(((SEVGI WERIM)))Ekskluziv
Dj-Heyder
29 Noy 2012 / 23:23
Yenə sən, yenə də sənin xatirən
Unudum dedikcə, əl çəkmir
məndən
Dayan, bir soruşum mən də
özümdən
Bəlkə unutmağı heç istəmirəm...
Ağlım bir söz deyir, ürəyim bir söz
Ağıl inad edir, ürək dözməyir
Ürəyə inadla deyir dayan, döz
Ürəksə ümidlə səni gözləyir
İnadmı, qürurmu, yoxsa bu nədi?
Bu eşqi bu hala nələr gətirdi?
Kimdən soruşdumsa bu sözü dedi :
“Sevdiyin o dilbər səni sevmirdi”
Mən necə inanım bu yalan sözə?
Məhəbbət əşyamı, görsənə gözə?
Xoş gündə mənimlə olan dilbərim
Yar odur cəfaya, pis günə dözə
Dərd istə, qəm istə dərdsiz könlünə
Dərdlər düşündürür insanı ancaq
Qoy Allah dərd versin dərdin
üstünə
Dərdsiz olmağını dərd elə ancaq
Sənsizlik dərdidi mənim də dərdim
Bilmirəm, əlacı varmı bu dərdin?!
İnan ki, bəlkə də çoxdan ölərdim
Hər gecə yuxuma sən gəlməsəydin
Heyder, sözünü bitir bu yerdə
Gərəkdi susasan lazım gələndə
Yapış əllərindən, sən qoyma getsin
Bu gecə yuxuna o yar gələndə
red. Dj-Heyder (29.11 /23:26)
[cavab]
Bykrasavcik
29 Noy 2012 / 23:30
Like
[cavab]
EMIN98
29 Noy 2012 / 23:59
Yaxşıdı. Kim yazıb?
[cavab]
Bölmeye qayıt