Aglamadim...
Memo
12 Yan 2013 / 02:06
Ağlamadım..
Hər dəfə doluxsundum
ağlamaq istədim. Hər dəfə
bağışladım sevilmək istədim.
Ürəyimin döyüntüsünü
dinlədim məni sevdiyini
eşitmək üçün. Qoxunu iylədim
güllərin ətrini almaq üçün.
Telini oxşadım səni uyutmaq
üçün.
Hər dəfə də doluxsundum
ağlamaq istədim.
Ağlamadım..
Bəlkə səni itirməkdən
qorxdum. Səni itirməmək üçün
ağlamadım. Axı göz yaşımın
hər damlasında sən vardın.
Gözlərim məndən xəbərsiz
ağladı göz yaşlarım içimə axdı
və alov kimi yandırıb-yaxdı.
Ürəyim yandı qışqırmaq
istədim. Susdum. Dodağım-
dodağımdan qopmamaq ucun.
Hər dəfədə doluxsundum
ağlamaq istədim.
Ağlamadım..
Güldüm. Təbəssümümü sənə
bağlamaq üçün. Röyalarımda
səni görmək istədim. Hər gecə
yuxuma gəlməyin üçün. Sevgi
bağımızda çiçək olmaq
istədim sənin əllərinlə
dərilmək üçün. Ocaq olmaq
istədim səni nəfəsimlə
isitmək ucun. Ağzında dilin
olmaq istədim sözünün
şirinliyini dadmaq üçün.
Dodağın olmaq istədim
öpüşlərin olmaq üçün. Sənin
olmaq istədim dəli kimi
sevdiyim üçün.Xəyal olmağını
istədim heç kəsin səni
görməməyi üçün. Kar olmanı
istədim fəryadımı eşitməmək
ucun. Lal olmanı istədim
başqasını sevdiyini
deməməyin üçün.
Hər dəfə də doluxsundum
ağlamaq istədim.
Ağlamadım..
Artıq heçnə istəmirəm
olmayacağını bildiyim üçün.
Hönkürüb ağlamaq istədim
ürəyimi boşaltmaq üçün.
Ağlamadım..
Həmişəlik urəyimdə olduğunu
bildiyim üçün !!!
[cavab]
_Bozkurt_
12 Yan 2013 / 02:17
bravo
[cavab]
_Bozkurt_
12 Yan 2013 / 02:17
Aglamaq qadagandir.
Movzu baglidir.
[cavab]
Memo
12 Yan 2013 / 02:31
_Bozkurt_, tәzә qaydadi ki ?))
[cavab]
_Bozkurt_
12 Yan 2013 / 02:39
Memo, hmm
[cavab]
Kamran7
12 Yan 2013 / 04:21
Memo, boyuk menasi var,insani duwunmeye vadar edir,twk
[cavab]
Meymunka
12 Yan 2013 / 04:43
Tshkr. Sanki menim ucun yazmisan:-(
[cavab]
muamar
12 Yan 2013 / 11:35
Bu memo'nun mövzularına heyranam
:)
[cavab]
Bölmeye qayıt
0.1608 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az