Yaman darixmisam senin ucun (VoRZakONE)

pol VoRZakONE 30 Dek 2012 / 17:49
Yaman darıxmısam səninçün,yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan
Sevgini gizlətmək mahalmış,demə!


Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı,bu necə haydı?
Öhdəmdən gələrdim…Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı…


Yaman darıxmışam…Bu nədir yenə
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.



Yaman darıxmışam…Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı,mən darıxmağı
Zamana ən uzun ölçü sanardım…



Yuxuma gəlmişdin…Qısıldıq küncə
Danışdıq…Yel əsdi…Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm…
red. VoRZakONE (30.12 /17:50)

[cavab]

pol nina* 30 Dek 2012 / 18:03
Öhdəmdən gələrdim...Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı....

elaaa weirdi..B.Vahabzadenindi?

[cavab]

pol VoRZakONE 30 Dek 2012 / 23:25
nina*, yox xanim sairin olsa oz adimi yazmazdim..

[cavab]

pol nina* 30 Dek 2012 / 23:27
VoRZakONE, siz yazmisiz?mumkun deyil axi men tam yadimda deyil ama ne vaxtsa bunu hansisa kitabdan oxumuwam

[cavab]

pol kaktus21 31 Dek 2012 / 02:03
nina haqlidi.bu Bextiyar Vahabzaden seiridi:)

[cavab]

pol murad2003 31 Dek 2012 / 17:00
Bextiyar Vahabzadenindir 100 %.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2129 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az