İSLAMDA QADAĞAN EDİLƏN YENİ İL VƏ NOVRUZ KİMİ BAYRAMLARIN QEYD EDİLMƏSİ haqda melumat imza:PRINCE

pol PRINCE 30 Dek 2012 / 05:49
1. Novruz və Yeni il kimi başqa inancların əlaməti olan günlərə o günə təzim məqsədilə qatılmaq, eyni məqsədlə o günlərdə təbrikləşmək və hədiyyələşmək, yenə eyni məqsədlə kəsmək üçün bir şey almaq, yemək, ziyafət vermək, eyni məqsədlə bu cür bayramlara qatılmaq küfrdür. Bunu etmiş və tövbə etməmiş bir insanın imanından, nikahından, ibadətlərinin boşa getməsindən qorxulur.

2. Belə zamanlarda belə zamanlara xas kəsilməli heyvanları və s. şeyləri sırf qidalanmaq üçün almaq, poçtun ucuz xidmətindən yararlanmaq üçün təbrikləşmək küfr deyilsə də, onlara (istəyərək şirk edənlərə) bənzəmə və onların bu işlərini yayma və qanuni göstərmə mənası daşıdığından təhlükəli və zərərlidir.

3. Hind toyuğu kimi sırf o günlərə məxsus şeyləri o günlərdə fasiqlərə satmaq, günahda yardım mənası daşıdığından, haram ya da təhrimən məkruhdur. Ancaq alacağı pul haram deyildir. Haram və günah olan o işi etməsidir.

4. Novruzu və Yeni ili qeyd etmək üçün mətbəə sahiblərinin dəvətnamə, afişa, kart və s. şeyləri çap etmələri də eynidır. Yəni bunlar sırf Novruzda və Yeni ildə istifadə ediləcəksə, düzəldilib satılmaları eyni dərəcədə zərərlidir” (Fiqh ensklopediyası).

[cavab]

pol PRINCE 30 Dek 2012 / 05:49
NOVRUZ VƏ MEHRİCAN GÜNÜ ORUC TUTMAQ


«Məkruh oruclar: Məhərrəmin yalnız onuncu günü, şənbə günləri, Novruz, Mehriсan və (yeni il) günləri, bütün ili hər gün oruc tutmaq və danışmamaq şərti ilə oruc tutmaq məkruhdur». («Səadəti əbədiyyə», s.314).

“Novruz günəşin Qoç bürcünə girdiyi 21 Marta təsadüf edir və ilk baharın başlangıcı sayılır. Daha çox məcusilərlə rafizilərin müqəddəs saydığı bir gündür. Bu baxımdan dinimiz bu gündə oruc tutmağı məkruh saymışdır. Ancaq adət olaraq tutmaqda olduğu oruc bu günə rastlayarsa, o halda məkruh deyil” (Cəlal Yıldırım, “Qaynaqları ilə İslam Fiqhi”, 2/220).

“...bu günə etibar edilməməsi üçün oruc məkruh sayılmışdır. Ancaq oruc tutmağı adət etdiyi günlər bu günə rastlayacaq olursa, və ya bu gündən bir gün öncə başlamaq şərtilə iki və ya üç gün oruc tutmaq məkruh deyildir. Çünki məqsəd o günə bir başqalıq verməyə yönəlik deyildir. Doğru olan da budur”. (Fətavayi-Hindiyyə).

“Novruz günündə və "Mehrican" adlanan gündə qəsdən tutulan oruclar tənzihən məkruhdur. Çünki bu günlərə hörmət edilmiş kimi olur. Bunlara hörmət isə haramdır”(Ömər Nasuh Bilmən, “Böyük islam elmihalı”).



ALLAH-TƏALA BİDƏT ƏHLİNİN HEÇ BİR ƏMƏLİNİ QƏBUL ETMİR



Bidət: İslamda mövcud olmayan, sonradan ortaya çıxan əməl və inanclardır.

