Nagil ve qus
murad2003
6 Dek 2012 / 21:40
- Babacan, al bu kitabı, mənə buradan bir nağıl seçib oxu, - deyə balaca Gülnar babasının əlindən tutub bağa tərəf dartdı. - Gedək, - babası onun bu istəyini təbəssümlə qarşıladı. Onlar bağa düşdülər. Bir ağacın kölgəsində oturdular. Baba bir nağıl seçib oxudu. Gülnara elə gəldi ki, bu, onun indiyə kimi eşitdiyi ən maraqlı nağıldır: - Babacan, nə maraqlı nağıldır. Xahiş edirəm, mən yatanda yenə bu nağılı oxuyarsan. Elə bu vaxt külək kitabın vərəqini yerindən oynatdı. Vərəq havada uçub, ağacın yarpaqlarına qondu. Gülnar hirsləndi: - Küləyə bax eeee, - hirslə vərəqi götürmək üçün yuxarı dartındı. Birdən gördü ki, vərəqin düşdüyü yerdə bir quş yuva qurub. Bunu görən Gülnar nə fikirləşdisə, geri çəkildi: - Babacan, vərəqi götürməyək. O nağılı onsuz da mən bilirəm. Qoy ana quş onu balalarına oxusun...
[cavab]
Habil
6 Dek 2012 / 22:02
http://tarla.az/forum.php?type=movzu&id=40476
[cavab]
Bölmeye qayıt
0.158 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az