İnanmadın sən,,,,,,

pol ilawka51 7 Dek 2012 / 18:44
Sən ayaq qoyduğun yerə qoydum baş,
Qəlbimdə həsrətin, gözlərimdə yaş,
Süründüm arxanca, ay ürəyi daş,
Niyə bu sevgimə inanmadın sən?

Sığındım eşqinə, pənahım dedim,
Qoy olsun, olursa günahım dedim,
Sənə səcdə edib, Allahım dedim,
Niyə bu sevgimə inanmadın sən?

Bir yetim uşaq tək qəmə bələndim,
Sağına, soluna keçib, hərləndim,
Əl açıb mən səndən sevgi diləndim,
Niyə bu sevgimə inanmadın sən?

Gecələri həsrətindən yatmadım,
Kədərim üstünə sevic qatmadım,
Daha nə yol qaldı, mən əl atmadım,
Niyə bu sevgimə inanmadın sən?

Yanan pərvanəydi, oda inandın,
Qəmgini görmədin, şada inandın,
Özgəyə inandın, yada inandın,
Niyə bu sevgimə inanmadın sən?

Yaşardı, eşqinin meyin içən də,
Yolunda o, şirin candan keçən də,
Sən isə özgəni seçdin, seçəndə,
Niyə bu sevgimə inanmadın sən?

[cavab]

pol kamranrza 7 Dek 2012 / 18:58
beyendim

[cavab]

pol EMIN98 7 Dek 2012 / 18:58
Salam. Çox gözel şeirdi. Elleriniz derd görmesin. Bes yazarı kimdi?

[cavab]

pol ilawka51 7 Dek 2012 / 19:20
EMIN98, aleykuma salam bilmirem

[cavab]

pol *Bizim_Tarla* 7 Dek 2012 / 20:12
Like etdim

[cavab]

pol Boncuq 7 Dek 2012 / 20:15
cox guzelmiw

[cavab]

pol ilawka51 7 Dek 2012 / 22:27
tewekkur

[cavab]

pol NeVRoTiC 8 Dek 2012 / 00:26
yaxshidi...
her sheyin alinmamasina sebebse insana Allahim demeyin olub yeqin..

[cavab]

pol ilawka51 8 Dek 2012 / 01:12
NeVRoTiC, men demirem seiri yazan diyir)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1749 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az