Rəsulullah (ə.s) bu buyurur: "Sonradan ortaya çıxan hər şey bidətdir. Hər bidət zəlalətdir və hər zəlalət insanı atəşə sürükləyir". (Müslim, Cümə, 43; Əbu Davud, Sünnət 5; Nəsəi, Yaxşılıq, 22; İbn Macə, Müqəddimə, 7)

Peygəmbər (ə.s): "Allah bidət sahibinin orucunu, namazını, sədəqəsini, həccini, ümrəsini, cihadını, sərfini (maddi yardımını), şəhadətini qəbul etməz. O, tükün yağdan çıxdığı kimi İslamdan çıxar". (İbn Macə, Müqəddimə, 7/49)

Peygəmbər (ə.s): "Allah bidət sahibinin əməlini bidətini tərk edənə qədər qəbul etməz". (İbn Macə, Müqəddimə, 7/50)

[cavab]

pol PRINCE 30 Dek 2012 / 05:49
MƏCUSİLİYİN TARİXİ



“Məcusi: Məcus dininə mənsub olandır. Məcusilik: Məcus dininə aid inanc və əqidələrə söykənən hal və davranışların hamısı; təməl əqidələri atəşə (işığa) sitayiş etmək olan Zərdüştilik, Mithrailik, Zurvailik, Manilik və Məzdəkilik kimi çeşidli firqə və məzhəblərin ortaq adıdır. Məcusilər atəşə tapan, nur ilə zülməti iki xeyir və şər qaynağı olaraq qəbul edən müşrik bir topluluqdur.

Məcus kəlməsinin əsli Pəhləvicədən (qədim Farscadan) gəlir. Lüğətçilər “məcus” kəlməsinin M-C-S kökündən törədiyini ifadə edərlər. Məcus kəlməsi Pəhləvicədəki “Minc Quş” kəlməsindən əmələ gəlmişdir. Kəlmə olaraq “Minc Quş” ərəbcə "sağir əl-Uzuneyn"in (kiçik qulaqlının) Pəhləvicə qarşılığını təşkil edir.

Təbəri (r.h) Hişam b. Muhəmməd əl-Kəlbidən belə söyləyir: “Məcusilərə görə peyğəmbər tanınan Zərdüşt əhli-kitab alimləri tərəfindən Fələstinli qəbul edilib İbrani peyğəmbər Ərəmianın əshabından birinin xidmətçisi olmuşdur. Əfəndisini aldadınca lənətlənib cüzama tutulmuşdur”. Minc Quş kəlməsinin ərəbcədəki "sağir əl-Uzunəyn" (məsus) kəlməsinə uyğun olmasını əsas tutaraq ehtimal edilir ki, Zərdüşt tutulduğu cüzam (ləbra) xəstəliyindən qulaqlarını itirərək, kiçik qulaqlı mənasına gələn "Minc quş" ləqəbini almışdır. Zərdüşt bu xəstəlikdən sonra Azərbaycana getmiş və oradan Məcus (Minc Quş) əqidəsini yaymağa çalışmışdır. Minc Quş kəlməsi şərq dil qrupları arasındakı keçişi zamanı fonetik dəyişikliklər keçirərək öncə Aramicəyə, oradan da Ərəbcəyə "məcus" şəklində keçmişdir. Məcus kəlməsi lüğətçilər tərəfindən "yaxud" kimi bir cins ad olaraq qəbul edilmişdir. "Məcuslar"ın tabe olduqları dinə "əl-Məcusiyyə" deyilir. Bu dinə Məcusilik deyildiyi kimi, Zərdüştə isnadən "Zərdüştilik" və ilah Ahura Mazdaya isnadən də "Məzdəkilik" adı verilmişdir.

Məcusilik dininə aid bilgilər bu dinin müqəddəs kitabı olan Avestada vardır. Avesta Zərdüştün ilahiləri olan Gathalar bölümü xaric, 2-ci Şahpur zamanında toplanıb tərtib edilmişdir. Daha sonra İslamın üçüncü yüz ilində yenidən qələmə alınmışdır. Avesta zaman-zaman dəyişik yozumlara məruz qalaraq qarışıq və anlaşılmaz formalarda ortaya çıxdığı üçün, kimlərin Məcusi olduğu tarixçilərin belə həll edə bilmədiyi bir sirr halını almışdır”. (A. Bausani, İslam Düşüncə Tarixi, İstanbul 1990, 1/77)

Məcusilik İrana sonradan gələn Aryalara (soylulara) təlqin edildiyi üçün bir soylular dini olaraq ortaya çıxmışdır. Bu mənada Məcusilik (Zərdüştilik) Aryaların qurduğu Hindnizm, Jainizm və Siqh(sih) dini ilə birlikdə Ari (aryai) dinlər qolunun bir üzvüdür.

