Hәyat mәnә hәyati başa saldi.

pol Memo 9 Yan 2013 / 02:32
Heçnə və heç kim kənardan
göründüyü kimi deyil.Necə
ki,ağ və qara bir-birinə əks
rənglərdir.Eləcə də insanlar
bir-birinə əksdir.Onları
tanıdıqca fərqlərini üzə
çıxarırsan,özünün daxili
aləmini kəşf eləyirsən.Özünü
daha fərqli bir insan
bilirsən.Əvvəllər düşünürdüm
insanlar
eynidir,bərabərhüquqludur.
Amma heç də elə
deyil.Kənardan bir
pəncərədən baxdıqda anladım
ki,gözünüzün
deyib,qulağınızın
eşitdiklərinə inanmayın.Hər
kəsin içində yalanlar
gizlidir.Ən məsum insan belə
qəlbində yalan daşıyır.Elə
bilirsən bu həyatda səni
düşünənlər var?Yalandır!Bu
fani həyatda səni səndən
başqa ve ailenden başqa heç
kəs düşünmür.Səni səndən
daha yaxşı heç kəs anlaya
bilməz.Ona görə bu həyatını
düşünmə gələcəyini
düşün.Yaşadıqca keçmiş
səhflərinə görə
utanacaqsan.Amma bir
müddət də keçəcək.Qəlbinin
yaraları sağalmağa
başlayacaq.Sən yenə hər kəsə
inamağa
başlayacaqsan.Həyatın
nəbzini tutmaq
istəyəcəksən.Yenə
fərqliliklər axtarışında
olacaqsan.Yenə həyatının
mənasını başqalarında
axtarassan.
Sev!Sevil!bu dünyada amma
dərinliklərə getmə.Boş burax
biraz sevgiyi.Qoy o özü
qanadlasın.Amma ipinidə
əlindən vermə.Sevgiyə inan
amma daxilinə ümid
vermə,insanlara
inanma.Sonda əzabı sən
çəkəcəksən.Çox kaşkilər
deyəcəksən.Amma heç bir
fayda verməyəcək.Niyə
verməlidir axı?Özün
bilərəkdən öz həyatını məhv
et!Sonda de ki,kaş belə
olsaydı,kaş elə olsaydı.Ona
görə də heç kəsin ağlına
uyma!Amma qəlbinin də səsini
dinləmə o səni çaşdıra bilər
çünki səni elə bir uçuruma
sürükləyər ki,o uçurumdan
ömür boyu yaxanı qurtara
bilməssən.Bəlkə də
qurtularsan amma daim zədəli
qalarsan.Yaşım azdır düzdür!
Amma mən həyatı çox gözəl
başa düşürəm!Ən
məsum,mələk kimi görünən
insanın belə içindəki
şeytanlıqları görə
bilirəm.Mən insanları
yaşadıqca çox yaxşı
tanıyıram.Başa düşürəm hər
birinin
istəklərini,mənfəətlərini,
gülünclüklərini,adlıqlarını
çox gözəl başa
düşürəm.Onların yalnız
özüləri üçün yaşadıqlarını da
bilirəm.Ona görə mən də
özümə görə yaşayacam.Mən
də eee cəhənnəm olsun
deyəcəm..Çünki həyat bundan
ibarətdir.Pisə qarşı,pis!
Yaxşıya qarşı yaxşı olmağı
bacarmalısan.Həyat bir
oyundur baxır kim yaxşı
oynayır rolunu.Rolunu yaxşı
oynayan daim irəlidə
olacaq.Ən əsası gözün daim
açıq qalmalıdır.Bax onda sən
irəli gedə biləcəksən.Həyat
mənə bu yazdıqlarımdan da
artığını başa saldı.
Həyat mənə ən əsası özümə
dəyər verməyi öyrətdi.

[cavab]

pol Hari 9 Yan 2013 / 02:35
ela..

[cavab]

pol Dost 9 Yan 2013 / 02:36
Maraqli idi.twk

[cavab]

pol Worzakon 9 Yan 2013 / 02:55
Memo, dogrudu

[cavab]

pol ejla 9 Yan 2013 / 03:08
heyat mene coook acimasizca davranir

[cavab]

pol nikow 9 Yan 2013 / 03:09
elbetde heckesen guven yoxdur

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1319 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az