Hüzünlü şeir.

pol Memo 29 Noy 2012 / 20:43
Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin
sən?
Necə yox olurmuş bir anda
insan,
Elə bil dünyada heç yox imişsən.
Günəş qürub etdi, otaq qaraldı,
Bir anda yox oldun sən xəyal
kimi.
İndi düşünürəm: Səndən nə
qaldı,
Könlümdə xatirən qara xal kimi.
Dərdimin, qəmimin səndin
ortağı,
Niyə üz döndərdin, bəs niyə
məndən?
"Dərdin mənə gəlsin!" -
deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs
sən?...
Bu gün yeddin oldu, anam, yeddi
gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə, yalnız sənə, sənə
deməkçün,
Könlümdə nə qədər mənim
sözüm var.
"Kimləri çağıraq bu gün
yeddiyə?"
Xalalar, bacılar soruşur
məndən.
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.
Anam, tapşırıldın ana torpağa,
Bu ölüm sinəmə çəkdi dağ
mənim.
Sən mənim arxamda bənzərdin
dağa,
Elə bil arxamdan uçdu dağ
mənim.
Ömrü başa vurdun altmış
yaşında.
Altmışın üstündə durub yaşın
da.
Artıq səninçün dayanan zaman
Mənimçün dolanır...
Gün olur axşam.
Vaxt keçir, sən məndən
uzaqlaşırsan,
Mən sənə günbəgün
yaxınlaşıram.

P.S: Bu şeiri B. Vahabzadə 1963-
cü ilin fevral ayında anası
Gülzar xanımın 63 yaşında
vəfatına görə yazmışdır.
Allah bütün anaları qorusun!
Olmayanlara isə səbr versin,
İnşaAllah!

red. Memo (29.11 /20:44)

[cavab]

pol Dj-Heyder 29 Noy 2012 / 20:45
Cox sagol can.Halaldi.B.Vahabzadenin weirleri superdide.
red. Dj-Heyder (29.11 /20:46)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.146 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az