..::Iki qardaş::..

pol aze 26 Dek 2012 / 00:44
Iki qardaş olur. Böyük olanı böyük
bir ərazinin sahibi və kəndin ağası
idi. O qədər zəngin idi ki, zənginliyi
başqa kəndlərdə də dillərdə
gəzirdi. kiçik qardaş isə böyük
qardaşının ərazisində qarın
toxluğu üçün qar-qış, isti- soyuq
demədən işləyirmiş. Ortalığın
istidən yandığı bir yay günü kiçik
qardaş yorğunluqdan haldan
düşür və bir ağacın kölgəsində
yatıb qalır. Çox keçmir ki, böyük
qardaşı qardaşını, ayağındakı
böyük ayaqqabılarıyla sərt şəkildə
vuraraq: «Qalx, iş zamanı
yatılarmı? İşləməyənə pulsuz çörək
yoxdur.»- deyərək oyadır. Qardaşı
isə nə olduğunu anlamadan çaşmış
gözlərlə qarşısında dayanan böyük
qardaşının o heybətli cüssəsi ilə
qarşılaşır və: «qardaş niyə
oyandırdın məni? Çox gözəl bir
yuxu görürdüm. Yuxumda böyük
bir evim, yüzlərlə atlarım, saysız
heyvanlarım, ucu-bucağı
görünməyən tarlalarım, mənim
üçün işləyən yüzlərlə işçim,
alətlərim və daha saya
bilməyəcəyim bir çox vara-dövlətə
sahib idim. O qədər gözəl bir yuxu
idi ki, kaş ki oyandırmasaydın bir
az daha dadını çıxardardım.»-
deyir. Böyük qardaşı isə lağ
edərcəsinə bir ifadə ilə: «Sən?»,-
«bu saydıqlarını ancaq yuxunda
görərsən. Halbuki bax mən bütün
bu saydıqlarına sahibəm, bunların
içində üzürəm...»- deyə cavab
verir. Qardaşı isə mənalı bir ifadə
ilə böyük qardaşına baxır və
söylədiyi sözlərə peşman
edərcəsinə bu sözlər tökülür
qurumuş dodaqlarından: «Qardaş,
bilirsənmi əslində ikimiz də yuxu
görürük- tək fərqimiz, mənim
yuxum gözlərimi açanda bitir,
sənin yuxun isə gözlərini
bağlayanda bitəcək...»…

[cavab]

pol meherrem 26 Dek 2012 / 00:45

[cavab]

pol aze 26 Dek 2012 / 00:54
meherrem, teşekkür

[cavab]

pol EMIN98 26 Dek 2012 / 00:55
Super

[cavab]

pol aze 26 Dek 2012 / 00:57
EMIN98, teşekkür

[cavab]

pol Meymunka 26 Dek 2012 / 01:00
Ibretamiz hekayedi. Tsk.

[cavab]

pol aze 26 Dek 2012 / 01:06
Meymunka, teşekkür etdiyinize göre teşekkür edirem

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1694 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az