Atanın fədakarlığı (ilawka51)
ilawka51
30 Noy 2012 / 21:06
Gecə yarısı çayın uğultusundan və şimşək səsinə yuxudan oyandım. Anam həyəcanla pəncərədən baxırdı. Birdən kəndin ayağından adamların tükürpədici səsləri eşidildi. Elə bu vaxt atam içəri girib anama qışqırdı ki, kiçik qardaşımı oyatsın, Kür daşıb, kəndi su basır. Mən cəld ayağa qalxıb otağın küncündə atılıb qalmış gəlinciyimi götürmək istədim. Lakin atam imkan vermədi, cəld məni qucağına aldı. Üç yaşlı qardaşımı qucağına almış anam qiymətli şeylər saxladığı sandığa yaxınlaşanda atam onun qarşısını kəsib kobud şəkildə qapıya tərəf itələdi. Biz çölə çıxıb yaxınlıqdakı təpəyə tərəf qaçdıq. Təpənin başına bir az qalmış atam ayaq saxlayıb anamdan soruşdu:
- Alaşın zəncirini açmışdın?!
- Yox, - deyə anam titrəyə-titrəyə cavab verdi.
Atam məni qucağından yerə qoyub:
- Qızım, özün get, daha qorxma, - dedi və anamın fəryadına əəhəmiyyət verməyib bir andaca qaranlıqda gözdən itdi.
O gündən mən atamı görmədim. Mənim "kobud" atam ov itimizi, vəfalı dostunu xilas etmək üçün özünü qurban verdi.
[cavab]
EMIN98
30 Noy 2012 / 21:25
Bu hekayeni oxumuşdum. Amma yadımda deyil hansı kitabda. Super hekayedi.
[cavab]
Meymunka
30 Noy 2012 / 22:42
Twk cox tesirlidi
[cavab]
ilawka51
30 Noy 2012 / 22:45
Meymunka,deymez
[cavab]
Bölmeye qayıt