+60 gün kiflenmeyen çörek+
Nurlanichka
7 Dek 2012 / 02:21
Artıq çörəklər bayatlamadan və
kiflənmədən 60 gün boyunca qala
biləcək.
İnkişaf etdirilmə mərhələsindəki
sistem sayəsində, hər il yüz
milyardlarla dollarlıq çörək
itkisinin qarşısını almaq
hədəfdədir.
Texas mərkəzli Microzap
firmasının inkişaf etdirdiyi
texnikayla çörəklərdə kiflənməyə
səbəb olan bakteriyaların qarşısı
alınacaq.
Firmanın ilhamlandığı qaynaq
evlərdə istifadə edilən
mikrodalğalı sobalardır.
Çörək istehsal bantlarında tətbiq
olunacaq mikrodalğa texnikasıyla
kiflənməyə gətirib çıxaran
Rhizopus stolonifer göbələyi 10
saniyə içində yox ediləcək.
Beləcə normal şərtlərdə 10 gündə
kiflənən çörəklərin ömrü 60 günə
qədər uzanacaq.
Microzap səlahiyyətliləri, Texas
Tech Universitetindəki sınaq
mərhələsini müvəffəqiyyətlə
keçən sistemə istehsalçıların
rəğbət göstərməsini gözləyir.
Səlahiyyətlilər yeni sistemlə
çörəklərdə köhnəlməyə mane
olan qatqı maddələrinin də istifadə
edilməyəcəyini ifadə edir.
Mikro dalğa texnikasının
yayılmasıyla çörək xaricindəki
digər qidalarda da ömrünün
artırılması məqsəddir.
Mütəxəssislər inkişaf etmiş
ölkələrdəki qida israfının bu
sistemlə sona çatacağının
vurğulayır.
Çünki yalnız İngiltərədə satın
alınan çörəklərin 32%-i zibilə
atılır.
ABŞda isə hər il ailələrin qida
alverində aldığı çörəyin 40%-i
zibilə gedir.
Bu ziyan, ildə 165 milyard dollar
zərərə səbəb olur.
[cavab]
Avara_Fermer
7 Dek 2012 / 02:23
Azerbaycana gelib cixsa yaxsi olar.
[cavab]
ozdunyamiz
7 Dek 2012 / 02:49
yeri var) Teşekkur movzu ucun
[cavab]
Wahru
7 Dek 2012 / 03:24
60 gunluk coreyi yesek omrumuz de 60gunluk olar.o corek kiflenmenin axirina cixdigi kimi bizim de axirina cixar bu teklukelidi mence
[cavab]
Qizil_Eli
7 Dek 2012 / 03:31
Wahru, duzdu
[cavab]
Avara_Fermer
7 Dek 2012 / 03:38
Wahru, Universitetde arawdirma apariblar. Ziyanli bir sey olsaydi istehsal etmezdiler.
[cavab]
Bölmeye qayıt