maraqlidi. Cizgi filmleri
Filoloq
2 Dek 2012 / 03:26
Onlar bizə bu nağılları
belə danışmamışdılar.
İllərlə böyüdüyümüz,
uşaqlığımızı keçirdiyimiz
qəhrəmanların əsl
hekayələrini eşitsəydik
onları yenə sevə
bilərdik?
Bəziləri təcavüzə məruz
qalıb, bəziləri faciəvi
formada ölübmüş. Gəlin
daha dəqiq birlikdə
oxuyaq.
1. Qırmızı papaq
Qırmızı papağın
hamımız bildiyimiz
versiyasında balaca
qızcığaz meşə
qoruyucuları tərəfindən
xilas edilir və qurd
öldürülür. Lakin Charles
Perraultun yazdığı
orijinal fransız dilində
olan versiyasında bu
qızcığaz əslində yetişkin
bir qadındır. O, səhv
edərək qurdun sözlərinə
inanır, axırda qurd onu
yeyir və hekayə burada
bitir. Nağılın verməyə
çalışdığı mesaj özgələrlə
danışmağın pis
olduğudur.
2. Balaca supərisi
Nağılın ən çox tanınan
1989-cu il versiyası
böyük bir yalandır.
Disney versiyasında
Ariel insana çevrilir və
beləliklə Ericlə evlənə bilir.
Lakin Hans Christian
Andersenin ilk
versiyasında supərisi
şəhzadənin evləndiyini
görür və onu bıçaqla
öldürmək qərarına gəlir.
Lakin o, qərarını dəyişir
və özünü sulara qərq
edərək ölür.
3. Ağca qız və yeddi
cırtdan
Məşhur versiyada kraliça
ovçudan Ağca qızı
öldürüb, onun ürəyini
gətirməyini istəyir və
ovçu bunu edə
bilməyərək bir donuzun
ürəyini kraliçaya gətirib
göstərir. Amma əsas
variantda kraliça Ağca
qızın qaraciyərini və
ağciyərini axşam
yeməyində yemək üçün
tələb edir. Həmçinin
orijinalında Ağca qız
şəhzadənin öpüşüylə
ayılmır, o, təsadüfən
oyanıb özünü
şəhzadənin atının
arxasında qaçırılarkən
görür. Yəqin ki,
şəhzadənin yatmış bir
qızı nəyə görə qaçırdığı
ilə bağlı ağlınızda şüphə
yoxdur.
Sonda isə kraliça
dəmirdən qaynar qırmızı
ayaqqabılarla rəqs
etməyə məcbur edilir.
4. Yatmış gözəl
Nağılın Disney
variantında gözəl
şəhzadənin əlinə lənətli
iynə batır və o, yüzillik
yuxuya gedir. Daha
sonra o, yaraşıqlı
şəhzadənin öpüşüylə
ayılır. Orijinalda isə
hekayə əməlli başlı bir
qızın faciəsindən bəhs
edir. Cadulanaraq yatmış
gözəlçəni yaraşıqlı
şəhzadə tək öpməklə
kifayətlənmir, hətta ona
təcavüz edir. Doqquz
aydan sonra gözəlçə
dünyaya elə yuxuda
olarkən iki övlad gətirir
və övladlarından biri qızın
cadulanmış barmağını
sovuraraq cadunu qırır.
Beləliklə gözəl şəhzadə
iki uşaq anası, təcavüzə
məruz qalmış bir xanım
kimi oyanır.
5. Sindrella- Göyçək
Fatma
Müasir Sindrellada
ayaqqabısını yerə salan
qız sonradan dünyanın
ən yaraşıqlı
şəhzadəsiylə evlənir.
Eradan əvvəl 1-ci əsrdə
yazılmış orijinalında isə
qızın adı Sindrella yox,
Rodopis olur. Orijinalda
ögey bacıları özlərini
şəhzadəyə sırımaq üçün
öz ayaqlarını kəsərək
ayaqqabıya salırlar. Bu
yalanı iki göyərçin
şəhzadəyə xəbər
verərək açırlar. Həmin
göyərçinlər daha sonra
bacıların gözlərini
çıxararaq kor dilənçilərə
çevirirlər. Sindrella, daha
doğrusu Rodopis isə lüks
içində şəhzadənin
sarayında yaşamağa
davam edir.
[cavab]
YeTiM
2 Dek 2012 / 10:49
twkr yazdiqincun cox maraqlidir.ellerine saqliq.
[cavab]
Seyfu
2 Dek 2012 / 16:14
Maraqlı idi.
[cavab]
Habil
2 Dek 2012 / 22:20
sarli pera kitabindadi brat
[cavab]
Rihanna
3 Dek 2012 / 04:11
Maragliydi twk
[cavab]
Filoloq
3 Dek 2012 / 17:58
oxudugunuz ucun TWK
[cavab]
Bölmeye qayıt