..::ən dəyərli insan::..
aze
26 Dek 2012 / 00:02
İki qonşu ölkənin hökmdarları bir-
birləriylə döyüşməzlər amma hər
fürsətdə bir-birlərini narahat
edərdilər. Ad günləri, bayramlarda
maraqlı hədiyyələr göndərərək
qarşıdakına zəka nümayişi etmə
fürsətləri yaradardılar.
Hökmdarlardan biri, günün birində
ölkəsinin ən əhəmiyyətli
heykəltaraşını hüzuruna çağırdı.
Heykəltaraşdan istəyi isə; bir qarış
yüksəkliyində, qızıldan, bir-birinin
fərqlənməyən üç insan heykəli
düzəltməsi idi. Aralarında bir fərq
olacaq amma bu fərqi yalnız ikisi
biləcəkdi. Heykəllər hazırlandı və
ad günündə qonşu ölkə
hökmdarına göndərildi. Heykəllərin
yanına bir də məktub
qoyulmuşdu.
Hədiyyəni gündərən hökmdar bele
deyirdi:
"Ad gününü bu üç qızıl heykəllə
təbrik edirəm. Bu üç heykəl bir-
birinə oxşar kimi görünə bilər.
Amma içlərindən biri digər
ikisindən çox daha qiymətlidir. O
heykəli tapınca mənə xəbər ver."
Hədiyyəni alan hökmdar əvvəl
heykəlləri çəkdirdi. Üç qızıl heykəl
qramına qədər bərabər idi.
Ölkəsində sənətdən anlayan nə
qədər insan varsa çağırtdı. Hamısı
da heykəlləri böyük bir diqqətlə
araşdırdılar amma aralarında bir
fərq görə bilmədilər. Günlər keçdi.
Bütün ölkə hökmdarın çətinliyini
eşitmişdi və heç kim cavab tapa
bilmirdi. Sonunda, hökmdarın çox
üsyankar olduğu üçün zindana
atdırdığı bir gənc xəbər göndərdi.
Yaxşı oxumuş və ağıllı olan bu
gənc, hökmdarın bəzi istəklərinə
qarşı çıxdığı üçün zindana
atılmışdı.
Başqa çarəsi olmayan hökmdar bu
gənci çağırtdı. Gənc əvvəl
heykəlləri diqqətlə araşdırdı, sonra
çox incə bir tel gətirilməsini istədi.
Teli birinci heykəlin qulağından
saldı,tel heykəlin ağızından çıxdı.
İkinci heykələ də eynisini etdi.Tel
bu dəfə digər qulaqdan çıxdı.
Üçüncü heykəldə tel qulaqdan
girdi amma bir yerdən çölə
çıxmadı. Ancaq telin dərinə gedə
biləcəyi bir kanal ürək xəttinə
qədər enir, oradan kənara
getmirdi. Hökmdar heykəlləri
göndərən qonşu hökmdara cavab
yazdı:
* Qulağından girəni ağızından
çıxardan insan məsləhətli deyil.
* Bir qulağından girən digər
qulağından çıxırsa, o insan da
məsləhətli deyil.
* Ən dəyərli insan, qulağından
girəni ürəyinə basdıran insandır.
Bu qiymətli hədiyyən üçün çox
təşəkkür edirəm.
[cavab]
meherrem
26 Dek 2012 / 00:05
aaaaaaaaaaa maraqli sohbetdi
[cavab]
murad2003
26 Dek 2012 / 00:24
Esitmisem. Zehmetine gore tsk.
[cavab]
aze
26 Dek 2012 / 00:30
murad2003, teşekkür etdiyinize göre teşekkür edirem
[cavab]
elcan-eko*
26 Dek 2012 / 00:47
yaxsi sohbetdir hemde maraqlidir
[cavab]
aze
26 Dek 2012 / 00:56
elcan-eko*, teşekkür
[cavab]
EMIN98
26 Dek 2012 / 01:00
Qeşey
[cavab]
Bölmeye qayıt
0.2435 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az