ADINI SEN ?QOY
*AsKoLiK*
13 Yan 2013 / 15:19
Sən getdin... sənsizlik mənimlə qaldı, Üzsüz qonaq kimi getmək bilmədi. Sən getdin... könlümü qüssə-qəm aldı, Günlər aya döndü, otmək bilmədi... Sən getdin... dəyişdi fəsillər bir-bir, Guya, bu yoxluğa alışdım mən də. Silib xəyalları sətirbəsətir, Ayaqda qalmağa çalışdım mən də. Sən getdin... kölgənə dönüm, istədim, Sən keçən yolları keçə bilməyə. Bitib-tükənməyən dözüm istədim, Qəmi damla-damla içə bilməyə. Sən getdin... köksümdə bir eşq yarası, Mənə yoldaş oldu elə o gündən. Qarışdı hər şeyin rəngi, sırası... Küsdüm səni alan kəm taleyimdən. Sən getdin... ölmədim, yaşadım, niyə? Yaşadım lal olan nəğməkar kimi... Eşqini könlümdə daşıdım, niyə? -Sanki həyatımda hələ var kimi... Sən getdin... əlimdən, söylə, nə gəlir? Guya, bu yoxluğa alışdım mən də... Amma ki, hər dəfə qəlbim titrəyir Səsinə bənzəyən səs eşidəndə...
[cavab]
kavkazech
13 Yan 2013 / 16:25
[cavab]
Bölmeye qayıt
0.1299 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az