Allah ən yaxşı proqramistdir...

pol Vita_Brevis 4 Dek 2012 / 03:37
Ön söz

Deyəcəklərim komputer və az proqramlaşdırma anlayışı olan kəslər tərəfindən çox rahat başa düşüləcək.

Deyəcəklərim nə şirkdir nədəki bidət... sadəcə həyata fərqli bir tərəfdən baxışdı.

Göstərdiyi böyük köməkliyə görə qaardaşım Talıbzadə Sərxan-a təşəkkürümü bildirirəm.

Allah ən yaxşı proqramistdir...

Düşünək... Düşünək ki, həyatımız mükəmməl yazılmış bir proqram əsəasında formalaşmışdır. Bu əslində də belədir.

1. Hər kəsə aydın olan bir proqram forması “CHAT”. Həyat “CHAT”-sa Super Admini Allahdır. O vəzifəsini yaxşı yerinə yetirən istifadəçilərə status verə bilir, beləliklə özü bildiyi özəllikləri bəzi istifadəçilər üçün yararlı edir.

Deməli bu seçilmiş insanlara Peyğəmbər və İmamlar kimi baxmaq olar.

Onlarda bizə qeyri-adi gələn bir çox bacarıq və qabiliyyətlərin olması, onların həyat səhifəsində Admin panelin olması ilə əlaqədardır. Bu mövzunun izahatını daha da artırmaq olar. Elə göstəricilər vardır ki - insanın uçmağı, eyni anda bir neçə yerdə olmaq, insanların fikirlərini oxumaq və s. Bunlar da Allahin bizə verdiyi statusla bağlı dəyişir. Məsələn “CHAT”-da Adminlər yazılan bütün mesajları oxuya bilirlər, bunu fikirləri oxumaq kimi... Userin infosuna baxdıqda isə onun ip, soft məlumatlarını görə bilirlər... Bunu da bəsirət gözünün açıq olması ilə müqayisə etmək olar. Bəsirət gözü açıq olan insanlar insanın əsl varlıq formasını gördüyü kimi Adminlər də userin çoxlarına gizli olan məlumatlarını görə bilirlər.

2. Hər bir proqramın öz yazılma dili olur və bu proqram xüsusi kodlar vasitəsilə idarə edilir, əlavələr olunur, əmrlər verilir. İslam dini bir proqramdır. Bu proqram üçün dili Allah ərəb dilini qərar vermişdir. Ona görə namaz, bir çox dualar ərəb dilində edilir. Sanki ərəb dili kodlardan ibarət bir əlifbadır.

3. Hər dilin öyrədən bir kitabı, dərsliyi vardır. İslam dini bir proqramdırsa onu öyrədən kitab Qurani Kərim-dir. Qurani Kərim sanki İslam dinini bizə öyrədən kodlar və nümünələrdən ibarət olan bir kitabdır.

[cavab]

pol Vita_Brevis 4 Dek 2012 / 03:38
Allah necə gələcəyi görür?

Təsəvvür edək ki, bizim hər günümüz bir otağa sığışmışdır. Beləliklə, bizim bir ilimiz 360-365 otağda cəm olub. 360-365 otağın özü də bir otağda yerləşir. Beləliklə, 60 il ömür +60 otaqda. (konkret rəqəmə göstərirəm ki təssəvvür yaransın bizdə). Diqqət edin, biz eyni zamanda bütün bu otaqlarda varıq. Allah sistemi belə qurmuşdur. Bizim bu gün etdiyimiz bir hərəkət elə həmin an bizim digər otaqlardaki vəziyyətimizə təsir edir . Beləliklə biz bu gün etdiyimiz hərəkətlə gələcəyimizi dəyişirik. Müəyyən fürsətlər və dualarımızın qəbulu zamanı Allah bizə nəsə verirsə o bu otaqlara baxır və bizim məsələn 10 il gələcəkdə nəyəsə ehtiyacımızın olduğunu görür. İstədiyimizi indi yox 10 il sonra verir çünki o görür ki 10 il sonra verəcəyi bizə daha çox xeyir gətirər. Ona görə də Allah buyurub ki səbr edin. Nəsə əlimizdən çıxarsa nəsə əlimizə gələrsə nə üzülün nə sevinin.

Qiyamət necə olacaq və hər şey yenidən necə bərpa olacaq?

Həyat Allah tərəfindən hazırlanmış bir skriptdir və bu skript bir bazada yığılıb. Deyək ki, geniş imkanlı bir sosial şəbəkədir. Baza Allahın əlindədir və bu bazada dünyada nə varsa onlar haqqında orda məlumat vardır. Sayt ustaları yaxşı bilirlər ki, onalar bazadan istədiyi istifadəçiyə Bal, Post, Reytinq verə bilər və bu da nə onların postunu azaldar nə də balını. Allah da buyuru ki hər nə varsa mənimdir (baza Allahın əlindədir), mən istədiyimə ondan verərəm və həmin neymət məndə zərrə də olsa azalmaz və buna heç bir güc sərf etmərəm(həqiqətən bazada da belədir, heç nə azalmır, zəhmət də tələb etmir).

