..::Oğru Alemi::..

pol aze 18 Dek 2012 / 02:14
Stalinin yaratdığı “dünya” siyasi
məhbuslara nəzarət edirdi
Qanuni oğru - dövlət qanunlarına
paralel, fərqli prinsiplərlə yaşayan,
fərqli prinsiplər uğrunda
mübarizə
aparan mafiya titulu.
Oğrular 1930-cu illərdə, ağır
repressiya illərində meydana
gəliblər. Bu dünyanın yaranmasını
Stalinin adı ilə bağlayanlar çoxdur.
Onların iddialarına görə, ağır
siyasi
ortamda və ondan sonrakı aclıq
illərində adı cinayətkarlarda n
ibarət kollektivləşmə ilə müxalif
düşüncəli insanlara nəzarət etmək
üçün Stalinə “Oğru dünyası” çox
lazım idi. Yaranan aləmdə,
“oğrular” qanunları tanımamalı,
heç bir zaman qulluq etməməli
idilər.
Böyük Vətən müharibəsi illərində
bəzi “qanuni oğrular” Vətəni
müdafiə etmək üçün müharibəyə
yollanıblar. Bu addımları onların
“qanunpərəstlər ” tərəfindən
xəbərçi mənası verən “qancıq”
adlandırılmasın səbəb olub.
Beləliklə, oğru dünyası 2 hissəyə
ayrılır və aralarında uzun sürən
savaş başlayır. Nəticədə hər iki
tərəf ağır itki verir. 1979-cu ildə
Kislovodsk şəhərində iki
qruplaşmanın rəhbərləri
görüşürlər. Bundan sonra
qruplaşmalar arasında mübarizə
nisbətən səngiyir, lakin “qanuni
oğrular” öz ənənələrini qoruyub
saxlaya bilirlər.
Sonralar “oğru” olaraq
adlandırılan
şəxslərdən əsasən dövlətin
qoyduğu qanunları tanımır, daha
çox özlərinin tərtib etdikləri
“yabanı” qanunlara istinad edir,
onlara tapınırdılar. Bu ənənə
sonralar daha da kəskinləşdi.
Amma ilk yarandığı illərdə Stalin
və
o dövrün repressiv Rusiyası
məhz
bu siyasətlə qanunları inkar edən
müxalif düşüncəli insanları kəşf
edir, sonra isə onlar üçün
türmədə
daha “rahat” dünya yaradırdı.
Həmin “dünya” bu gün də “Qara
zon” adlanır.
“Qara zon”lar “mujiklər”,
brodyaqalar və “qanuni
oğrular”dan ibarətdir.
El arasında işgüzar adama bu gün
də “mujik” deyirlər. Bu yanaşma
“zon”larda da eyni qaydada
işlədilir. “Mujiklər” demək olar ki,
“zon”un bütün ağırlığını
çiyinlərində daşıyırlar. Onlar
təkliflər verir, söhbətlərdə iştirak
edir, hətta hökm belə verirlər.
Amma “qanuni oğru”ların
məsələyə qarışması ilə onların
“vəzifəsi” və sözləri bitir.

[cavab]