Məcusilik dini hələ ortaya çıxmadan öncə İranda Aryaların özləri ilə bərabər buralara gətirdikləri animizm-naturalizm qarışığı olan dinlər və bu dinlərə aid ilahlar var idi. Məsələn, Mithra (Mehr) günəşdə iqamət etdiyinə (qaldığına) inanılan bir Məcusi tanrısı olub, Məcusiliyin bir törəməsi olaraq ortaya çıxmışdır.

[cavab]

pol PRINCE 30 Dek 2012 / 05:50
Cassas Əbu Bəkr ər-Razi “Ahkamul Quran”ında İranın Fəridundan Vişdasəb zamanına qədər uzun bir zaman tövhid inancına sahib olduğunu söyləyir. Şəhristani “əl-Miləl”də İranlıların Məcus dinindən öncə Hz. İbrahimin (a.s) Hənif dinindən olduqlarını qeyd edir.

Təbəriyə görə İsrailoğullarından bir peyğəmbər Kəyaniyan mülkünün dördüncü hökmdarı olan Vişdasəbə təbliğci olaraq göndərildi. Bu peyğəmbər Vişdasəbin sarayında daha öncə Fələstində yaşamış olan Zərdüştlə qarşılaşdı. Bu peyğəmbər Vişdasəb və xalqına təbliğini İbranicə edir, Zərdüşt də bunu Pəhləvicəyə çevirirdi. Hökmdar Vişdasəb bu zamana qədər Sabii dininə mənsub idi. Ancaq bu peyğəmbər vəfat edincə Zərdüşt bunu fürsət bilərək şeytanın vəsvəsələrini yeni bir din olaraq təbliğ etməyə başladı.

Əbu Davud İbn Abbasdan (r.a) rəvayət edir: Hz. Peyğəmbər (ə.s): “Farslıların nəbisi ölüncə, şeytan onlara Məcus əqidələrini yazdırdı" buyurdu (Əbu Davud, Xərac, 31). Bu hədisə görə Zərdüştün qurduğu dindən öncə İranda ilahi bir dinin varlığı qəti olaraq ortaya çıxır.

Hurraqanın oğlu Zərdüşt eramızdan əvvəl 7-ci ilə 6-cı yüz illər arasında yaşamışdır. İran sarayındakı İbrani peyğəmbər vəfat edincə Vişdasəb Zərdüştün təbliğinə uydu və onun inkişaf etdirdiyi yeni dini qəbul edərək, yayılması üçün yardım etdi. Ayrıca bütün İranda bir çox atəşgah (içində atəş yanan və Məcusiilərin sitayiş eydiyi yer) inşa etdirdi. Vişdasəbin oğlu İsfəndiyar isə zaman- zaman bu dini İrandan Anadolu içlərinə qədər hər yerdə yaydı.

Zərdüşt ilah Ahura Mazda tərəfındən özünə vəhy edildiyini (!) iddia etdiyi Gathaları, hər biri on min misradan ibarət əsərini on iki min öküz dərisinə yazmışdı. Gathalarda Avesta içində yer alır. Avesta da yozumu (zəndi) ilə birlikdə "Zənd Avesta" deyə adlandıırlmışdır.

Rəvayətlərə görə Zərdüşt bir sabah dan yeri ağararkən müqəddəs çay Daidinin kiçik bir qoluna enmiş, buradan bir qədər su içdikdən sonra əlində işıqdan bir əsa daşıyan fərişdəh (mələk) Vah Manah ilə qarşılaşmışdı. Manah onu Ahura Mazdaya aparmış və yeni dinin əmrlərini oradan almışdır. Belə bir ruhi təcrübə keçirən Zərdüşt hələ Azərbaycanda idi və dinini ilk dəfə burada təbliğ etməyə başlamışdı. Zərdüşt təbliğinin ilk zamanlarında çox böyük çətinliklərlə qarşılaşdı. Bundan sonra Azərbaycandan ayrılıb Bəlxə gəldi. Bu arada yol boyunca düşüncələrini gözdən keçirdi, bəzi düzəltmələr etdi. Bəlx bu yeni dinin yayılma mərkəzi oldu.

