Victor Hugodan aforizmlər(ilawka51)

pol ilawka51 30 Noy 2012 / 20:59
Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.

Yuxusuzluq - bu gecənin insan üzərindəki zorakılığıdır.

Utanmazlıq bəzən ayıbı gizlədir.

Bizim xəyallarımız bizə ən uyğun olanıdır. Hər bir xəyal öz xüsusiyyətlərinə uyğun olaraq tərtib edilir.

Böyük təhlükələrin öz gözəlliyi var: O tanış olmayan insanlara qardaşlıq həyatı verir.
Dahi insanlar nadir hallarda təklikdə görünür.

Həyatda ən uca şey xoşbəxtlikdir - bu bizim sevildiyimizin əminliyidir, bizi necə varıq elə sevilirik və ya baxmayaraq ki biz beləyik , biz sevilirik.

İnsanın daxilindəki yaxşılıq - bu günəşdir.

Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur.

Diplomat sizə hər şey verər, öz hisslərindən başqa.

Dünya qüvvələrindən daha böyük qüvvə vardır: O Vaxtı gəlmiş ideyadır.
Qurbağa başqa bir qurbağanı dünyaya gətirərək əsər yaradır. Siz şübhə edirsiniz ? Sizdə eynisini etməyə çalışın.

Həyat - mahnıdır. Nəqarəti isə - ölüm.

Həyat - güldür. Sevgi - nektar.

Məntiq heç bir mərhəmət bilmir.

Susmaq - insanın bütün dərdlərini özündə sınayan ruhun sığıntısıdır.

Qadınlara hərdən itaət etmək lazımdır ki,onun üzərində hökmranlıq edəsən.

Bizim hərəkətlərimiz bizi ən uca göylərə qaldırar və eyni zamanda endirə bilər.

Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır.

Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir olmayan hallarda səhv yönə olacaq.

Mənəviyyat - çiçəkli bir haqqdır.

Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri.

Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı lakin, onun qəlbində ulduzlar parıldayırdı. *Qorxu üzərində qələbə bizə güc verir.

Məhşurluq - bu şöhrət dəyişdirilən qəpik kimidir.

Gülüş - bu günəşdir, o İnsan üzündən qışı qovur.

Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal.

İnsanda bir zülmkarlıq var - cəhalət.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1597 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az