İSLAMDA QADAĞAN EDİLƏN YENİ İL VƏ NOVRUZ KİMİ BAYRAMLARIN QEYD EDİLMƏSİ haqda melumat imza:PRINCE

pol PRINCE 30 Dek 2012 / 05:45
Salam eziz oxucular bu gunlerde qeyd etmeye hazirlawdiginiz yenil ve novruz haqda geniw melumat tapdim buyrub oxuyub emel edek bu haqda melumatim az oldugu ucun susurdum artiq daha cox melumatim oldu deye susmaga haqqim yox idi
red. PRINCE (30.12 /05:50)

[cavab]

pol PRINCE 30 Dek 2012 / 05:45
MƏCUSİLƏRİN (zərdüştlərin) BAYRAMI OLAN NOVRUZUN TARİXİ



Novruz kəlməsi farsсa olub “yeni gün” deməkdir. Novruzun tarixdəki yeri isə ixtilaflıdır. Tapdıgımız qaynaqlardan bəziləri aşagıdakılardır.

1-ci görüşə görə. İranda vaxtı ilə Dahhaq adında zalım bir hökmdar var idi. Xalqa işgəncə verirdi. Buna görə xəstələnən bu zalım hökmdara həkim şəkilində görünən şeytan, ağrıyan yerinə insan beyninin vurulması halında ağrısının duracağını söyləyir. Dahhaq edam məhkumlarından birinin başını kəsib beyninin gətirilməsini əmr edir. Qısa zamanda istəyi yerinə yetirilir və gətirilən beyin ağrıyan yerə vurulur. Ağrı dursa da, qısa bir zamandan sonra təkrar başlayır. Təkrar bir adamın başını kəsdirıb beynini ağrıyan yerin üzərinə vurdurur. Ağrılar kəsilir və bir müddət sonra bütün şiddəti ilə təkrar başlayır. “Daha bir beyin, daha bir beyin” deyərkən edam məhkumları tükənir. Sonra digər məhkumların baş kəsilmə işi başlayır. Bunları da qurtardıqdan sonra, müdafiəsiz xalq təbəqəsindən bir-bir yaxalanıb və başının kəsilib beynin çıxardılması işləri yayğın hala gəlir.

Bir gün Kavə adında bir dəmirçinin gözləri önündə oğlunu alıb aparırlar. Övladının edama aparılmasının acısını bütün şiddəti ilə qəlbində hiss edən Kavə yüksək bir şey üstünə çıxıb fəryada başlayır və belə deyir: "Ey əhali, bu zülmə nə zamana qədər dözəcək və bu zillətə nə vaxta qədər səbr edəcəksiniz? Bu zalım bu gün mənim oğlumu gözümün önündə aparıp ağrısının durması üçün boynunu cəllada təslim etdi. Bu gedişlə bir gün də sizin oğlunuz və nəhayət hamınız bu zalımın bıçağı altında can verəcəyik. Mənim arxamdan gəlin, bunun işinə son verək" deyir.

Ürəyi yanıq Kavənin sözləri ətrafındakı insanların gözlərini yaşardır və təsir altına salır. O, qabagındakı dəri önlüyü...bayraq edir və xalqın önünə düşür. O, öndə, xalq da onun arxasında gedərkən, vəziyyəti başadüşən insanlar küçələrə çıxıb Kavənin arxasına düşürlər və nəhayət sarayına daxil oub Dahhaqı öldürürlər və yerinə xalqın rəğbətini qazanmış olan Fəridun adında şəxsi keçirıb İrana şah edirlər.

Bu hadisə Rumi təqvimlə Martın doqquzuncu gününə rastlayır. Xoş və yeni bir günün başlamasına işarət olaraq "Novruz" adı verilmişdir”.

