♥♥♥Sevgi şeirlerı♥♥♥ (By:Dj-Heyder)

pol Dj-Heyder 23 Dek 2012 / 01:02
Sevgin ürəyimdə qərib
düşübdür,
Yurdu talanıbdır yuvası
uçub.
Gecələr sığınıb ümid
payına
Dərin baxışında yuxu da
susub.
***
Zaman çox yarama bil
sığal çəkib,
Amma dərinlikdə nə çox
qəm-kədər.
Nə çox iztirab var, nələr
bilmirəm
Bəlkə ürək yatır bir
ümman qədər.
***
Daha fikirlərim darma-
dağındır,
Yolumun əvvəli başı
görünmür.
Bəxtim daş içində sükut
bağlayıb
Ayılan zamanı yaşı
görünmür.
***
Özümü danlayıb
günahkar deyə,
Elə hey kirpiklə od
qaldırmışam.
Gözümü yollardan
yığmışam daha
Özüm mən özümə dayaq
olmuşam.
***
Ruhum bədənimdə hər
çırpındıqca
Titrək baxışından sevgi
ummuşam
İnsaf yaxşı şeydi, illər
boyunca
Taleyin yükünü tək
daşımışam.
***
Əlim yollarına uzalı qalıb
Belə çox çəkəcək uzun
illər də.
Mənə dinclik
vermir ,rahatlıq vermir
İttiham eyləyir xatirələr
də.
***
Qəmim qəmim üstə
yığılıb indi
Mənsə, bir ümidi dayaq
bilmişəm.
Ömrün o başından dər
ocağına
İri addımlarla qonaq
gəlmişəm.
***

[cavab]

pol Boncuq 23 Dek 2012 / 02:15
Dj-Heyder, twk

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2116 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az