Bu da menden siz gozel qəzəl:)
VoRZakONE
6 Dek 2012 / 05:37
Bu da menden siz gozel qəzəl
Bütün gecəni qəzəli
Içimdə od qaladı möhnətin bütün gecəni,
Gözümdə saldı yerin həsrətin bütün gecəni.
Soyuq divardakı məsum xəyallarım çəkdi,
Kədərli gözlərimin diqqətin bütün gecəni.
Geyib qaranlığın ağ başmağın yuxum qaçdı,
Götürməyib gecənin minnətin, bütün gecəni.
Bir an da yatmadılar bəxtəvər düşüncələrim,
Nazıyla oynadılar zülmətin bütün gecəni.
Yorulmadan gecədən çəkdi sübhədək səssiz,
Başım fikirlərinin zəhmətin bütün gecəni.
Gəzişdi pəncərəmin qarşısında əsgər tək,
Mələk donunda gözəl surətin bütün gecəni.
Nə yaxşı qoymadı qəm dar macalda tək, Yasin,
Bölüşdü dərdini həmsöhbətin bütün gecəni.
[cavab]
kamranrza
6 Dek 2012 / 10:12
yaxwi
[cavab]
EMIN98
6 Dek 2012 / 10:25
Qeşengdi. Qaqaş.
[cavab]
EMIN98
6 Dek 2012 / 10:46
Şair yene qelbinde bir qığılcım oyanıb
O şeirler ağladıb, bezende nura boyayıb
Yene bu qelb inleyib,onsuzluqda tenha qalıb
Bürüyüb tenhalıq ahı yene bütün geceni.
[cavab]
VoRZakONE
6 Dek 2012 / 13:38
twk .
[cavab]
VoRZakONE
6 Dek 2012 / 13:39
EMIN98, gewey.
[cavab]
Bölmeye qayıt