Qayıdaq qiyamətə... Skript, yəni dünya bir bazada quruldu. Dünyanı dağıtmaq üçünsə sadəcə Allahın o skripti bazadan silməsi kifayətdir. Beləliklə Qiyamət oldu hər şey məhv oldu və yalnız Allah qaldı. Bəs necə yenidən diriliş olacaq. Deməli, Hər bazada baza məlumatları kodlar şəklində saxlanılır. Onu yükləmək sadəcə 1 anlıq bişeydi və bir fayla yerləşir. Allah skriptin baza məlumatlarını götürür və saytı yəni dünyanı silir. Sonra back up-la saytı yenidən bərpa edir. Hər şey yerində olsun deyə baza məlumatlarını yerinə yazır və hazır hər kəsə öz payı çatdı... savabları və günahlarına kimi.

Mələk və Şeytan...

“Bot” deyilən bir anlayış var. Bot sanki robotdu, onlar da sanki əmrləri icra edirlər mələklər kimi. Botlara xüsusi göstərişlər verilir, məsələn: çoxlarımıza da rast gəlib ki, aytlara daxil olanda yazılır Vita Brevis sayta xoş gəldiniz. Mələklərə də Şeytana da bir bot kimi əmr verilib və onlar da o əmrləri yerinə yetirirlər. Məsələn bir mələyə tapşırılıb ki, yer üçünə düşən yağışları say... bu onun bot kimi vəzifəsidir.

Biz Allahı nə üçün görmürük?

Nəyisə görməyimiz üçün onun fonu olmalıdı. Fon da əşyadan, obyektdən böyük olmalıdı ki, eşya fona yerləşsin o zaman görsənər. Məsələn kitabi biz gözümüzə şəx yaxın tutduqda o sanki böyəlir və fonu gözümüzdın itir, bu zaman kitabı da tam görə bilmirik. Deməli, obyektin görsənməsi üçün o fondan kiçik olmalıdı. Amma biz bilirik ki, Allah ən böyükdür ondan böyük fon olmadığı üçün Allahı görə bilmirik, gözümüzə yaxın tutduğumuz kitab kimi.

Bu deyim çox doğrudur ki, Allah bizə çox yaxındı bu səbəbdən onu seçə bilmirik ətrafdan.

Vita Brevis
Diqqət etsən hər şeyi daha dəqiq görərsən...

Mövzu ilə bağlı sualınız olarsa müraciət edə bilərsiniz...

[cavab]

pol Ayla 4 Dek 2012 / 04:10
bu ne menasiz movzudu evvelini oxudum sebrim catmadi.gunahdi ee

[cavab]

pol Rako 4 Dek 2012 / 05:54
Ar olsun sadece deyirem gunahdir a bala yaziqiniz gelsin ozunuze nc nc nc

[cavab]

pol Meymunka 4 Dek 2012 / 06:01
Ne yalan deyim axira kimi oxudum. Movzuda dini sozlerde var ancaq mence adi chati,insanlari Estagfurillah Qurana,Peygember (sav) e Imam (ra) a beraber tutmaq ne derece duzgundur anlamadim. Duzdu Peygember (sav), Imamlar da insan olub ancaq onlar secilmish,pak bendelerdi. Yene de Allah (c.c) bilen meslehetdi,her sheyin yaxshisini Allah(c.c) bilir. Ne deyim Allah(c.c) sizlere hidayet versin. Amin! Tshkler
red. Meymunka (04.12 /06:05)

[cavab]

pol Azenec 4 Dek 2012 / 10:35
Mende dedim prograwdirma dillerine aid yazacaq... Gedib chata aid yazib. Bideki chat iwdeden programist olmur. Bele movzu acma allahi dinimizi chata qariwdirma. Ayibdi gunahdi. O ne sozdu esdafurullah.
red. Azenec (04.12 /10:37)

[cavab]

pol *THE-EnD* 4 Dek 2012 / 10:39
hec oxumadım amma bılıremkı senden ancaq axmaq axmaq movzular acırsan movzunu baglazın.

[cavab]

pol Kalxozcu 4 Dek 2012 / 11:17
Vita_Brevis, seytan bot yox hemin chatin dirkasidir.

[cavab]

pol Kalxozcu 4 Dek 2012 / 12:21
Vita_Brevis, bayaq tam oxumamiwdim ALLAH I hecne ile qariwdirma. Bu movzuya gore seni asarlar. Bele gic movzu acma weytanin yolundan getme

[cavab]

pol sebuhi14 4 Dek 2012 / 12:37
bu nədi?

[cavab]

Mövzu bağlıdır
[1] 2 →
Bölmeye qayıt
19.04.13 22:00
0.34 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az