Menali sozler.....

pol ilawka51 28 Noy 2012 / 01:49
Qadın diri diri basdırılarkən, onu oradan çıxarıb ayaqlarının altına cənnəti sərən dinin adıdır İslam.

Çox müqəddəs bir yerdə, adının yazılı olduğunu ifadə etmək istəyərəm; o yerr gündə 5 vaxt, səcdəyə dəyər.

Uşaqlarınızı çox öpün, hər öpüşdə Cənnətdəki dərəcəniz yüksələr.

Bir adam Allahdan başqa kimsəyə ehtiyacı olmadığına inansa; Allah da onu başqasına möhtac etməz.

Nəfsimi məğlub etdiyim tək yerdir bəlkə də səcdəm. Ya Rəbbi elə bir iman bəxş et ki, gözyaşlarımla islansın səccadəm.

Madəm ki özündə bir dərd və ya peşmanlıq hiss edirsən; Bu, Allahın sənə olan köməyinin və sevgisinin bir dəlilidir.

Qışqıran sükutlar vardır ki onu tək Allah eşidər.

Nə cəhənnəm əzabı, nə cənnət səfası. Yalnız Allah rizası.

Təpəndəki ağcaqanad belə əlini yelləmədən getməzkən, başındakı şeytan sən Qurani Kərimə sarılmadan gedərmi sanırsan?

Bilərək, bilməyərək, unudaraq, qəflətə düşərək etmiş olduğumuz bütün günahları əff et ALLAHım. Amin.

Ey aləmlərin tək sahibi! Uca Rəbbim! Bizə razı olacağın bir ömür və razı olduğun bir ölüm nəsib et! Amin.

Hər şeyi sənin üçün var etdim deyən Rəbbinə; Hər şeyi sənin üçün tərk etdim deyə bilməkdir eşq.

Ey Rəbbim! Toxun qırıq ürəyimə. Təmir et ən gözəl rəhmət və mərhəmətinlə. Məni heç kimin yerə atmasına və qırmasına icazə vermə.

Günahların qoxusu olsaydı, kimsə kimsənin yanına yaxınlaşa bilməzdi.

Sevdiyin qız gündə 5 dəfə görüşməyə çağırsa məni nə qədər çox sevir deyərsən. Rəbbin səni gündə 5 dəfə çağırır amma gəlmirsən.

Bir müsəlman qəsdi olmadan bir qadına baxar da sonra gözünü çevirsə, Allah onun üçün dadını ürəyində eşidəcəyi bir ibadət savabı yazar. Hədisi Şərif

Uca Rəbbim! Ürək sarayımızın sahibi sənsən. Elə bir yar nəsib et ki bu saraya; davamlı sənə səcdə etsin!

Nəfsini yandır KÜL ol. Allaha dön QUL ol. Yaxşılıq et GÜL ol.

Dilini Qələm Et, Göz Yaşını Mürəkkəb; Bir eşidən Və Görən Var Əlbət; Yetər Ki İstəməsini Bil, Dua et!

[cavab]

pol BEATIFUL 28 Noy 2012 / 19:11
ilawka51,
Aminn twk ilaska necede duzgun yazilmis sozlerdi.Cox sagol bele movzularin cox olsun)))))

[cavab]

pol murk 28 Noy 2012 / 22:33
cox maraqli mənali sözlərdi sag ol.........

[cavab]

pol ilawka51 29 Noy 2012 / 01:39
deymez

[cavab]

pol Meymunka 29 Noy 2012 / 13:08
Twk. Allah(c.c) razi olsun. Cox gozel sozlerdi. Ellerin derd gormesin INWALLAH

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1344 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az