Futbol klublarının adları haqqında maraqlı faktlar
murad2003
5 Dek 2012 / 22:41
Biz adlı-sanlı futbol klublarının adlarını və onların nə üçün belə adlandırıldıqlarını bilirik. Bəzi futbol klublarının adlarının isə maraqlı tarixçələri vardır. Məsələn, Permin “Amkar” futbol klubunun adı “ammiak” və “karbomid” sözlərinin ilk hecalarından götürülmüşdür. Klub “Mineral gübrələr” müəssisəsində yaradılmışdır və onun əsas məhsulları yuxarıda adları çəkilən maddələrdir.
Moskvada, Kislovodskda və Petrozavodskda üç futbol komandası “Asmaral”(1990) adını daşıyırdı. Onlara bu adı irak biznesmeni və komandaların sponsoru Xusam Əl-Xalidi vermişdi. Bu ad onun üç oğlunun – Asil, Marion və Alan – adlarının ilk hecalarından götürülmüşdü.
Futboldan heç bir anlayışı olmayan uruqvaylı fermer Pedro Pinyarolonun ağlına belə gəlməzdi ki, onun adı Montevideodan olan “Penyarol” komandasının adında əbədiləşəcək. Düz bir əsr əvvəl onun mülkünün yaxınlığında futbol klubun stadionu yerləşirdi. Buna görə də komandanı onun şərəfinə adlandırmışdılar.
Çilinin ən titullu komandalarından biri haqlı olaraq “Kolo-Kolo” sayılır. Klubun emblemində hindu əks olunub. Klubun adı da ispan istilaçılarına qarşı mapuçe qəbiləsini qaldırmış əfsanəvi hindu başçısının (XVI əsr) adından götürülmüşdür.
Boliviyanın La-Pas şəhərində hələ 1925-ci ildə “Atletik, Ədəbi və Musiqili Bolivar” klubu yaranmışdı. Bu gün o, sadəcə “Bolivar” adlanır.
Arsenal – Londonda olan yeganə klubdur ki, onun şərəfinə eyniadlı metro stansiyası vardır.
“Everton” (Liverpul) klubunun adı stadionun yaxınlığında yerləşən və azərkeşlərin alığ-veriş etdikləeri kişik mağazanın adından götürülmüşdür.
[cavab]
DD11
5 Dek 2012 / 22:48
Arsenal ve Evertondan bashqa hech birini tanimadim. amma maragli idi teshekkürler
red. DD11 (05.12 /22:49)
[cavab]
Bölmeye qayıt