Zərdüşt yeni dinin bu dörd qaydasının tətbiq edilməsi ilə dünyanın zülmətdən qurtulacağına inanırdı: 1. Ahura Mazdaya ibadət; 2. Fərişdəhlərə (mələklərə) hörmət; 3. Cin və şeytanlara lənət; 4. Ən yaxın ilə evlilik”. (Ö.R. Doğrul, “Dünyadakı Dinlər Tarixi”, 140)

[cavab]

pol PRINCE 30 Dek 2012 / 05:51
Eramızdan əvvəl 1-ci min ildən etibarən İranda sosial həyat kənd təsərrüfatı və əkinçiliyə görə təşəkkül etməyə başladığından qədim dinlərin ilah və ayinləri (qurban kəsmək kimi), Zərdüşt tərəfındən tərk edilərək, sadəcə Ahura Mazdanın baxışları önündə əkinçilik və kənd təsərrüfatı ilə məşğul olmaq kimi bir ibadət şəklinə dönüşdürüldü. Ahura Mazda insanlardan ibadət olaraq sadəcə iş (əkinçilik) və sülh istəyirdi. Ən böyük ibadət quru bir torpaq sahəsini münbit bir topraq halına gətirib insanların yararlanmasına inanmaqdır. Bu mənada Zərdüştlük kənd təsərrüfatı mədəniyyətinə əsaslanan sosial bir islah dinidir.

Zərdüşt dinində maddi dünyanın Cənnətdən daha dəyərli olduğuna inanılır. Çünki pisliyin gücünə qarşı veriləcək savaş ancaq bu dünyada edilə bilər. Bu mənada Zərdüştlük (məcusilik) dünyəvi bir dindir.

Gathalarda işlənən əsas mövzu Ahura Mazdadır. Gathalarda tam ifadəsini tapan Zərdüşt dini sənəvi (dualist) ilah inancına sahib, bir-birlərinə qarşı mücadələ edən ilahların əbədi olaraq savaşdığı bir dindir. Bu dində aləm xeyir və şərin üstünlük qazanmaq üçün mübarizə apardığı bir savaş sahəsidir. Bu mübarizənin bir tərəfındə yaxşıların yaxşısı nur ilahı Ahura Mazda və ona yardım edən mələklər, digər yanda yalan şeytanı, zülmət ilahı Angra Mainyu ilə yardımçıları durur. İnsan bu mübarizədə tanrılardan birinin yanında duraraq yaxşı, ya da pisliyini ortaya qoymaq məcburiyyətindədir. Bu savaş sonunda Ahura Mazda və yanındakılarının zəfərləri ilə sona çatacaqdır. Həyatın müəyyən edicisi olan doğru Hürmüz (Ahura Mazda) ilə Əhrimən (Angra Mainyiz) güclər arasındakı mübarizədir.

Atəş işıq tanrısı olan Ahura Mazdanın rəmzidir və hər atəşgahda bir atəş otağı var. Bu atəşgahlardan alınan müqəddəs atəş söndürülməmək üçün evlərə aparılırdı. Atəşgahdakı atəşi yandırmaqla vəzifəli rahib atəşi çirkləndirməmək üçün əlinə əlcək geyinər, ağzının üstünə də bir örtü taxardı.

Aydınlıq ilahı Ahura Mazdaya inananlar cənnətə, Angra Mainyuya inananlar da cəhənnəmə getməyə məhkumdurlar. Zərdüşt özündən üç min il sonra Əhriməni (zülmani) gücün sona çatacağına, Hürmüzün hökmranlığının hər tərəfı əhatə edəcəyinə inanmışdı.

Məcusilik (Zərdüştilik) sonrakı dövrlərdə xələflərinin əlində yozumlanaraq təhriflərə uğradı. Zərdüştün savaş açdığı Mithra və Anahita kimi animistik ilahlar yenidən Məcusiliyə soxuldu.

Zərdüşt dininə ilk ağır zərbəni Hökmdar Darius zamanında eramızdan əvvəl 331-ci ildə Şərq səfərinə çıxan Böyük İsgəndər vurdu. İsgəndər Avestaları topladıb Persəbolistə yandırdı və Məcusiliyi yasaqladı.

