..::Allaha edilən dua::..
aze
26 Dek 2012 / 00:33
Məscid yanından keçərkən azanın
oxunduğunu eşidən sürücü,
geriyə dönüb müdirindən icazə
istəyir:
-Cənab, icazə versəniz azan
oxunmuşkən burda namazımı
qılsam sonra davam etsək olarmı?
Müdir çox da məmnun olmasa da
icazə verir.
Sürücü məscidə girir, müdir də
avtomobilin içində gözləyər.
Ancaq hər kəs namazını qılıb
çıxdığı halda sürücü
çıxmayınca.........
Canı sıxılan müdir, avtomobildən
enib məscidin həyətinə girir,
pəncərə şüşəsinə başını söykəyib
içəri baxır ki, sürücü əllərini açıb
duaya davam edir. Şüşəni
tıkkıldadarak səslənir:
-Hər kəs çıxdı nə dayanırsan sən
də çıx!
(Cavabı ibrətli idi);
-Buraxmır!
-Kim buraxmır?
-Səni içəri buraxmayan!..
Bir düşüncə bürüyər müdiri
-“səni içəri buraxmayan!..”
Dərhal orada dəstəmazını alır
məscidə girir və yanına gəldiyi
sürücüə səslənir:
"Bax", deyir "məni də buraxdı!"
Yaşlı gözlərlə baxan sürücü deyir:
“-Əlbəttə buraxar”. Bayaqdan bəri
boş boşunamı gözyaşlarıyla dua
etdiyimi sanırsan.
Sənin çöldə qalmağına könülüm
heç cür razı olmadı. Əllərimi açıb
içəri alınmağın üçün dua etdim.
Şükrlər olsun RƏBBİM qəbul etdi
duamı da içəri aldı, çöldə
buraxmadı...
-Şükrlər olsun RƏBBİMİZƏ ki, bizləri
də çöldə buraxmamış içəriyə qəbul
edilmişik.
Bunun fərqinə varmalı, bu
nemətin şükrü əda edilməli, əsla
laqeydlik və geriləmə olmamalıdır.
Yoxsa nemət şükr görməzsə geri
gedər. Bu dəfə də şükr edənlər
alınar içəriyə, etməyənlər qalar
çöldə...!
[cavab]
murad2003
26 Dek 2012 / 00:35
Elaaa..
[cavab]
Memo
26 Dek 2012 / 00:43
Ellerine saglik.
[cavab]
aze
26 Dek 2012 / 00:50
Memo, teşekkür
[cavab]
EMIN98
26 Dek 2012 / 00:53
Super.
[cavab]
Meymunka
26 Dek 2012 / 00:57
Cox sukur. Buna anlayan eqli Allah (c.c.) bize nesib edib. Tskrler
[cavab]
aze
26 Dek 2012 / 00:58
Meymunka, teşekkür
[cavab]
aze
26 Dek 2012 / 00:58
EMIN98, teşekkür
[cavab]
Bölmeye qayıt