Zarafatcıl tarla.az lılar 2 hissə))
Memo
12 Dek 2012 / 01:24
Geniuss: Sizlə tanış olmaq olar?
Dan_Ulduzu : Yox!
Geniuss: Mən sənə nə sual
verdim ki?)
Dan_Ulduzu: Sizlə tanış olmaq olar?
Geniuss: Olaaaaar:)
qaraw metroda Nayanın ayağını
tapdalayır...Naya: Aaaa
neynirsən?
qaraw: Belə salamatçılıqdı, sən
neynirsən?:)
Sago : Nə vaxt gedirik üzük
seçməyə?
WILTAQ_QIZ: Tez deyilmi? Bəlkə
hələ fikrimi dəyişdim.
Sago: Nə olsun. Onda
həmin üzükdən qızıl diş
qoydurarsan özünə.
WILTAQ_QIZ: Nə diş?
Sago: Mənim vurub
sındırdığım dişi =)
Gecə EMIN98 öz avtomobili ilə
evə gedərkən yolda
atomobilinin təkəri boşalır. O
düşüb avtomobilinin təkərini
dəyişməyə başlayır. Bu zaman
yoldan keçən DJ_NIKOsoruşur:
- Sən orda neyləyirsən?
EMIN98- Təkəri çıxardıram.
DJ_NIKO: maşının qabaq şüşəsini
daşla sındırıb deyir:
- Dayan mən də maqnitafonu
götürüm =)
prototype198 evə gözüqaralmış
gəlir.Atası soruşur:
-Sənə nə olub?
-Ata sən özün bilirsən ki,mən
zarafat eləməyi çox
xoşlayıram.Hər gecə saat 3-də
dostlarıma zəng edib
soruşuram:
"Tap görüm kimdir?".
-Nə olsun ki?
Bu gün biri tapdı(
DJ_HEYDER- qatara gecikir
Özünü təngənəfəs çatdırır
vağzala görür qatar gedib,
yaxınlaşıb bir nəfərdən soruşur
ki, bəs qatar çoxdan gedib?
Cavab verirlər ki, yox 30 dəqiqə
olar gedib.
DJ_HEYDER- rahat nəfəs alır və
deyir
Mən də dedim bəlkə çox
gecikmişəm.))
murk falçıya:
- Elə edə bilərsiz ki, taleh
mənim üzümə gülsün?
Falçı əlbəttə deyib qapını açıb
qışqırır:
- oğlum Taleh gəl xalanın üzünə
gül))
Bir gün Shuvelanlı dan polis
soruşur. Necə oldu ki, 50
nəfərin ölümünə səbəb oldun.
Shuvelanlı deyir ki:
Maşınnan gedirdim əyləci
tutmadı. Baxdım sağa dönsəm
uşaq var idi, düz getsəm bazara
girirdim çox adam öləcəkdi,
solda da iki qoca var idi. Dedim
elə sola dönüm onsuz da bular
yaşadıqları qədər yaşayıb. Elə
birin vurmuşdum gördüm o
birisi qaçdı bazara girdi. Getdim daliycan)))
Bir gün xəstə həkim DarkAngel
dan soruşur:
- Həkim mən quş qripinə
yoluxmuşam, neyləyim?
WANTED
- Mənnən aralı gəz))
BILLU restorana gəlib
deyir:
- mənə əl boyda çörək bir
stəkan da su verin.
emsalyan
- Bayram münasibətilə bizdə bu
gün hər şey pulsuzdur.
BİLLU:
-Onda mənə yekə bir çörək bir
vedrə də su verin))
*_magiya_*içkili halda kilsədəki
şamları üfləyib söndürür. Keşiş
yaxınlaşıb tez şamları
yandırmaq istəyir. *_magiya_* keşişi
itəliyir:
- Qırağa dur, bu gün mənim ad
günümdür:)))
wuyud həkim-ə sual
verir:
— Xəstənin dəli olduğunu necə
bilirsiz?
— Vannanı su ilə doldururuğ
xəstəyə 1 qaşıq 1 fincan 1 də
vedrə veririk və deyirikki hansı
ilə boşaldarsan?
— Hə, anladım normal şəxs
vedrəni seçər.
— Xeyir normal şəxs vannanın
tıxacını çıxardar.=))
Bir gün Nurlanickailə ozdunyamiz taksi saxlayır:
- Day day Elmlərə apararsan?
- Apararam bala gəlin oturun.
- Dayı 3 nəfərik haaaa
- Bala siz 2 nəfərsiz axı
- Dayı bəs sən gəlmirsən?)))
İki sarışın *alev* və superisi yolda gedərkən yerdə bir
makyaj aynası tapırlar. *alev* qapağını açır və baxır :
- Şəkildəki üz mənə çox tanış
gəldi şəkərim...) deyir. Sonra superisi, aynanı yoldaşının
əlindən alar və belə deyər :
- Təbii ki tanış gələcək, bu
mənəm...))
BAKILI_İKOB dərsə gecikir.Müəllim
əsəbi halda qışqırır:
-Sənə deməmişəm bir daha
dərsə gecikmə?!
BAKILI_İKOB cavabında:
-Müəllim, deməyiblər ki,oxumaq
heç vaxt gec deyil?)
*_DaRk_Life_*maşınla vurubRako-nun ayağın sındırır.
Məhkəmədə Rako
1 milyon dollar istəyir.
*_DaRk_Life_* əsəbi halda:
- Mən milyonerəm? - deyə
soruşur
Rako da cavabında:
- Bəs mən qırxayağam? =))
red. Memo (12.12 /01:27)
[cavab]
EMIN98
12 Dek 2012 / 01:31
Billu ile magiya lezzet eledi. Men de de yaxşıydı. Super.
[cavab]
Memo
12 Dek 2012 / 01:31
Bu sadece 1 zarafatdı )
[cavab]
EMIN98
12 Dek 2012 / 01:32
Memo, amma qeşengdi. Davamı olacaq?
[cavab]
Avara_Fermer
12 Dek 2012 / 01:32
xostm geldi twkr.
[cavab]
Memo
12 Dek 2012 / 01:33
EMIN98, bəlkə oldu :)
[cavab]
qaraw
12 Dek 2012 / 01:34
sagol twk
[cavab]
emsalyan
12 Dek 2012 / 01:34
twk eladu
[cavab]
Ferid63
12 Dek 2012 / 01:35
Elaaaa diiii
[cavab]
alara
12 Dek 2012 / 01:35
bes men?(((((
[cavab]
Bölmeye qayıt