IPhone-de yenilik
Filoloq
14 Dek 2012 / 21:37
iPhone üçün hazırlanan
proqramlara daha biri
əlavə edildi.
Proqramın adı “UGly
Meter”dir, yəni “Çirkin
Ölçər”.
Proqramın istifadəsi çox
asandır.
Əvvəlcə proqramı
telefonunuza
endirirsiniz.
Sonra fotonuzu
çəkirsiniz, ya da
albomunuzdan bir
fotonu proqrama
yoxlaması üçün
verirsiniz.
Proqram qaş, göz,
burun, ağız və çənənin
bir-birlərinə
uyğunluğunu,
simmetriyasını yoxlayır
və sizə 1-dən 10-a
qədər xal verir.
Aldığınız xal nə qədər
böyükdürsə deməli siz o
qədər çox çirkinsiniz.
İş bununla yekunlaşmır,
xaldan sonra proqram
sizi (daha doğrusu
şəklinizi) şərh edir.
Şərhlər hətta bəzən
təhqiramiz olur.
Misal üçün ingilis
müğənni Çeril Koulun
fotosuna proqram bu
cür şərh verib: “O qədər
pis görünürsünüz ki…
Olmaya sizin həkiminiz
veterinardır?”.
Proqramın İgiltərənin
baş naziri Devid
Kameronun fotosuna
verdiyi şərh belə olub:
“Çirkinlik bir kərpic
olsaydı siz də Çin Səddi
olardınız”.
Məşhur aktyor Bred Pitt
də proqramın hədəfinə
tuş gəlib: “Qulyabani ilə
bir evdə yaşasaydınız
insanlar ondan yox,
sizdən qorxardı”.
[cavab]
Seyfu
14 Dek 2012 / 21:52
Zor proqramdı.
[cavab]
Bölmeye qayıt
0.219 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az