IMAM HUSEYIN (A.S) AID SEIR ---(VoRZakONE)
VoRZakONE
8 Dek 2012 / 02:59
Imam Huseyn(e) Seir
İMAM HÜSEYN (ə)
Hüseyn ibni Əli! Ya Rəbb, bu ad qəlbimdə məskundur.
Gözəllər vadisindən bir gözəl vardır ki, məhzundur.
Mənim Rəbbim bir - Allahdır ki, Ondan qeyri yox Məbud,
Rizası Kərbəladan keçmək olsa bəndə məmnundur.
Hüseyni sevməmək olmaz, HÜSEYN eşqə verib məna,
Bütün yer-göy olub heyran ona şaiqdi, məftundur
Həqiqətdə Hüseyn kimdir, həqiqətdə Yəzid (L) kimdir?
Hüseyn məzlum, şəhid, rəhbər, Yəzid(L) zalimdi, məlundur!
Görənlər nəşin üstündə o zalimlik edən qövmü
Düşünmüş onlar haqqında: bəşər yox, qarğa-quzğundur.
Hüseynə ağlayan gözlər bəla görməz Qiyamətdə,
Əzəl gündən də əvvəldən olub təyin, bu qanundur.
Sənə üstün demək olmur, sən üstünlükdən üstünsən,
Sənin şəninlə: - acizdir, məgər üstünlük uyğundur?
[cavab]
EMIN98
8 Dek 2012 / 03:02
Super. Senindi?
[cavab]
VoRZakONE
8 Dek 2012 / 04:06
EMIN98, he qaqas
[cavab]
CAVKO94
8 Dek 2012 / 04:46
VoRZakONE, Halaldi qaqas ALLAH seni qorusun!
[cavab]
VoRZakONE
8 Dek 2012 / 04:49
CAVKO94, ALLAH RAZI OLSUN QAQAS ALLAH HAMINI QORUSUN EWI BU NEDIKI HUSEYNE CANIMIDA QURBAN VERERM
[cavab]
Bölmeye qayıt