“Mehrican Farsca “məhriqan” kəlməsindən törəmişdir...Rəvayətə görə məşhur Fəridun Şah bu gün Dahhaqa qarşı qələbə çalmışdır.” (Fətavayi-Hindiyyə)

Bu hadisə İrana aid tarixi bir hadisədir. Bizim üçün şanını yüksəltməyə deyil, ibrət almağa səbəb olacaq bir gündür. İranda Məcusilərin qeyd etdiyi bu günə dəyər vermək ona qarşı hörmət qoxusu daşıyacağından yasaqlanmışdır”.

[cavab]

pol PRINCE 30 Dek 2012 / 05:46
2-ci görüşə görə: «Cəmşid İranda ilk hökumət quran Pişdani oğullarının dördüncü hökmdarıdır. 800 il səltənət sürmüş, 500 il İranda kimsə xəstə olmamışdır. Bunun üçün milləti özünə ibadət etdirmişdir. Martın 20-сi günü taxta çıxdığı üçün bugünə Novruz (yeni-gün) deyərək yeni-il və dini bayram etmişdir. Bu qeyri-müsəlman bayramı İranda bu gün də qeyd edilir. Cahillər İranda və başqa islam diyarlarında islamiyyətdən əvvəl yaşamış olan kafirlərin bayramlarını və adətlərini, bugün meydana çıxararaq, əcdad yadigarı deyir, millətə bunları etdirib dindən çıxarırlar. Cəmşid min yaşında ikən Şəddadın qardaşı olan Dahhaq ilə müharibədə öldürülmüşdür». («Səadəti əbədiyyə», (s.1086)

«Din düşmənləri müsəlmanları aldatmaq üçün qeyri-müsəlmanların adətlərini, bayramlarını müsəlman adəti, müsəlmanların mübarək günü deyərək, bunların qeyri-müsəlman(bayram) olduğunu örtməyə çalışırlar.

Böyük Konstantinin xristianlıq dininə qarışdırdığı Noel gecəsini və Cəmşidin ortaya çıxardığı məcusi bayramı olan Novruzu, milli bayram olaraq tanıdırlar. Müsəlmanların bu günlərdə bayram etmələrini istəyirlər. Gənс və saf müsəlmanlar bunlara aldanmamalıdırlar. Dinini bilən xalis müsəlmanlara soruşub öyrənməlidirlər. Bugün bütün dünyada həm dini həm də dinsiz inancları tanımamaqda, cahillər üçün üzr deyildir. Məşhur (vacib) olan dini məsələləri bilmədiyi üçün aldananlar Cəhənnəmdən qurtulmayacaqdır. Allah-təala bu gün dinini dünyanın hər tərəfinə bildirmiş, imanı, halalı, haramı, gözəl əxlaqı öyrənmək asanlaşmışdır. Bunları lazımınсa öyrənmək Allah-təalanın əmridir ». (İbni Abidin, c 5, s 481)

“Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir!». (Bəqərə 96)

Razi (r.h) təfsirində: Bu müşriklərin məcusilər olduğu söylənmişdir. Çünki onlar krallarına "Min novruz, min mehrican yaşa" deyirdilər. İbn Abbasdan (r.a) bunun iranlıların "min il yaşa" məna­sında söylədikləri rəvayət edilmişdir…». Razidən tamam oldu.

Novruz farsсa olub “yeni gün” deməkdir. Günəş o gün Həml bürсünə girir. Köhnə Şəmsi təqvimdə ilbaşıdır. Mehriсan isə novruzun qarşılığıdır, son baharda (sentyabrın 22-də) olur. Günəş Tərəzi bürсünə o gün girir. Gecə ilə gündüz bu günlərdə bərabərdir. Bu günlər hava nə çox soyuqdur nə də isti. Əvvəlki astronomların bu iki günü bayram etdikləri, münəccimlərin xalq üzərindəki nüfuzları səbəbilə digər insanlara da təqlid edilib mənimsəndikləri, beləcə o iki günün bayram olaraq qeyd edilməsinin ümumi bir hala gəldiyi təxmin edilmişdir. İslam dini hər bir mədəni müəssisəsində istiqlaliyyəti, orijinallığı əsas aldığına görə bu cahiliyyə adətini də qaldırıb bütün möminlərə ilahi mənşəli iki bayram gətirmişdir. Bayramların daha xeyirli olanlarla dəyişdirilməsi ayrı bir əhəmiyyət daşıyır. Beləcə o günlərin qeyd edilməsi və o günlərdəki əyləncə tərzi kökdən dəyişdirilmiş olur”.

