Qəribə deyilmi???

pol Memo 13 Dek 2012 / 05:31
- Qəribə deyilmi ki, 10 manatlıq
əskinazı məsciddə sədəqə
verdikdə bu məbləğ bizə çox
görünür, alış-verişə xərclədikdə
isə az!?
* * *
- Qəribə deyilmi ki, namaza və
ibadətə sərf etdiyimiz 1 saatlıq
müddət bizə uzun, televizor
qarşısında isə qısa görünür!?
* * *
- Qəribə deyilmi ki, namazda
fikrimizi bir yerə cəmləməkdə
çətinlik çəkirik, amma
dostlarımızla deyib-güləndə isə
deyil!?
* * *
- Qəribə deyilmi ki, Qurandan 1
hissəni candərdi oxuyuruq,
amma xoşladığımız roman heç
əlimizdən düşmür!?
* * *
- Qəribə deyilmi ki, Qurandan 1
hissəni əzbərləməkdə nə qədər
çətinlik çəkirik, amma edilən
dedi-qoduları, müxtəlif boş
məzmuna malik mahnı sözlərini
isə tez yadda saxlayırıq!?
* * *
- Qəribə deyilmi ki, qəzetlərdə
yazılanlara tez inanır, Allahın
kitabi Quranda yazılanlara isə
tərəddüdlə yanaşırıq!?
* * *
- Qəribə deyilmi ki, hamımız
Cənnətə girmək istəyir, amma
bunun üçün zəhmətə
qatlaşmaq istəmirik!?
* * *
- Qəribə deyilmi ki, hər birimiz
başqalarının günahlarını
gördükdə hakim olur, öz
günahlarımızı gördükdə isə
vəkilə çevrilirik!?
* * *
- Qəribə deyilmi ki, müəyyən
səbəblərə görə hələ ki,
örtünmək imkanına malik
olmayan, lakin qəlbən bunu
arzulayan bacımızı
"Örtünməlidir! Əks halda
kafirdir!" – deyə ittiham edən
müsəlmanın ailəsi Allahı
tanımır!?
* * *
- Qəribə deyilmi ki, Allaha
qurban olum, Onun yolunda
canımdan da keçərəm!!!" -
deyən şəxs gündəlik
ibadətlərini yerinə yetirməyə
belə tənbəllik edir!?
* * *
- Qəribə deyilmi ki, ömrümüz
boyu başqalarının hörmətini,
razılığını qazanmaq üçün
əlimizdən gələni edirik, Allahın
razılğını qazanmağa gəlikdə isə
"vaxtım yoxdur" bəhanəsilə
“aradan çıxırıq”!?
* * *
- Qəribə deyilmi ki, məzhəb
mübahisələrinə bu qədər vaxt
ayıran biz müsəlmanlar
ətrafdakı böyük təhlükələri
görmürük!?
Sizcə də qəribə deyilmi?

[cavab]

pol MaqnuM 13 Dek 2012 / 05:34
Qeribedi

[cavab]

pol Boss555 13 Dek 2012 / 05:41
Memo, düz deyirsən qəribədir.həyatsa qəribədir.

[cavab]

pol meherrem 13 Dek 2012 / 05:45
Memo, zeyir qeribe deyil sadece seytana uyuruq vessalam

[cavab]

pol _elo_ 13 Dek 2012 / 05:49
meherrem, Ele qeribe olan da onun "seytan" oldugunu bile-bile aldanmagimizdir

[cavab]

pol Meymunka 13 Dek 2012 / 06:04
Tsk cox menali ve heqiqetdir.

[cavab]

pol Ayla 13 Dek 2012 / 17:38
hamisi duzdu

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1675 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az