..::Yaxşılıq itmir::..

pol aze 26 Dek 2012 / 00:39
Xəstəxananın baş həkimi amansız
bir xəstəliyə tutulmuşdu. Xaricdə
müalicəsi mümkün ola bilərdi, lakin
bütün həkim yoldaşları onun
səfərə dözə bilməyəcəyi
mövzusunda həmfikir idi. Çarəsiz
bir möcüzə gözləyirdi hər kəs.
Bu zaman haradan xəbər aldığı
bilinməyən gənc bir həkim gəldi və
onu yaxşı edə biləcəyini söylədi.
Əməliyyat müvəffəqiyyətlə
nəticələnmiş, başhəkim də
narkozun təsirindən xilas olmağa
başlamışdı. Ancaq bir atanın
övladına göstərə biləcəyi qayğı və
sevgiylə gənc həkimin əlini
ovucunun içinə götürərək
danışmağa başladı;
«Allah razı olsun övladım. Sən
mənə narkoz vurduğunda təsirini
göstərənə qədər, bir zamanlar
eynilə mənim də sənin kimi gənc
bir assistent ikən etdiyim bir
yaxşılıq gəldi ağılıma. Bir ana
gəlmişdi xəstəxanaya. Doğum
etmək üzrə idi. Ultrasonda uşağın
iki qıçının da şikəst olduğunu
görüncə, onun belə
yaşamasındansa ölməsinin daha
yaxşı olacağını düşünmüşdüm.
Amma ürək atışlarını eşidikdə dözə
bilmədim və doğulmasına qərar
verdim. Sağlam əhali planlaması
bəhanəsiylə bir çox cana qıyan
sistemin inadına iki qıçı şikəst olan
o uşağın yaşamasına vəsilə oldum.
Allah həqiqətən heç bir yaxşılığı
qarşılıqsız buraxmır balam. İnşallah
mənə etdiyin bu yaxşılığın da
qarşılığını görərsən.»
Gənc həkim yaşlı baş həkimin
gözlərinə ancaq bir övladın baxa
biləcəyi sevgiyle baxaraq, yenə
eyni şəfqətlə əlini başhəkimin
əlindən yavaşca çəkər. Şalvarının
paçalarını sıyıraraq dizlərindən
aşağısı protez olan iki qıçını
göstərərək;
Bəli… Allah heç bir yaxşılığı
qarşılıqsız buraxmır; qurtardığınız
o uşaq mən idim!.." deyər.

[cavab]

pol EMIN98 26 Dek 2012 / 00:42
Super. Tşk.

[cavab]

pol aze 26 Dek 2012 / 00:50
EMIN98, deymez

[cavab]

pol Meymunka 26 Dek 2012 / 00:53
Cox gozeldi. Tsk Allah(c.c)razi olsun

[cavab]

pol meherrem 26 Dek 2012 / 00:57
men aqladim burda aqlayan banan smayli bilen var????

[cavab]

pol aze 26 Dek 2012 / 00:57
Meymunka, teşekkür,bahem

[cavab]

pol aze 26 Dek 2012 / 00:58
meherrem, teşekkür...bilmirem

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2473 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az