[cavab]

pol PRINCE 30 Dek 2012 / 05:46
İSLAMDA QADAĞAN EDİLƏN BAYRAMLARI, ADƏT VƏ ƏNƏNƏLƏRİ
BİLDİRƏN BƏZİ AYƏLƏR



“Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali İmran 85).

“(Ya Rəsulum!) Sən kitab əhlinə hər cür dəlil gətisən də, onlar sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!” (Bəqərə, 145).

“Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə (dünyada da, axirətdə də Onun əzabından heç bir) kömək olunmaz!” (Maidə, 51)

“Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə Allahdan qorxun!” (Maidə, 57)“

...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin...” (Maidə 2).

“Allah Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız” (Nisə, 140).

“Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) şəxsləri boşla getsinlər” (Ənam, 70).

“Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız)...” (Hud, 113).

[cavab]

pol PRINCE 30 Dek 2012 / 05:47
İSLAMDA QADAĞAN EDİLƏN BAYRAMLARI, ADƏT VƏ ƏNƏNƏLƏRİ

BİLDİRƏN BƏZİ HƏDİSLƏR VƏ İSLAM ALİMLƏRİNİN İZAHLARI



Ənəs b. Malik (r.a) demişdir: Rəsulullah (s.a.) Mədinəyə təşrif etdikdə, Mədinəlilərin əyləndikləri iki günləri var idi. Rəsulullah (ə.s):

- Bu günlər nəyin nəsidir? - dedi.

- Biz cahiliyə dövründə bu günlərdə əylənirdik (ya Rəsulallah),-dedilər.

Rəsulullah (ə.s):

- Şübhəsiz Allah sizə bu günlərin yerinə daha yaxşılarını: Qurban və Fitr günlərini (Qurban və Ramazan bayramlarını) verdi, - buyurdu”. (Hakim, əl-Mustədrək, 1/294; Əhməd, 3/103, 235, 250)

“əl-Kəlbi belə deyir: Uca Allah hər bir qövmə təzim göstərəcəkləri və Uca Allaha namaz qılıb ibadət edəcəkləri bir bayram təyin etmişdir. Hər bir qövm bayram günlərini oyun və əyləncə etdi. Bundan Muhəmməd (ə.s) ümməti müstəsnadır. Onlar bayram günlərini namaz, zikr və sədəqə verdikləri günlər olaraq bildilər. Cümə, Ramazan və Qurban bayramı günləri kimi”. (Kurtubi təfsiri, (7/55-58).

Peyğəmbərimiz (ə.s) buyurdu: Sizdən əvvəlkilərin yolunu qarış-qarış təqib edirsiniz. Onlar kərtənkələ deşiyinə girsələr, siz də onların ardınca gedərsiniz. Soruşduq:

- Ey Allahın Rəsulu, onlar yəhudi və xristianlardırmı? O da:

- Bəli, başqa kim olar ki? -dedi”. (Buxari, Müslim).

Peyğəmbərimiz (ə.s) buyurdu: “Onlardan biri küçədə anası ilə zina etsə, siz də edərsiniz” (Hakim).

Peyğəmbərimiz (ə.s) buyurdu: “Bizdən başqasının sünnəti ilə əməl edən bizdən deyil”.