Zərdüştlüyün Vişdasəbi təqib edən birinci yüz il xaricində bir təsiri olmamışdı. Eramızdan əvvəl 260 ilə eramısın 224-cü illəri arasında Məcusilər qaranlıq bir dövrdən sonra daha öncə bənzəri görülməmiş bir gücü əllərinə keçirdilər. Sasanilər məcusilərin yardımı ilə İranda iqtidarı əllərinə keçirincə, qarşılığında məcusilərə əqidələrini yayma fürsəti verdilər. İranda Məcusiliyin Sasanilər tərəfindən yenidən qüvvətlənməsi Sasani Məbədlər iqtidarını ortaya çıxarmış oldu. Bu yeni dini-siyasi vəziyyət İranda soylu (aryai) olmayan aşağı təbəqələrə və siniflərə qarşı sistemli bir zülmün edildiyi yeni bir dövrü başlatmış oldu. Bu yeni zülm dalğası gələcək yüz illərdə geniş xalq kütlələrinin öz istəkləri ilə islama girmələrini asanlaşdıran tarixi şərtləri əmələ gətirdi.

[cavab]

pol PRINCE 30 Dek 2012 / 05:52
Miladın 3-cü yüz ilində Mani Məcusi dininin əsaslarından yararlanaraq yeni bir din (Maniəhəismə) qurdu. Maninin əsil məqsədi Zərdüştlüyü islah etmək və ondan dünyanın hər tərəfinə yayılan bir din meydana gətirmək idi. Bunun üçün Məcusilik, Buddizm və Xristianlıq qarışığı bir din qurmağa çalışdı. Özünün Hz. İsanın (ə.s) müjdələdiyi "Faraqlit" (Süryanicə Munhamənna, ərəbcə Muhəmməd) olduğunu iddia edərək peyğəmbərliyini elan etdi. Mani maddə və qaranlığı pisliyin yaradıcısı, işıq və mələkut aləminin isə yaxşılığın yaradıcısı olduğunu irəli sürərək Məcusilik dininin qaydalarından yararlandı. Maddə və işıq əzəli və əbədi bir mübarizə içindədir. Qurmuş olduğu kainat və göy nizamını Sasani sarayının sinifli düzülüşünü müqayisə etməklə tərtib etmişdi. Manişəizm 1-ci Vəhram (Bəhram) zamanında yasaqlandı, Mani də ortodoks Zərdüşt din adamları tərəfındən edama məhkum edilərək öldürüldü. Manişəistlər İslam zamanında xəlifələrin saraylarına qədər soxularaq inanclarını yaymağa çalışmışdılar. Mötəzilə və Əşari kəlamçılar bunlara qarşı şiddətlə mübarizə etdilər.

Məzdək bizim eranın 5-ci yüz ilinin sonlarında Hökmdar Qəbadın (Kral Kavad) himayəsi altında Zərdüşt dininin bəzi qisimlərinin dəyişdirilməsi və yenidən yozumlanması nəticəsində bəzi görüşlər irəli sürdü. Məzdək orta dövrün ilk dövrlərinin kommunizmini quraraq qadının ortaq malı olaraq hər kəsin istifadəsinə verilməsini məcburi hala gətirdi. Hətta bunu bir müddət tətbiq etdiyi bilinməkdədir. Fəqət bir müddət sonra Qəbad Məzdək və adamlarının bir çoxunu öldürtdü, Qəbad da oğlu Anuşirvan tərəfındən bir zərbə ilə devrildi. Anuşirvan Məzdəki inanclara qarşı savaş açdı. Ancaq orta Asiyada, Anadoluda və İranda gizli bir şəkildə təşkilatlandılar.

Məzdəki təsirlər İslam dövründə Babəkiyyə, İbahiyyə, Karmatiyyə və Muhəmmirə kimi adlar altında Məcusilik əqidələrini yaymağa çalışdılar.

Hz. Peyğəmbərin (ə.s) doğulduğu gecə meydana gələn böyük möcizələrdən birisi də Məcusiliyin əbədi hesab edilən atəşinin sönməsi və Kisranın sarayının on dörd sütununun devrilməsiydi. Bu möcüzə Məcusiliyin Sasanilərlə gələn müşrik dini-siyasi təsirinin artıq yox olacağı mənasını daşıyırdı.

