Azerbaycanin peyki
Kaybolan_Yillar
24 Dek 2012 / 23:23
Azərbaycan ilk milli süni rabitə peykini 2012-ci ilin sonunda orbitə çıxardıqdan sonra ikinci peyki də orbitə buraxmağı planlaşdırır.
«APA-ECONOMICS»in məlumatına görə, bunu bu gün Bakıda USACC-nin (ABŞ-Azərbaycan Ticarət Palatası) təşkilatçılığı ilə keçirilən ABŞ və Azərbaycan üçün Biznes İmkanları VII biznes və investisiya konfransında çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Azərbaycanda İKT sektorunun inkişafından danışan nazir müavini qeyd edib ki, İKT iqtisadiyyatın digər sahələrinin inkişafına təkan verir: «Hazırda Azərbaycanda İKT sektorunda bir çox layihələr həyata keçirilir. Biz İnternet şəbəkəsindən uzaq olduğumuza görə, ölkədə İnternet xidmətlərinin qiymətləri bir qədər bahadır. Məhz qiymətləri bir qədər də aşağı salmaq üçün biz Super İnformasiya Magistralının inşasına başlamışıq. Bu layihə Azərbaycanı məlumat qovşağına - tranzit ölkəyə çevirə bilər».
E.Vəlizadə həmçinin bildirib ki, Azərbaycan ölkənin İKT sektorunda fəaliyyət göstərən şirkətlər üçün imtiyazlı bölgə - texnopark yaratmaq niyyətindədir. Hazırda bir çox ABŞ şirkətlərinin Azərbaycanda fəaliyyət göstərdiyini qeyd edən nazir müavininin sözlərinə görə, Azərbaycanın milli peykinin orbitə buraxılması layihəsində də ABŞ şirkətləri iştirak edir: «Biz 2012-ci ilin sonunda ilk milli peykimizi orbitə çıxardıqdan sonra, ikinci peyki də orbitə buraxacağıq».
[cavab]
Bölmeye qayıt
0.1559 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az