Abdullah İbn Ömər (r.a) nəql edir: Rəsulullah (ə.s) belə buyurmuşdur: «Kim bir qövmə bənzəyərsə, onlardandır». (Əbu Davud, Libas 4; Müsnəd)

Bu hədisdə şiddətli yasaq və qorxunc təhdid vardır. Qeyri-müsəlmanlara əməl və görüşdə, geyməkdə və bayramlarda, ibadət və bizim üçün qanuni sayılmayan digər hallarla bənzəməkdən çəkindirmə vardır”. (İbn Kəsir təfsiri, Bəqərə, 104)

Şəklən bənzəmənin nəticədə etiqadi bənzəməyə səbəb olacağını anladır. (İbn Haldun, Müqəddimə, 1374-75)

İnsan ancaq sevdiyini, böyük gördüyünü təqlid edər. Şəkli təqlid etiqadi təqlidə aparır. İttifaqla qəbul edilən bu fıqhi qayda budur:

"Müsəlmanın bir başqa dinin əlaməti olan bir işi öz ixtiyarı ilə etməsi küfrdür".

İmam Malikin yoldaşlarından biri demişdir ki, Novruz günü (o günü təzim üçün) bir qarpız kəsən sanki donuz kəsmiş kimidir. Dolayısı ilə müsəlman belələri ilə oturması, kəsmədə və bişirmədə onlara yardımçı olması ilə günahkar olmuş olur". (Türkmani, Kitabul-uma fil-havadisi vəl-bida 1/293-94)
“Beləcə bunun içinə müşriklərin bayramları ilə günahkarların toplantıları da girər. Çünki şər əhlinə qarışıb onların işlərinə müşahidə edən, onların toplantı yerlərində olan bütün bu günahlarda onlara ortaq olmuş olur. Çünki orada olma və seyr etmə o işə razı olmanın dəlilidir. Hətta bu o işlərin edilməsinə və çiçəklənmısinə bir səbəbdir. Çünki onları o işi etməyə sövq edən şey seyr edənlərin onu heyranlıqla seyr edib arzu ilə baxmasıdır”. (Razi təfsiri, Furqan 68-71, (17/286)

[cavab]

pol PRINCE 30 Dek 2012 / 05:47
İmam Rəbbani (q.s) deyir: «Xəstəlikdən qurtulmaq üçün bütlərdən, heykəllərdən, papazlardan, (oddan) yardım gözləmək şirkdir. Bu hal müsəlmanlar arasında yayılmışdır. Ehtiyaclarını bütlərdən, heykəllərdən istəmək kafirlikdir. Nisə surəsi, 59-сu ayətində məalən, «Onlara, kafirlərə inanmayın dediyim halda, onlar kafirlərin sözləri ilə hərəkət edirlər. Şeytan onları aldadır» - buyuruldu. Qadınların çoxu bilməyərək bu bəlaya düşür. Nə olduqları bilinməyən bəzi adlardan yardım gözləyib bunlarla bəladan qurtulmaq istəyirlər. Qeyri-müsəlmanların adətlərini, kafirlik əlamətlərini edirlər. Xüsusilə, çiçək xəstəliyi zamanında bu bəla yaxşılarında da, pislərində də görülür. Bu şirkdən qurtula bilən və kafirlik əlamətlərindən birini etməyən qadın çox azdır.

Hinduların bayram günlərinə [və atəşə tapınanların Novruz günlərinə və xristianların Noel gəcələrinə və digər pasxalarına, yeni il bayramına] hörmət etmək və o zamanlarda onların adətlərini onlar kimi etmək şirk olur. Küfrə səbəb olur. Qeyri-müsəlmanların bayramlarında müsəlmanların cahilləri və hələ qadınlar qeyri-müsəlmanların etdiklərini edirlər. Bu günləri müsəlman bayramı zənn edir və kafirlər kimi bir-birlərinə hədiyyə göndərirlər. Əşyalarını, süfrələrini qeyri-müsəlmanların etdiyi kimi bəzəyirlər. O gecələri başqa gecələrdən fərqləndirirlər. Bunların hamısı şirkdir, kafirlikdir. Yusif surəsindəki ayətdə, «Biz, Allahu təalanın varlığına, birliyinə, hər şeyi yaradan O olduğuna inandıq, müsəlman olduq deyənlərin çoxu, başqalarına ibadət və itaət edərək və daha bir çox hərəkətləri və sözləri ilə müşrik olurlar» - buyuruldu». («Məktubat», 3-сü сild, 41-ci məktub)

