"Qəribəsən"
neniw
27 Dek 2012 / 00:38
Sevgilim, gözlərin düşür yadıma,
Ulduzlu göylərə baxanda sənsiz.
Namərd deməsinlər ancaq adıma,
Ölüm nişanını taxanda sənsiz.
Yadıma düşəndə şirin sözlərin,
Qəlbimdən od çıxır,başımdan duman.
İnanıram yenə gülər gözlərin,
Keçər bu ayrılıq,keçər bu hicran.
Hər zaman qəlbində saxla yerimi,
Qumrudan ayrılmış bir qəfəs kimi.
Mən də unutmaram dediklərimi,
Saxlayaram səni son nəfəs kimi.
Özün bir dünyasan, gülüşün həyat!
Boğur varlığımı keçən xatirat.
Qoy mən hicranınla qalım baş-başa,
Sən qəm zəncirini qır, boynundan at.
Sən şad ol, sən əylən, sevin, gül barı,
Qoy mən ayrılığın çəkim yükünü.
Ancaq darayanda ipək saçları,
Ayır məndən ötrü bircə tükünü.
Onu göndər mənə,budur bir ricam,
Qoy səndən uzaqda duyum iyini.
Ürəyim darıxır yenə bu axşam,
Yadıma saldıqca sən dediyini.
Ey doyunca deyib danışmamışdan,
Yüz dəfə barışan, yüz dəfə küsən..
Nə deyim mən sənə, a nazlı canan,
Doğurdan görürəm çox qəribəsən..
Rəsul Rza
red. neniw (27.12 /00:38)
[cavab]
EMIN98
27 Dek 2012 / 00:43
Qeşey. Ellerinize sağlıq.
[cavab]
neniw
27 Dek 2012 / 00:54
EMIN98, bəyendiyiniz üçün minnetdaram
[cavab]
meherrem
27 Dek 2012 / 01:19
maraqli movzudu
[cavab]
BLACK_ANGEL
27 Dek 2012 / 01:28
Gözel...ellerine sagliq...
[cavab]
neniw
27 Dek 2012 / 01:29
beli bu şeirin mende olan dəyəri və önəmi çox böyükdür, çox sağolun
[cavab]
EMIN98
27 Dek 2012 / 01:29
meherrem, banansanki banan. Şeir maraqlı olmur. Şeir qeşeng olur, gözel olur. Şeir gözel bir menzeredi. Amma anlayan üçün.
[cavab]
neniw
27 Dek 2012 / 01:30
BLACK_ANGEL, tşk edirəm
[cavab]
meherrem
27 Dek 2012 / 01:31
EMIN98, xexexe meni guldurme oger onu maraq cercivende oxudunsa onun her bir setrini heyatinla qrsilasdirdinsa demeli maraqlidi sanki heyat var bu seirde
[cavab]
Bölmeye qayıt
0.2677 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az