yaxsiliq yoxdur. Hekaye
Filoloq
2 Dek 2012 / 02:43
Yaxşılıq yoxdur
Bir qurdu ovçular
qovalayır. Qurd meşədə
ora bura qaçır, ancaq
ovçularıdan canını
qurtara bilmir. Yolda bir
kəndliyə rast gəilr. Qurd
adamın önünə çökər və
yalvarmağa başlayar:
«Ey insan, nə olar mənə
yardım et, ovçulardan
qaçacaq nəfəsim
qalmadı, əgər sən
yardım etməsən bir az
sonra tutub
öldürəcəklər. Kəndli bir
an düşünəndən sonra
yanındakı boş çuvalı
açar, qurdu içinə salar.
Çuvalın ağzını bağlayar,
dalına atıb gedər. Bir
neçə dəqiqə sonra da
ovçulara rast gələr.
Ovçular adma bir qurd
görüb görmədiyini
soruşar, kəndli
„görməmişəm“ deyər
və ovçular uzaqlaşır.
kəndli dalındakı torbayı
endirir, ağzını açır, qurdu
çıxarır.
»Çox təşəkkür edirəm"
deyər. Qurd, «Mənə
böyük bir yaxşılıq etdin.»
«Dəyməz» deyər kəndli
və tarlasının yolunu
tutar. «Bir dəqiqə» deyə
səslənər qurd: "Çox uzun
zamandır bu ovçulardan
qaçıram, çox bitkin
düşdüm, qüvvət
toplamaq üçün bir şeylər
yeməliyəm və burda
səndən başqa yiyəcəyin
bir şey yoxdu." Kəndli
çaşıb qalır: «Olar mı, mən
sənin həyatını
qurtardım.» «Edilən
yaxşılıqlardan daha tez
unudulan bir şey
yoxdur» deyər qurd.
«Mən də öz mənfəətim
üçün sənin yaxşılığını
unudmaq və səni
yeməliyəm.»
Bir müddət
münaqişədən sonra,
qarşılaşacaqları ilk üçə
bunu soruşmağa və ona
görə əməl etmək
qərarıma gəldilər.
Qarşılarına əvvəl yaşlı bir
qısraq (dişi at) çıxır. «Nə
vəfa» deyər qısraq,
«Mən sahibimə illərdi
xidmət etdim, arabasını
çəkdim, taylar doğdum,
gəzdirdim. Və yaşlanıb
bir işə yaramayanda
məni belə qapıya qoydu…
„Bir sıfır önə geçən qurd
sevinirkən bir itə rast
gəldilər.
“Mən xidmətin dəyərini
bilən bir əfəndi
görmədim» deyər it,
«Illərdir sədaqətlə
xidmət edərəm
sahibimə, qoyunlarını
qoruyaram, yadlara
hürərəm, amma o məni
hər gün döyür…» Qurd
kəndliyə dönər,
«gördün» deyər. Kəndli
də «Amma üç demişdik,
birinə də soruşaq, sonra
məni ye» deyə cavab
verir. Bu dəfə qarşılarına
bir tülkü çıxar. Başlarına
gələni danışırlar.
Tülkü həmişə nifrət
bəslədiyi qurda bir oyun
oynayacağı üçün
sevinər. «Hər şeyi başa
düşdüm, amma bu
balaca torbaya sən necə
sığışmısan?» deyər.
Qurd nə desə də tülkü:
«Gözümlə görməsəm
inanmam» deyər. Işin
sonuna gəldiyini
düşünən qurd torbaya
girər, tülkü kəndliyə
işarə edər və kəndli
torbanın ağzını yaxşıca
bağlayar. Kəndli əlinə bir
daş alar və «Məni
yemək istəyirdin ha
nankor heyvan»
deyərək torbanın
içindəki qurdu xeyli
vurar. Sonra tülküyə:
«Sənə minnətdarım,
məni bu qurddan
qurdardın» deyər. Tülkü
də «Mənim üçün bir zövq
idi» deyə cavab verər. O
an kəndlinin gözü
tülkünün parlaq kürkünə
sataşır. Bu kürkü
satarsa alacağı pulu
düşünər və heç
gözləmədən əlindəki
daşı başına vurub
tülkünü öldürər. Sonra
da torbanın içindəki
qurdu ayağıyla
dümsükləyər:
«Haqlısanmış qurd,
edilən yaxşılıqdan daha
tez unudulan bir şey
yoxmuş.
[cavab]
Rako
2 Dek 2012 / 02:54
Super
[cavab]
Filoloq
2 Dek 2012 / 03:10
Rako, TWK
[cavab]
murk
2 Dek 2012 / 03:44
maraqlidir.
[cavab]
Bölmeye qayıt
0.2018 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az