İmam Rəbbani (q.s) deyir: “Cəhənnəmdə əbədi olaraq yanmaq kafirliyin cəzasıdır. Burada deyilir ki, bir kimsə imanı var ikən kafirlərin ...adətlərini edər, onların ibadətlərinə, adətlərinə, bayramlarına qiymət verərsə, alimlərimiz bu kimsənin imanının gedəcəyini, mürtəd olacağını bildirir. Zamanımızdakı müsəlmanların çoxu bu bəlaya yaxalanmışdır. Alimlərimizin bu sözünə görə zamanımızda Hindistandakı müsəlman deyilən insanların çoxu Cəhənnəmdə əbədi əzab çəkəcəklər. Halbuki, Peyğəmbərimiz (ə.s) buyurdu ki, “Qəlbində zərrə qədər imanı olan Cəhənnəmdə əbədi olaraq qalmayacaq, çıxarılacaqdır”. Sən buna nə deyirsən?

[cavab]

pol PRINCE 30 Dek 2012 / 05:48
Cavab: Belə deyirik ki, bir kimsə dində inanılması lazım olan şeylərdən bir dənəsinə belə inanmamış və ya şübhə etmişsə və ya bəyənməmişsə imanı gedər. Kafir olur. Cəhənnəmdə əbədi yanacaqdır. Bir kimsə Kəlməyi-tövhid söyləyib bunun mənasını qəbul edər, Muhəmməd (ə.s) Allah-təalanın Peyğəmbəridir, hər sözü doğrudur, gözəldir” deyib, “ona uyğun olmayanlar yanlışdır, pisdir” deyə inanırsa və son nəfəsində də elə ölüb axirətə bu iman ilə gedərsə, lakin bu kimsə kafirlərə məxsus olan adətlərə və bayramlara qatılar, kafirlərin müqəddəs bildikləri günlərində və gecələrində onların etdiklərini edərsə, Cəhənnəmə girər. Amma qəlbində zərrə qədər imanı olduğu üçün (yəni qısaca inandığı üçün) Cəhənnəmdə sonsuz qalmaz.

Bu fəqir (İmam Rəbbani özünə işarət edir)bir gün bir xəstə ziyarətinə getmişdim. Ölüm halında idi. Qəlbinə təvəccüh etdim (yönəldim,baxdım) qaralmışdı. O zülmətin təmizlənməsi üçün çox çalışdım. Fayda vermədi. Uzun zaman xladıqdan sonra o qaraların kafirlik bulaşıqlıqları və sifətləri olduğu və kafirlər ilə və küfr ilə olan bağlılığından, bərabərliyindən olduğu anlaşıldı. O qədər çalışdığım halda, o zülmətlər təmizlənmədi. Bunların ancaq küfrün cəzası olan Cəhənnəm atəşi ilə təmizlənəcəyi anlaşıldı. Fəqət qəlbində zərrə qədər iman nuru da görüldüyündən, bunun sayəsində Cəhənnəmdən çıxarılacaqdır. Xəstəni bu halda görüncə, cənazə namazını qılımmı, deyə düşüncəyə daldım. Qəlbimi uzun zaman yoxladıqdan sonra qılmaq lazım olduğunu anladım. Demək ki, qəlbində iman var ikən [zərurət olmadığı halda belə] kafirlərlə oturub-duran, onların bayramlarına, pasxalyalarına uyanların cənazə namazlarını qılmalıdır. Bunları kafir bilməməlidir. Bu kimilərə bu gün [Hindistanda] belə edilir. Bunların imanları sayəsində Cəhənnəmdən çıxacaqlarına inanmalıdır. Fəqət heç imanı olmayanlara [Muhəmməd aləyhissəlamın bir sözünü və adətini belə bəyənməyənlərə] əfv və məğfirət yoxdur və küfrlərinin qarşılığı olaraq Cəhənnəm əzabında sonsuz qalacaqlar.

