+Bu gűn SMS-in ad gűnűdűr+
Nurlanichka
4 Dek 2012 / 00:28
Bu gün SMS-in "ad günüdür"
Düz 20 il əvvəl 1992-ci ildə 22
yaşlı Britaniyalı mühəndis Neyl
Pəpvörs bəşər tarixində ilk SMS-i
göndərib.
Bu gün mobil rabitə aləmində
SMS-kimi tanınan qısa mesajın 20
illiyi tamam olur. Düz 20 il əvvəl
1992-ci ildə 22 yaşlı Britaniyalı
mühəndis Neyl Pəpvörs bəşər
tarixində ilk SMS-i göndərib. Fərdi
kompyuterindən dostunun Orbitel
901 markalı mobil telefonuna
göndərdiyi həmin tarixi mesajda
sadəcə olara “Milad bayramın
mübarək” yazısı yazılıb.
Artıq 42 yaşında olan Pəpvörs
"Skay News" kanalına verdiyi
müsahibədə, o vaxtlar SMS-in bu
qədər populyarlaşacağını ağlına
belə gətirmədiyini etiraf edib.
Statistikaya əsasən, qısa mesajın
“doğulduğu yer” olan Britaniyada
təkcə 2011-ci ildə 150 milyard
SMS yollanıb.
Hazırda Avropada SMS yazışma adi
zəngdən daha çox istifadə olunur.
Ən çox “SMS-ləşən” mobil
istifadəçilərin isə 12-15 yaşları
arasında yeniyetmələr olduğu
deyilir.
[cavab]
Lotu_Qarisqa
4 Dek 2012 / 00:32
Nurlanichka, az evvel televizorda dedidee tekrar movzudu xe xe xe
[cavab]
Avara_Fermer
4 Dek 2012 / 00:40
Tebrikler.
[cavab]
Ferma55
4 Dek 2012 / 00:47
tv de baxdim.....:)
[cavab]
qaraw
4 Dek 2012 / 01:03
xazar tv da gosterdiler
[cavab]
BLACK_ANGEL
4 Dek 2012 / 01:14
Vallah ne yaxwiki var.sms ler var goz yawardir,sms ler var qanad verir adama
ellerine sagliq.
[cavab]
Bölmeye qayıt