İNSANLAR.........

pol ilawka51 29 Noy 2012 / 22:26
Ətrafıma sizlərdən qorunmaq üçün bir divar hördüm. Amma unutmayın: Bu divarın hər kərpicini mənə siz verdiniz!

Parlaq bir gələcək, keçmişdəki acılarınızı unutmağınıza bağlıdır.

Boş zaman yoxdur, boşa keçən zaman vardır. Və həyatda vaxt öldürmək, elə özünü öldürmək deməkdir.

Heç bir şey insan qədər Yüksəlməz və insan qədər Alçalmaz!

Düşündüyünü de, dediyini et, etdiyinin arxasında dur. Amma diqqət et ki, öz sözlərinin altında əzilməyəsən. (Hz. Mövlana)

İnsanın hər nəfəsdə 2 dəfə şükür etməsi lazımdır. Biri nəfəs aldığı üçün, biri nəfəs verdiyi üçün. Çünki verib almamaq var və alıb verməmək var. (Sədi Şirazi)

İnsanlar var ki, palçığa düşsələr, palçığı kirlədərlər.

Fərqindəyəm məndə həyatımdakı saxta varlıqların. İstəsəm təmizləyə də bilərəm. Amma bu qədər saxtalığın səmimiyyətimə ehtiyacı var...

Qadınlar üçün vurulmaq asandır, nəinki bunu etiraf etmək.
Kişilər üçünsə etiraf etmək asandır, nəinki vurulmaq.

Ümid verib, güvən qazanıb yarı yolda buraxdığın şəxsin könül sədəqəsini 2 dünyada da verə bilmərsən.
- Hz. Məhəmməd

Heç nə etməmək çox çətin işdir. Çünki bunun nə vaxt bitəcəyini heç vaxt bilmirsən... (Corc Kluni)

Qərarlı olmaq iti bir bıçağa bənzər: iti və düzgün kəsər.
Qərarsızlıq isə küt bir bıçaq kimidir: kəsdiyi hər şeyi parçalayar və yırtar.

Bəzi insanların "sevgi yoxdur!" deməsi cahilin sənət əsərinə irad tutmasına bənzəyir. Çünki hər ikisi dərk etmədiyi bir şeydən danışır...

Ürəyini dünənin kədərləri, sabahın narahatlıqları ilə doldursan, Şükür edəcəyin bu günün olmaz..!

Bəzən insanlar iki yerə ayrılır:
- Yanımızdakılar,
- Ağlımızdakılar.

Biri üçün darıxdığınızda, kədərlənmək yerinə darıxa biləcək birinə sahib olduğunuz üçün, özünüzü şanslı hiss etməli olduğunuzun fərqinə varmalısınız.!

Tək peşmanlığım, kəlimələrimə belə layiq olmayan insanlara saatlarca cümlə qurmam idi...

Ya ümidsizsiniz, ya ümid sizsiniz! Ya çarəsizsiniz, ya çarə sizsiniz!

Səndə sevmədiyim 2 şey vardı:
- Üzlərin!

Və SonDa

Bəzən biz itirdiklərimizi layiq olmadığımız üçün deyil, daha yaxşısına layiq olduğumuz üçün itiririk...

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1862 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az