pol aze 18 Dek 2012 / 02:16
“Brodyaqa”lar gələcəyin
“oğruları”
olmaq üçün çalışırlar. Hesab
edirlər
ki, “oğru” olmaq onların haqqıdır.
Lakin bu bütün “brodyaqa”lara
qismət olmur; bunun üçün gərək
samballı və dillərə dastan həyat
yolu keçəsən, bütün qayda-
qanunlara əməl edəsən. Bunun ilk
addımı cinayət törətməkdir. Bu
cinayət həm də sanballı olmalıdır.
Bundan əlavə, heç bir zaman
sözün bütün mənalarında qulluq
etməmək, partiyalılıq, təşkilat və
başqa quruluşlarda olmamaq, ailə
və övlad sahibi olmamaq,
xarakter
və xasiyyət baxımından
şəxsiyyətə çevrilmək kimi ağır
şərtlər mütləq yerinə
yetirilməlidir. Onun üçün həyatı
“oğru qanunları”ndan bütün ağır
şərtlər altında bu “qanunları”
diktə
etməlidir.
“Oğrular” ümumi xəzinəyə gələn
pullara da nəzarət edir, bu barədə
hesabat verməklə yanaşı, bütün
“zon”a gələn pulların da haralara
xərclənməsini öyrənmək
səlahiyyətinə malikdir. Onlar
“oğru” adına layiq olanları öz
aralarına cəlb etmək, artıq
özlərindən söz etdirmiş
“brodyaqa”ları nəhəng “oğru”
ailəsinə dəvət etmək hüququna
da
malikdirlər. Bundan başqa, onlar
“oğru” adına ləkə gətirmiş şəxslər
barəsində də layiqli hökm çıxara
bilərlər. Bir həqiqət də ondan
ibarətdir ki, vaxtı ilə oğru adını
almış birisi üçün necə deyərlər
geriyə yol yoxdur: oğrunun
titulundan məhrum olunması
ölümdən betərdir. Söhbət həm də
ondan gedir ki, “qanuni oğru”
“oğru qanunlarına” xəyanət
etmiş
şəxslərə qarşı amansızlıq nümayiş
etdirərək onların həyatlarına
ibarəli dildə desək, “krest” qoya
bilərlər.
Bütün məhkumlar tərəfindən
riayət olunmalı məcəllədən
seçmələr:
Əvvəla, məhkum qəti şəkildə
xəbərçilik etməməlidir. Ən əsası
da
hakimiyyət təmsilçisinə. Adi bir
xəbərçilik həmin məhkumun
sonradan “stukaç” ləqəbi ilə
ömürlük damğalanmasına səbəb
olacaq.
İkincisi, dustaq yoldaşların
arasında dedi-qodu ilə məşğul
olma, heç kimə şər atma. Bu çox
böyük səhvdir.
Üçüncüsü, oğurluq etmə, xüsusən
də dustaq yoldaşının ərzağını. Ya
da ərzaq gizlətmə. “Srok”unun
sonunacan “krısa” adlanacaqsan.
Dördüncüsü, fiziki gücündən
istifadə edərək heç kimə, xüsusən
də zəif dustaqlara əl qaldırma,
özünü “baklanlığa” qoymuş
olarsan.
Beşincisi, cəza çəkdiyin inzibati
binada çalış işləməyəsən. Xüsusən
də “ment”lərin görəcəyi işləri
görmə. Ömrün boyu “kozyol”
damğası səni qarabaqara
izləyəcək.
Altıncı, qumarda və digər pullu
oyunlarda uduzdunsa çalış borclu
qalmayasan. Əks halda hamı səni
“fuflo” adlandıracaq.
Bundan başqa, çalış kiminləsə
cinsi
əlaqədə də olma, əks halda
“pedor” ayaması səndən əksik
olmayacaq. Ümumiyyətlə,
“pedor”la heç vaxt kontakt
yaratma, onlarla oturub-durma,
onlara əl vermə, salamlaşma.
Qeyri-insani əməllərdən də çəkin,
yoxsa məhkum yoldaşların səni
“qad” deyə çağıracaqlar.

[cavab]

pol aze 18 Dek 2012 / 02:16
Məhkumluqda şəxsi rifahın
naminə məişət işləri ilə də məşğul
olma, yoxsa sənə “şustryak”,
“şnır” deyəcəklər. Yuxarıdakı
göstərdiklərimi z özünəməxsus
məcəllədən nümunələr idi. Bu
məqamları pozan şəxslər həm də
ümumi “Qanun”a qarşı
çıxanlardır,
onun müddəalarını pozanlardır.
Və
bu hərəkət məhkumlar arasında
oxucu da bağışlasın “fahişəlik”
kimi qiymətləndirili r. “Fahişəlik”
isə ölümlə belə cəzalandırıla bilər.
Ogru qanunları
Oğru qanunlarının dəstəklənməsi
və ona sadiqlik;
Hüquq-mühafizə orqanları ilə hər
hansı bir əlaqənin qurulmasına
yol
verməmək;
Bir-birinə münasibətdə düz
olmaq;
Öz sıralarına yeni üzvləri, xüsusilə
gəncləri cəlb etmək;
Siyasi fəaliyyətlə məşğul
olmamaq;
Kart oynamağı mütləq bacarmaq.
Həbsxana qanunları
“Obşak”ın payını ayırmaq
Qanuni oğruya əl qaldırmamaq;
Böyüklərə hörmət etmək;
Valideynlərə hörmət etmək;
Satqınlara qarşi barişmaz
münasibət nümayiş etdirmək;
Sübutsuz ittiham irəli sürülməsinə
qadağa qoyulması;
Hər hansı bir formada təhqir
etməyə qadağa;
Söyüşə qadağa

[cavab]

pol Dj_KeNaN 18 Dek 2012 / 02:17
Orda bir soz diqqetimi cekdi "......." :)

[cavab]

pol sarvan 18 Dek 2012 / 02:26
ale bir nefes alda nefesim kesildi :)

[cavab]

pol Alik77 18 Dek 2012 / 02:30
Cox sag ol qaqaw.bu yazdiqlarun hansi kitabdandir?

[cavab]

pol aze 18 Dek 2012 / 02:53
sarvan, )))

[cavab]

pol aze 18 Dek 2012 / 02:54
Alik77,deymez.. kitabdan deyil

[cavab]

pol Alik77 18 Dek 2012 / 03:16
aze, bes nereden?

[cavab]

pol aze 18 Dek 2012 / 03:21
Alik77, internetden

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1744 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az