Xülasə, kafirlərin adət və mərasimlərinə qatılanda zərrə qədər iman varsa, Cəhənnəm əzabına girəcəksə də, Cəhənnəmdə əbədi qalmayacaqdır. İmanı olanlardan böyük günah işləyən [və tövbə etmədən ölən]lərə gəlincə, Allah-təala bu günahları istərsə əfv edər, istərsə günahı təmizlənincəyə qədər Cəhənnəmdə əzab edər...Cəhənnəm əzabı istər sonsuz olsun, istər bir zaman olsun, küfr üçün və küfr sifətləri və bulaşıqlıqları üçündür.

Küfrdən...çəkinən iman sahiblərinin etdikləri böyük günahlar ya imanları hörmətinə, cənabi Haqqın mərhəməti ilə və ya qəlb ilə tövbə və dil ilə istigfar edərək və bədən ilə xeyirli bir iş edərək və ya şəfaətə qovuşmaları ilə əfv olunur. Günahda qul haqqı varsa, haqq sahibi ilə halallaşmaq lazımdır. Belə əfv olmayanlar dünya sıxıntıları və dərdləri ilə və ya son nəfəsdə can verərkən çəkəcəkləri zəhmətlər ilə təmizlənir. Bunlarla da təmizlənməzsə, bəziləri qəbir əzabı çəkməklə əfvə qovuşur. Bəziləri isə qəbir əzabı və sıxıntıları və qiyamət gününün şiddətləri ilə əfv olunub günahları bitər və Cəhənnəm əzabı ilə təmizlənməyə ehtiyac qalmaz. Ənam surəsinin 82-ci ayətində məalən: (İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!) buyuruldu. Bu ayət sözümüzün doğru olduğunu göstərir. Çünki burada (zülm) şirk deməkdir. Hər şeyin doğrusunu ancaq Allah-təala bilir”. (Məktubati Rəbbani, 1/266)

[cavab]

pol MaSSaKa36 30 Dek 2012 / 05:48
artiq türkleri erebleshdirirler...

[cavab]

pol PRINCE 30 Dek 2012 / 05:48
NOVRUZ VƏ YENİ İL MÜNASİBƏTİ İLƏ BİR ŞEY ALIB SATMA,TƏBRİKLƏŞMƏ,

HƏDİYYƏLƏŞMƏ PROQRAMLAR ÜÇÜN SİFARİŞ EDİLƏN DƏVƏTNAMƏ, KART VƏ S. EMAL ETMƏ DOĞRUDURMU?



“Novruz və Yeni il kimi günlərdə həm müsəlmanlarla, həm də kafirlərlə hədiyyələşmək dogru deyildir. Çünki bu cür hərəkətlər belə günlərə dəyər verildiyinin əlamətidir. Halbuki Allahın Rəsulu (ə.s) qeyri-müsəlmanların bayramlarına etibar edilməməsini əmr etmişdir. "Bir qövmə bənzəyən onlardandır".

Bir çox alimlər bayramlarının xaricində də qeyri-müsəlmanlarla hədiyyələşməyi uyğun görməmişlər. Çünki hədiyyələşmə dostluğun əlamətidir. Sevgiyə vəsilədir. Halbuki Allah təala; "Ey iman edənlər! Mənim və sizin düşməniniz olan (kafirləri) özlərinə sevgi bəslədiyiniz dostlar etməyin" buyurmuşdur. O halda hər nə səbəblə olursa olsun, qeyri-müsəlmanlara hədiyyə vermək və onların hədiyyələrini qəbul etmək doğru deyildir” (“Sünəni Əbu Davud tərcümə və şərhi”, 4/257-258).

