Maraqli ve Dusundurucu

pol FoReVeR-GS 7 Dek 2012 / 03:45
Böyük bir hava limanının gözləmə
salonunda, gənc bir qız yola
düşmək üçün təyarəni gözləyirdi.
Təyyarənin yola düşməsinə çox
qaldığından , vaxtını keçirmək
üçün bir kitab və bir paket
peçenye aldı. İstirahət etmək və
kitabını oxumaq üçün VIP
salonunda bir oturacağa əyləşdi.
Peçenye paketinin dayandığı
masanın yanındakı oturacağa
bir adam oturdu ve jurnalını açıb
oxumağa başladı.
Gənc qız ilk peçenyesini götürdü.
Adam da peçenyedən bir dənə
götürdü. Qız özünü çox narahat
hiss etdi və:
"Necədə ədəbsizdir. Havamda
olsaydım, bu cürətindən ötəri onu
yumruqlardım!"
deyə düşündü.
Qız bir peçenye götürür, Adam da
bir dənə götürürdü.
Qız əsəbindən dəliyə dönmüşdü,
Amma hadisə çıxarmaq istəmirdi.
Nəhayət son peçenye qalınca
qadın:
"Bu həyasız adam indi nə
edəcək?"
deyə düşündü.
Adam son peçenyeni götürdü,
onu ikiyə böldü və bir parçanı
qadına verdi
”Aaaa! Bu qədəri də olmaz artıq! “
Çox hirslənmişdi ! Qadın əsəb
içində kitabını və digər şeylərini
götürüb bir fırtına kimi giriş
salonuna, oradan da təyyarəyə
tərəf yönəldi.
Təyyarədəki kreslosuna oturdu.
Eynəyini götürmək üçün çantasını
açdı. Nə görsə yaxşıdı? Peçenye
paketi açılmamış, orada dayanırdı.
Çox utandı. Çox böyük bir səhv
etdiyini anladı. Peçenyelərinin
paketini heç açmadan çantasına
qoyduğunu unutmuşdu.
Halbuki adam, öz peçenyelərini
heç əsəbiləşmədən və tərəddüd
belə etmədən qadınla
bölüşmüşdü. Qadın isə
peçenyelərinin paylaşıldığını
düşünərək çox əsəbiləşmişdi və
indi bu vəziyyəti geri qaytarmaq
şansı yoxuydu, Üzr istəmə imkanı
da qalmamışdı.
Telafi edə bilməyəcəyiniz
dörd vəziyyət vardır.
1.DAŞ...
Atıldıqdan sonra!
2.Söz...
Ağızdan çıxdıqdan sonra!
3.Fürsət...
Qaçdıqdan sonra!
4.Zaman...
Keçdikdən sonra!

[cavab]

pol *_DaRK_LiFe_* 7 Dek 2012 / 03:56
FoReVeR-GS, superdi. Marağlıdı heqiqeten. Yazdığın ucun sagol

[cavab]

pol aynur653 7 Dek 2012 / 03:56
ha ga ha maraqlidi eline sagliq

[cavab]

pol FoReVeR-GS 7 Dek 2012 / 04:13
beyendiyiniz ucun sevindim :)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2371 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az