Bakıda qızlarla küçədə tanış olmaq istəyənlərə dərs olacaq cinayət
kamranrza
5 Dek 2012 / 02:11
Milli.Az-ın məlumatına görə, 27 yaşlı Daşqın Qarayev sevdiyi qızın həsrəti ilə alışıb-yandığı bir vaxtda, qız onun görüşünə tək gəlməyib. Dünən Nəsimi rayonu ərazisində, 3-cü mikrorayon dairəsinin yaxınlığında baş verən bu mənzərə isə qanlı hadisənin baş verməsini qaçılmaz edib. D.Qarayev cibindəki bıçağı çıxararaq qızın yanındakı Orxan Kərimovun qarnına soxub.
"İstədiyim qızı gözləyirdim. Bir azdan sonra qız avtobusdan düşüb mənə tərəf gəldi, bir də gördüm ki, yanında bir oğlan ona nəsə deyir. Deyəsən, telefon nömrəsi verirdi”. Bu sözləri hadisədən az sonra Nəsimi Rayon Polis İdarəsində (RPİ) verdiyi ifadəsində Daşqın Qarayev deyib.
İdarədən Milli.Az-a verilən məlumata görə, D.Qarayev sevdiyi qızı gözləyən zaman gördüyü hadisənin onu özündən çıxardığını deyıb. Avtobusda bir oğlan dayanmadan qıza baxıb, sonra isə qız 3-cü mikrorayon dairəsində düşəndə həmin oğlan da avtobusdan düşərək qıza yaxınlaşıb. Qızdan əl çəkməyən oğlan mobil telefon nömrəsini qıza vermək istəyib. Bundan sonra da bıçaqlanma baş verib.
D.Qarayev tutularaq Nəsimi RPİ-nin 20-ci polis bölməsinə gətirilib. Yaralı isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı istintaq aparılır.
[cavab]
DarKAngeL
5 Dek 2012 / 02:14
yuhhh ya sevginin axri...........
[cavab]
huseyn24
5 Dek 2012 / 02:15
xezer xebere baxdiginiz ucun tewekkur edirik tezlikle yeni xeberleri sizinle paylawacagiq
[cavab]
BLACK_ANGEL
5 Dek 2012 / 02:17
D.qarayevin genclyne yazik olmuw...
[cavab]
Azenec
5 Dek 2012 / 02:20
Əcəb eliyib məndə o oglanin yerində olsam duzu biçaqlamaram ama it kimi vurub mindar edərəm. Halaldi qaqawa
[cavab]
ISRO
5 Dek 2012 / 02:29
zor elilyb!!! Qaqawin cavanlgna heif ama yenede duz elyb....halaldi!
[cavab]
PLAYBOY
5 Dek 2012 / 02:33
Kisidi)
[cavab]
kamranrza
5 Dek 2012 / 02:41
Siznen Fexr Edirem
[cavab]
Ceska
5 Dek 2012 / 02:43
Sevende elesın sevesem kı, ag gulun olsun. Day hepıs xanada mekum yox bele qeretı oglanlara halal olsun. Mende olsam vurardım ama qancıq xanım ucun deymez.
[cavab]
nurka
5 Dek 2012 / 03:14
basqa kanal tutmur:)tekce xezer
[cavab]
Bölmeye qayıt