''YAXŞI BÖYÜDÜLƏN'' UŞAĞIN SONU

pol Memo 29 Noy 2012 / 21:34
Bir kişinin oğlu dünyaya gəlir. O,
bayram edir, iki qurban kəsib
paylayır. Heç görməmiş kim,
yanından ayrılmır. “Bir şey olar”
deyə zərif vücuduna
toxunmağa cəsarət etmir.
Uşaq böyüdükcə sevgisi də
böyüyür və onu ən gözəl
şəkildə yetişdirməyi qarşısına
qoyur. “Görsünlər” deyirdi,
“Görsünlər, uşağı necə
böyüdürlər”.
O, bu məqsədlə çox çalışır, uşaq
tərbiyəsi ilə bağlı kitablar
oxuyurdu. Bu kitabların
bəzilərində uşaq “müasir”
dedikləri sistemə görə tərbiyə
edilməli və hərəkətlərində son
dərəcə sərbəst olmalı idi. Özü
də çox məşğul olduğuna görə
istər-istəməz belə edəcəkdi.
“Demək ki, müasir sistemlər iş
adamlarını düşünəcək qədər
mükəmməldir”.
Tərbiyə sistemini
müəyyənləşdirdikdən sonra,
uşağın, pulu istədiyi yerə sərf
etməsinə, istədiyi filmə
baxmasına və istədiyi
adamlarla dostluq etməsinə bir
şey demədi. “Əks halda uşaq öz
şəxsiyyətini tapa bilməz və
gələcəyin böyükləri arasında öz
yerini tuta bilməz”di.
Özü dindar olsa da, “zəifləyər”
deyə oğluna oruc tutdurmaz,
yuxusuna haram qatmasın
deyə sübh namazına
qaldırmazdı. Oğlunun məscidə
birgə namaza getmək təklifini
də onun “yaxşılığını” düşünüb
hər dəfə rədd etmişdi. Yay
tətilində Quran kurslarına
getməsinə də mane olmuşdu.
Düşünürdü ki, onsuz da il boyu
məktəbdə oxuyub yorulub. Bir
də yayda gedib tər tökəsi deyil
ki? Qoy bir az da dincəlsin.
Kişi uşağına göstərdiyi bu
fədakarlığın bir gün meyvə
verəcəyinə inanırdı və onu
təbrik edəcəkləri günü
gözləyirdi.
İllər keçdi. Ata qocalmış, uşaq
da universiteti bitirdikdən
sonra, ailəsindən ayrılmışdı və
səsi sorağı gəlmirdi. Atası da
çətinliklə də olsa, axtarıb
oğlunu tapır və illərin ayrılıq
həsrətini yarım saata
sığışdırmalı olur. Vaxtı bitərkən
nəzarətçi gəlir və:
— Sizi təbrik edirəm, dayı, bu
həbsxanada sizin uşağınız kimi
tərbiyəli birisini görmədim, —
deyir.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1348 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az