[cavab]

pol PRINCE 30 Dek 2012 / 05:52
İslamın doğduğu və yayıldığı zamanlarda Məcusilik İran xaricində Oman, Bəhrəyn, Yəmən və Nəcran bölgələrində yayğın idi. Peyğəmbərimizin (ə.s) zamanında əhli-kitaba tətbiq edilən məcusilərə də tətbiq edilmişdir. Əl-Balazurinin bəyanına görə Hz. Peyğəmbər (ə.s) Hicrətin yeddinci ilinin sonuna doğru Ala b. Abdullah əl-Hadrəmini (r.a) Bəhrəyn xalqını İslama dəvət üçün bölgəyə göndərdi. Zərdüştlərin bir qismi İslama girdi. İslamı qəbul etməyənlər də Yəhudi və Xristianlarla birlikdə "cizyə" ödəməyi qəbul etdilər.

Əl-Balazuridəki bir başqa rəvayətdə də Hz. Peyğəmbərin (ə.s) Əbu Zeydə (r.a) Oman Məcusilərindən cizyə almasını əmr etmiş olduğu qeyd edilir. Allah Quranda "Məcus"ları Yəhudi, Sabii və Xristianlardan sonra, müşrik bütpərəstlərdən öncə qeyd etmişdir.

“Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər (ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü (haqq ilə batili ayırd edərək) hökmünü verəcəkdir...” (Həcc, 17).

Bu ayətə və Rəsulullahın (ə.s) bildirdiklərinə görə İslam hüququ Məcusilərə “zimmət əhli” (qorumaq məcburiyyətində qalma) statusu vermişdir.

Hz. Əbu Bəkrin (r.a) xilafəti zamanında Bəhrəyn Məcusiləri cizyə ödəməyi rədd etdikləri üçün üzərlərinə əsgər göndərilmişdi. Hz. Ömər (r.a) Caz b. Mauyaə Bəhrəyn Məcusiləri üçün "yaxın əqraba ilə evlənən kişilərin arvad və uşaqlarından ayrılması, yeməklərdə Məcusi adəti üzrə dua edilməməsi və Məcusi (mani) sehrbazların qətl edilməsi əmrini göndərmiş və o da bu əmri üç gün müddətində tətbiq etmişdir. Bunu eşidən Abdurrahman b. Avf (r.a) Hz. Ömərə (r.a) Hz. Peyğəmbərin (ə.s) "onlardan yalnız cizyə alınacağı, başqa bir mükəlləfiyyətlərinin olmadığı" haqqındakı hədisini (Əbu Davud, Xərac, 31) nəql edincə, Hz. Ömər (r.a) bu hədisə uyğun olaraq iş görməyə başlamışdır. İslam hökmranlığı altında Məcusilərin yaşadığı hər yerdə cizyə ödəmələri şərtilə dini adət və ayinlərinə dəyilməmiş, atəşgahlar fəaliyyətlərinə davam etmişdir.

Fəthi təqib edən illər içində İranda yaşayan Məcusi xalq İslamın adil nizamı qarşısında kütlələr halında İslama girdilər. Çünki Məcusi inanc və tətbiqatları bütünlüklə aristokrat (sinifli) bir din, bir soyluluq inancı olaraq yerli xalq kütlələrini təhqir etməyə və aşağılamağa davam etməkdəydi. Hətta pis bir tətbiqat olaraq da İslam öncəsi dövrlərdə Məcusiliyin işlərindən olan ən yaxın əqraba ilə evliliyin sadəcə soylular arasında edilə biləcəyi, bu adətin bir soyluluq əlaməti olduğu elan edilərək aryai olmayanlara aşağılayıcı bir sərhəd olaraq yaxın əqraba evliliyi yasaqlanmışdı. İslam fəthi Məcusi dinindən qaynaqlanan sinif nizamını ortadan qaldıraraq, belə ailə əlaqələrini əbədiyyən ləğv etdi.

İslami dövrdə Məcusi qalıntılar İslama qarşı təşkil edilən müqavimət qruplarının psixoloji dayanağı olmağa davam etdi. Məcusi inanclarıyla bütünləşən Sasani səltənəti İslamın hökmranlığı qarşısında boyun əydikdən sonra İranilik (Farsilik) halına dönüşdü. Əhli-Beyti Sasanilərin varisləri qəbul edərək, Hz. Əlinin (r.a) tərəfdarları arasına sızıb Əhli-Beytin hüququnu müdafiə pərdəsi altında Zərdüşt (Məcusi) inancları ilə İslam əqidəsini pozmağa çalışdılar. Şiənin qatı hissəsində zühur edən bəyaniyyə ilhad və ibahilik (hər şeyi mübah görən məzdəki sərbəstlik) və s. kimi firqələr əqidələrini Məcusi və Məzdəki təsirlərlə bəsləməkdəydilər.

