daha öpmə ehtimalınızın
olmayacağını hiss edin…
Dünyadakı küslüklərin,
ayrılıqların, döyüşlərin
yanında bu ağrının və geri
dönülməzliyin qorxunc
çarəsizliyini yaşayın…
Buraxın canınız incinsin,
buraxın alovlar içində
qovrulsun bütün ruhunuz…
Orada, o mərasimdə düşünün
özünüzü… Seyr edin bu an
ətrafınızda olanların üz
ifadələrini… Ağıllarından və
ürəklərindən keçən cümlələri
xəyal edin…
Kitaba davam etmədən kənara
atdım və gözlərimi bağlayıb
eynilə düşünməyə başladım…
anamı, atamı, qardaşımı ,
sevdiyimi və digər bütün
ətrafmı oturtdum tək-tək öz
cənazə mərasimimdəki
yerlərinə…
Bir-bir yerləşdirdim
tabutumun ətrafına hamısını…
Həyatımda çox nadir hallarda
bu qədər canım incinmişdi…
Görürdüm "qızımmm…" deyə
ağlayan anamı…
Niyə getdin...səninlə
yaşanacaq çox hekayəmiz
vardı deyən sevdiyimi…
Anam, ciyərindən bir parça
canlı-canlı qoparılmış kimi
həm içinə həm xaricinə
axıdırdı gözyaşlarını…
Qardaşlarım, qohumlarım
"çox erkən getdi, doya
bilmədi həyata.." deyirdi
ağrıyan səs tonlarıyla…
Və dostlarım… Onlar da çaşqın
idi… Bəzisi "daha dünən
birlikdəydik, necə olar.."
deyirdi…
Bunları seyr edib onlara "xeyr
ölmədim, buradayam.." demək
istədim xəyal olduğunu
unudub…Sonra başa düşdüm
yazıçının nə demək istədiyini
daha davamını oxumadan
kitabın…
Əhəmiyyətini başa düşmək
əhəmiyyətli bir anlayışdır…
Bəlkə də heç ağılımıza
gəlməyən və gəlməyəcək bir
anlamanı göstərmək istəmişdi
yazıçı… Kitabı oxumağa nə
gücüm qalmışdı, nə də
istəyim…
Almalı lazım olan dərsi və
mesajı almışdım… İndi nə
kitabın adını nə də yazıçısını
xatırlamıram…
Yaxınlarımda buraxdığım
izləri, yaşananları və yaşana
bilməyənləri əldən keçirərək
mən danışdıracaqdım
xəyalımda…
İçlərini oxuyacaqdım, ssenari
mənə aid olaraq…
Yaşayarkən nələr yazmışdım,
ölümümlə nələr
oxuyacaqdım…
Yazarın məqsədi "Yaşamanın
və hələ nəfəs alır olmanın
qiymətini göstərmək idi…"
Mənim də elə…
Sözü çox uzatdım bilirəm…
Amma həyat dediyimiz həlli 2
sətirlə yekunlaşdırıla
bilməyəcək qədər girintili və
çıxıntılıdır…
Mən o gün qurduğum o
xəyalla, canımın bütün
yanmasına baxmayaraq
YENİDƏN DOĞULDUM…
Kompüter diliylə "format
atdım həyatıma"…
Sahib olduqlarımın fərqinə
vardım və hələ nəfəs alır
olduğum üçün şükr etdim…
Gözlərimi açdığım anda o pis
və ağrılı səhnə bitmiş, oyun
pərdəsi enmişdi…
Yaxşı ya xəyal deyil də,
həqiqət olsaydı və pərdə bir
daha açılmamaq üzrə
bağlansaydı…
Bu da final. Bu yazını bura
qədər oxumanıza dəyər
məncə…
Bəlkə pis oldunuz amma
davamını gətirsəniz buna
dəyər məncə…
Mən bu axşam melanxoliyəm
və bir az şişirtmiş ola
bilərəm…
Məncə bu yazını yalnız
oxuyaraq buraxmayın…
HƏRDƏN BU YAZIDAN
ALDIQLARINIZI DÜŞÜNÜN VƏ
HƏYATINIZI NƏZƏRDƏN
KEÇİRİN…
Ölümün kimə və nə vaxt
gələcəyini Uca ALLAHdan
başqa bilən yoxdur. Məhz
buna görə hazır yaşayarkən
və nəfəs alarkən edə
biləcəklərinizi edin, təxirə
salmayın…
Bilərək - bilməyərək
qırdığınız ürəkləri təmir
edin…
Sizi sevənlərə və
sevdiklərinizə daha çox
zaman ayırın…
Və ən əhəmiyyətlisi;
SAHİB OLDUĞUNUZ HƏR ŞEY
ÜÇÜN, TƏKRAR -TƏKRAR ŞÜKR
EDİN UCALAR UCASI
YARADANa…

[cavab]

pol *_FeRiD_* 13 Yan 2013 / 20:50
hele ozumamisam ureyimin siresi cekildi hele oxumamisam...

[cavab]

pol ROM@NTIK 13 Yan 2013 / 21:03
bunedi bezdim oxumaqdan yarisin oxudum bes eder

[cavab]

pol EMIN98 13 Yan 2013 / 21:31
Yarıya qeder oxudum. Çünki söhbetin neden getdiyin anladım. Düşünmüşemde.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1227 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az