Çox Gözəl Bir Hekayə(by:*_Murad_*)
*_Murad_*
6 Yan 2013 / 01:17
Yolda gedərkən, yeriməyə çalışan
bir uşaq
gördüm. Əlindəki dəyənəkləri
çətinliklə
qaldırır və gövdəsi çox tutmayan
bədəni ilə
bir sağa bir sola yellənirdi. 13 – 14
yaşlarında olardı.
Sanki ovsunlanmış kimi onu
izləyərkən,
birdən yerə yıxıldı.
Dərhal yanına qaçaraq qaldırmağa
çalışdım.
Səssizcə ağlayırdı.
- “İNŞALLAH ki, bir yerin
ağrımamışdır, olur
belə şeylər, əsla kədərlənmə.”
dedim.
- “Kədərlənmirəm. Onsuz mən çox
kədərlənmirəm.” dedi
- “Yaxşı bəs niyə ağlayırsan?”
deyə
sorusdum.
- “Qolum ağrıdı, onun üçün hər
halda” dedi.
Baxmaq üçün köynəyinin
qolunuqaldırdım.
Sağ əli biləyindən tam kəsik idi..
Buna görə
bir dəyənəyi, digərindən fərqli idi.
Ayağa qalxdığında:
- “Gündə bir neçə dəfə yıxılmağa
alışdım.
Keçən il yıxılanda, əlim
avtomobilin altında
qalmışdı.”dedi.
Söyləyəcək söz tapmaqda çətinlik
çəkirdim.
Təsəlli etmək üçün:
- “Kədərlənmə! Daha pis şeylər ola
bilərdi.”
dedim.
üzümə baxaraq:
- “Kədərlənmirəm” deyə gülümsədi
və
”Onsuz mən çox kədərlənmirəm”
dedi.
- “Bir az əvvəl eyni şeyi təkrar
etmişdin.
Niyə belə söylədin? deyə sual
verdim.
Titrəyən bədənini, bacardığı qədər
dikəldərək:
—“çünki mən, ALLAHa inanıram.
ONA inanan
kəslər ölümsüz bir bədənə sahib
olmayacaqmı? Üstəlik də
sapsağlam bir
bədənə.” deyə cavab verdi.
Bu səfər susdum, nədənsə bir şey
söyləyə
bilmədim.
Təşəkkür edib yanımdan ayrıldı.
O kiçik qəhrəmanın arxasından
baxarkən,
"Görəsən hansımız daha
xoşbəxtik?" deyə
düşünürdüm..
[cavab]
YeTiM
6 Yan 2013 / 02:09
asssyyy .........
[cavab]
MATROS
6 Yan 2013 / 03:02
Cox gozel ve me'nali bir hekaye
[cavab]
@zerbaycan
6 Yan 2013 / 04:00
ALLAHA INANAN AMA HEQIQETEN INANAN HER BENDE XOWBEXTDIR.
[cavab]
Meymunka
6 Yan 2013 / 19:22
Tshk. Cox gözeldi.
[cavab]
EMIN98
6 Yan 2013 / 21:56
Ay da çox pis oldum. Tanrı o cür insanların qarşısına onlara kömek edecek birin çıxarar İnşallah. Esas o dünyamız yaxşı olsun.
[cavab]
Bölmeye qayıt