[cavab]

pol PRINCE 30 Dek 2012 / 05:52
Hicri 1-ci yüz ilin başlarında İran əsilli Məcusilər İran-Azərbaycan arasında qalan bölgədə siyasi iqtidarı əllərinə keçirincə, bölgənin sosial-siyasi həyatında sürətli deformasiyalar meydana gəldi. Bu bölgədə İslama qarşı Məcusi əqidələriylə bəslənən bir savaş və mübarizə dövrü başlatdılar. Bu dövrlə qatı Şiədən olan Babək Xürrəmiyyə məzhəbi bu dörd qanunu qəbul edərək Məcusi Məzdəki bir işi yürütdüklərini ortaya qoydular:

1. Siyasi iqtidarı ələ keçirmək;

2. Qaçma əqidəsini yaymaq;

3. Məcusiliyin nur və zülmət ilahlarına inanmaq;

4. Qadının ortaq malı olduğunu qəbul etmək.

Babək Abbasi xəlifəsi Mutasım zamanında ilahlığını elan edərək üsyan etdi.

Məcusi təsirlər altında ortaya çıxan bir başqa qatı şiə qol da Batinilikdir. Bu məzhəb İraqda ayrıca Karmati və Məzdəki adını almışdır. Bu məzhəbin ilk qurucusu, Ahfaili Məcusi dönməsi Məmun b. Dəysan olub İran və İraqda İslam adı altında Məcusiliyi yaymağa çalışmışdır”. (İzmirli İ. Haqkı, Yeni Elmi Kəlam, Ankara 1981, 105)

Hicri 12-ci yüz ildə Məcusiliyin fərqli bir yozumu ilə ortaya çıxan Babilik və Bəhailik, İrandakı Məcusiliyin bütün adət və ənənə mirasına sahibdir. Babilər (Bəhailər) qədim İran hökmdarı Cəmşidin (işıqlı ulu padşahın) taxta çıxışı olan 21 Mart (Novruz) gününü bayram qəbul edərlər. Günümüzdə Türkiyədə yaşayan qatı şiə (Ələvi) topluluqlar arasında bu adət atəş üzərindən atlanmaq və ətrafında rəqs etmək şəklində varlığını sürdürməkdə olub Məcusilik adətlərindəndir.

Qədəriyyəçilər Allahı xeyirlərin, şeytanı da şərin yaradıcısı qəbul etməklə, Allahı Hürmüzə, şeytanı da pisliyə qarşılıq yaradıcı qəbul etdiklərindən, Ümmətin Məcusiləri olaraq adlandırılmışlar”. (Əliyyul-Qari, Şərhul-Fiqhul Əkbər, İstanbul 1979, 140)

18-ci əsrdə İranda meydana gələn qarışıqlıqların nəticəsində Məcusilərin ən sıx olduğu Kirmandakı Zərdüşti ərazisi xarabazara çevrildi. 1887-1888-ci illər arasında Kirman və Yəzd ətrafında toplam Zərdüştilərin sayısının 7000-8000 insan olduğu hesab edilir. Britanica Ensklopediyasının 1911-ci il nəşrində bütün Zərdüştilərinin sayısı 9000 olaraq verilmişdir. Məcusilərin Hind qolu olan Parsilərin1941-ci ildə Hindistandakı ümumi sayı 114890 olaraq bilinir. 1951-ci il statistikasına görə bütün dünyadakı Zərdüştilərin ümumi sayı 135000-dir” (İslam ensklopediyası).

[cavab]

pol adelya 30 Dek 2012 / 06:29
Halaldi:)ALLAH RAZI OLSUN..

[cavab]

pol KEND 30 Dek 2012 / 06:36
TWK ALLAH RAZI OLSUN BILDIKLERINI BIZIMLER PAYLAWDIGIN UCUN

[cavab]

← 1 [2] 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1307 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az