Həyat nədir ki???

pol Memo 13 Dek 2012 / 05:19
Həyat xoşbəxt
yaşamaqdır...Ölümə hazır
olmaqdır
Həyat dəyər verməkdir...Dost
qiymətin bilməkdir
Həyat su kimi axmaqdır...Və
dənizə qovuşmaqdır
Həyat bir limandır...Qısa bir
zamandır
Həyat yaşamağı
bilməkdir...Həyat aşiq olmaqdır
Bir yerə yapışmaqdır...Həyat
həmişə maraqlanmaqdır
Marağını aradan
qaldırmaqdır...Həyat
hazırlanmaqdır
Həyat nəfəs alıb
verməkdir...Ölərkən günahsız
ölməkdir
Həyat bilmədiyini bilməkdir...Və
öyrənməyə davam etməkdir
Həyat əlinlə qələm
tutmaqdır....Haqqıyla tələbə
oxutmaqdır
Səbirsizliklə
gözlənilməkdir...Həyat ölümü
bilməkdir
Ölümə
gülümsəməkdir...Haqqdan yana
olmaqdır
Həyat bir müddət piyada
getməkdir...Yaşlanıb ayağını
sürüməkdir
Həyat hər kəsə salam
verməkdir...Bütün insanlara
gülümsəməkdir
Həyat günahlara
dalmaqdır...Sonra dönüb
peşman olmaqdır
Həyat yaşayarkən
yatmaqdır...Ancaq ölümlə
oyanmaqdır
Həyat candır canandır...Allaha
qul olmağındır
Həyat yaşamaqdır...Həmişə
canlı olmaqdır
Həyat qısa bir xəttdir...Ya da
yanıq bir melodiyadır
Həyat insanları
sevməkdir...Gözəl yaşamaq və
ölməkdir
Həyat bəlkə hər şeydir...Bəlkə
də heç bir şeydir
Həyat çətin bir
imtahandır...Həyat
məsuliyyətdir
Həyat yaşamaqdır...Yaşamaq
sənətdir
Həyat məncə puldur...Pulsuz
həyat çox çətindir
Həyat sağlamlıqdır, sevgi,
hörmətdir ...Həyat xoşgörüşdür
və azadlıqdır
Həyatdan dərs almamaq bir
korluqdur
Narkomana soruşsan dərin bir
nəfəs almaqdır
Həyat yerlə göy arasında sıxışıb
qalmaqdır
Keçmişdən dərs alıb, gələcəyə
addımlamaqdır
Həyat hər gün nərdivanı
çıxmaqdır...Hər gün doğan yeni
günə ümidlə baxmaqdır
Həyat bizə verilən məhdud bir
zamandır...Əslində bizim üçün
ÇƏTİN bir
imtahandır.

[cavab]

pol Boss555 13 Dek 2012 / 05:23
Memo, çox gözel yazmisan.Həyat əslində bir pəncərədir...hər gələn bu pəncərəyə baxib gedir...

[cavab]

pol MaqnuM 13 Dek 2012 / 05:24
Ela....
Heyat bir dersdir. Men bu dersden qaca bilmirem :)

[cavab]

pol meherrem 13 Dek 2012 / 05:25
Memo, Eli(e) buyurubki heyat bir ana betnine oxsar evvelce yaraniriq sonra dunyaya gelirik bu dunyada da yaranib o biri dunyaya gedecik yani heyat qabaqdadi

[cavab]

pol meherrem 13 Dek 2012 / 05:26
MaqnuM, tesekur

[cavab]

pol MaqnuM 13 Dek 2012 / 05:31
meherrem, deymez

[cavab]

pol Memo 13 Dek 2012 / 05:44
MaqnuM, :))

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1746 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az