+He$erat ve ilan sancmasina qar$i vasiteler+

pol Nurlanichka 3 Dek 2012 / 23:41
Keçmişdə adamı arı, əqrəb,
ağcaqanad, ilan və s. sancarkən
zəhərlənmənin qarşısını almaq
üçün müxtəlif tədbirlər
görürdülər. Onların bəziləri ilə
tanışlıq maraqlıdır.
Həşərət və ya arı sancarkən onun
tikanı dəridə qalarsa, əvvəlcə
tikanı çıxarır, həmin yerə
yumurtanın ağı sürtülmüş tərə
yarpağı və ya kəklikotu
yarpağından təpitmə hazırlayıb
qoyurlar. Bə”zən yalnız turşəng
sürtməklə kifayətlənmək olar.
Ağcaqanad və başqa həşəratın
dişlədiyi yerə soğan qoymaqla,
qaşınmanın qarşısını xeyli almaq
mümkündür. Sancılan yerə bir az
zə”fəran qatılmış nişasta sürtmək
də faydalıdır. Cəfəri yarpağının
təpitməsi həm şişmənin qarşısını
alır, həm də yaranı sağaldır.
Faydalı təpitmələrdən biri də
kələmin bişmiş üz yarpağından
hazırlanır.
Qoz yarpağını bədənin açıq
yerlərinə sürtüb sonra arı
pətəyinə yaxınlaşdıqda, arılar
adama hücüm etmirlər. Cücələrin
sancması nəticəsində dəri
üzərində balaca yaralar əmələ
gələrsə, lobya yarpağından
hazırlanan təpitmədən istifadə
etmək olar. Əqrəb turpdan qaçır.
Qırmızı turpun qabığını soyub,
əzərək əqrəb üzərinə qoyduqda
və ya onun suyunu çıxarıb, əqrəb
üzərinə damcılatdıqda o süstləşir.
Turp suyunu bədənə sürtməklə,
cücülərin sancmasının qarşısını
almaq olar. Arı və əqrəb
sancarkən, xam neft ilə kompres
qoymaq zəhərlənmənin qarşısını
alır. Zəhərlənməyə qarşı limon
faydalı bir vasitədir.
Əqrəb sancarsa, parçanı bir neçə
dəfə duzlu su ya ya sirkəyə
batırıb, həmin yerə qoymaqla
ağrını sakitləşdirmək olar. Yaxud
bu zaman qaba süd töküb sancılan
bədən üzvünü südün içində
saxlayırlar, südün rənginin
saralması zəhərin südə keçdiyini
göstərir.
Həşərat sancması nəticəsində olan
zəhərlənməyə qarşı, işlənən yaxşı
vasitələrdən biri, zirinc və
almadan hazırlanmış şərbətdir. Bu
mə”cunu hazırlamaq üçün bərabər
miqdarda zirinc və alma şirəsini
bir-birinə qatır, alınan şirənin
dörddəbiri qədər limon şirəsi, o
qədər də şəkər əlavə edib,
mülayim od üzərində bişirirlər.
Qatı hala düşəndən sonra ondan
istifadə edirlər.
Ilan sancarkən zəhərin qana keçib,
bədənin başqa hissələrinə
yayılması üçün, dərhal sancılan
yeri parça ilə möhkəm
bağlayırlar, sonra neştər ilə
sancılan yeri kəsir, zəhəri
çıxarırlar. Burada süd və ya
qatıqdan istifadə edirlər.
Yabanı dağ soğanın bişirilmişindən
hazırlanan təpitmə, ilan və başqa
cücələrin sancması zamanı işlənir.
Təpitməni hazırlayarkən bir qədər
də sirkə qatılır.

[cavab]

pol Alik77 3 Dek 2012 / 23:48
Nurlanichka,çox sag ol.allah qoluna qüvvät versin.yax$i mäslähätlärdi.

[cavab]

pol murk 3 Dek 2012 / 23:54
maraqlidir sag olun

[cavab]

pol ozdunyamiz 4 Dek 2012 / 00:24
Melumatlar ve meslehetlerin ucun cooox sagol

[cavab]

pol Nurlanichka 5 Dek 2012 / 01:17
deymez, sizler sagolun:)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1632 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az