“Biri belə dedi: “Ey möminlərin anası, bizlərin əcəmlərdən süd analarımız vardır. Onlar bayramları olduqda, bizə o bayramlarda hədiyyə verirlər. Biz on­ların göndərdikləri bu hədiyyələrdən hər hansı bir şey yeyəkmi? Hz. Aişə (r.a) bu cavabı verir: “O gün üçün kəsilənlərdən yeməyin. Ancaq ağaclarının meyvələrindən yeyə bilərsiniz”. (Kurtubi, Bəqərə,173, (2/465-466)

"Məcusilərin Novruz (yeni gün, yeni il) təbriklərinə qatılmaqla da kafir olur. Çünki bunda onların o gün etdikləri şeylərə hörmət mənası vardır. Daha əvvəl pulla almadığı bir şeyi yemə içmə üçün deyil, Novruz gününə təzim üçün alması, yenə o günü qeyd edən şirk əhlinə bir yumurta vəya bir şey hədiyyə etməsi də eynidir (yəni kafir olur)". (Fətavayi Hindiyyə)

“İbni Mukatildən soruşurlar: Kiçik bir uşağın atası onun müəlliminə və ya onun tərbiyəçisinə novruz və mehrican (və yeni ildə) günlərində bir hədiyyə versə, nə olur?. İmam belə demişdir: Əgər onlar tərəfindən istənilməmişsə, verilməsində bir zərər yoxdur”. (Fətavayi-Hindiyyə: 9/334-346)

“Novruz və Mehrican adına vermək dogru deyildir. “Camiul-Əsğar” müəllifi belə demişdir: “Novruz günü bir müsəlmanın digərinə o günü təzim etmədən (hörmət göstərmədən) hədiyyə verməsi küfr olmaz. Ancaq uyğun olanı hədiyyəni o gün verməmək və o qövmə bənzəməmək üçün ya bir gün öncə və ya bir gün sonra verməkdir”. (Fətəvayi-Hindiyyə, 14/409)

[cavab]

pol PRINCE 30 Dek 2012 / 05:48
“Məcusilərə tabe olub novruzda onlarla birlikdə çıxıb o gündə onların etdiyini etmək küfrdür. Bir kimsə yemək, içmək üçün deyil, sırf Novruz gününə təzim olsun deyə, başqa zaman satmadığı bir şeyi satarsa, küfr olur.

Novruz günü məcusilərə (və ya yeni il günü xristianlara) təzim (hörmət) məqsədilə onlara bir yumurta belə hədiyyə etmək küfrdür. Qeyri-müsəlmanların işini gözəl görən kimsə küfrə girmiş olur. Bu ittifaqla belədir.” («Fətavayi Hindiyyə», с. 4)

«Novruz və ya Mehriсan (və ya Yeni il) günlərində bunların adlarını söyləyərək hədiyyə vermək haramdır. Bu günləri bayram bilərək vermək küfr olur. Bu günlərə hörmət əlaməti olaraq kafirə yumurta verən kafir olur. Bu günlərdə bir şey almaq da belədir. Hər zaman aldığı şeyi alarsa, kafir olmaz». (“Durrul-muxtar”, 5/481).

«Novruz günü məcusilərin bayramıdır. O gün məcusilərin yanına gedib onların etdiklərini etmək küfrdür. O gün bayram edən müsəlmanın imanı gedər və xəbəri olmaz». («Bəzzaziyyə» fətvası)

"Novruzda (Yeni ildə) bir müsəlman digərinə bir şey hədiyyə etsə, amma bununla da o günə hörməti düşünmüş olmasa, ancaq bəzi insanlar o günə məxsus belə bir şey tətbiq etsə, bunu edən kafir olmaz. Ancaq o günlərdə etməməsi, daha öncə və ya daha sonra etməsi lazım gəlir. Ta ki, onlara bənzəmiş olmasın.

İmam Əbu Hafs demişdir: "Bir adam Rəbbinə əlli il ibadət etsə, sonra Novruz (Yeni il) gəldikdə, o günü qeyd etmək üçün şirk edənlərdən birinə bir hədiyyə göndərsə, kafir olur". (Bəzzaziyə 6/333)

Əbu Hafsıl-Kəbir deyir: "Bir mömin novruz (həmçinin yeni il) bayramında o günə hörmət əlaməti olaraq bir müşrikə bir yumurta hədiyyə etsə, Allaha küfr etmiş olur, bütün əməlləri düşər".

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1833 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az