Gecikdim (7.bölüm).........

pol ilawka51 28 Noy 2012 / 01:39
EMIN.... Yerində donub qaldı. Heç vaxt Eminə bu qədər yaxın olmamışdı. Emin gülümsünürdü. Bəlkədə onun gülməyinə səbəb Aynur üzündəki həyəcan qarışıq utancaqlıq, çaşqınlıq hissinin verdiyi mimikalar idi. Emin gülməyinə davam edərək:- Allah bağışlasın eybi yox - deyib keçib getdi.

Aynur çaşıb qalmışdı. Emindən üzr istəməmişdi axı. Demək Emin onun utancaqlığını duymuş, ona sataşmışdı, Aynur kəkələyə-kəkələyə, səsi gücle çixaraq- Bağışlayın deyə bildi. Emin eşitdi deyəsən. Çevrilib baxdı və gülərək çıxıb getdi.
Aynur hələdə özünə gəlməmişdi. Özünü toplayıb dərs otağına getdi. Birinci dəfə idi Eminə bu qədər yaxın olmuş, onunla danışmışdı. Bütün gün bunun təsiri altında oldu. Gah öz özünə gülümsündü, gah da donub qaldığına görə, Eminin gülməyinə səbəb olduğuna görə özünü qınadı. Bütün bunlara baxmayaraq yenə xoşbəxt idi. Çünki Emini görmüşdü. Artıq Emindən xoşlanmaq dərəcəsi deyəsən sevgiylə əvəz olunmağa başlamışdı. Platonik məhəbbət bu imiş. Kimsə sənin nələr yaşadığından xəbəri olmur, sən isə ona qarşı qarşısını ala bilmədiyin hissləri yaşayırsan. Onun bir baxışıyla özünü dünyanın xoşbəxti hesab edirsən. Öz özünə ürəyində onunla söhbət edir, 1001 xəyal qurursan. Onu gördükdə ürəyindən başa düşmədiyi hisslər meydana çıxır, ürək ritmləri sürətlənir, sanki köksünə sığmır qəlbin. Bütün bunları bilirdi Aynur. Elə ona görədə əmin idi artıq Emini sevdiyinə.

Evə qayıdırdı, yenə küçədə güclü futbol başlamışdı. Kənanın səhərki geyimindən əsər əlamət qalmamış. Ronaldo-sunu geyinmişdi. Aynur evə çatıb, yeməyini yemədən küçə futbolunu izləməyə başladı. Kənan həqiqətən çox gözəl oynayırdı. “ yəqin futbolçu olacaq, ona görədə dərsə getmir”- deyə fikirləşdi Aynur. Kənan bir dəfə bele olsun Aynur tərəfə baxmırdı. Digər uşaqlar isə özlərini, oyunları Aynura nümayiş etdirmək üçün dəridən qabıqdan çıxırdılar. Bütün bunlar Aynura çox gülməli gəlirdi. Uşaqların özlərini göstərməsi, onun bəyənməsinə çalışmaları olduqca əyləncəli idi.
Artıq axsam olmuşdu. Aynur dərslərini hazırlayıb, yatağına uzandı. Yenə Eminli xəyallar başlamışdı. Elə bu vaxt telefon səsləndi.
Aynur:-AlO
Telefonun digər ucunda həzin mahnı səslənirdi. Kim isə Rafet El Romanın məhəbbət mahnılarından birini qoymuşdu.
Aynur bir az qulaq asıb dəstəyi yerinə qoydu.
Günlər bir birini sürətlə əvəz edirdi. İlahə təhsil haqqını verdiyinə görə kəsir imtahanlarını verib dərsə qayıtmışdı. Amma əvvəlki İlahə deyildi. Sanki ağlı havada idi. Dərsə elə də maraq göstərmir, bütün gün sevgilisi ilə smsləşir, dərsdən sonrada gəzməyə gedirdi. Artıq Aynur ona heçnə demirdi. Bilirdiki dediklərinin onsuzda bir mənası yoxdur. İlahə öz bildiyindən heç vaxt əl çəkməyəcək.
Hətta 2 gün öncə İlahə ilə mübahisəsi düşmüşdü. 2 gün əvvəl dərs çıxışında İlahə ilə gedərkən bir oğlan İlahəyə yaxınlaşıb, onunla danışmaq istədiyini bildirir. İlahə nə qədər yox desədə oğlan əl çəkmir. Axırda İlahə razılaşır. Onlar Aynurdan bir az aralanıb söhbət edirlər. Aynurda kənarda durub İlahəni gözləyir. 10 dəqiqə sonra İlahə gəlir. Gülürdü.

Aynur: -Nə olub o kim idi?
İlahə: Bizim rayondan oğlan. Məktəb vaxtından məni sevir. Amma mən onu istəmirəm. Əskər gedəcək 3-4 günə. Gəlib mənlə görüməyə. Məndə son qərarımı dedimki məni unutsun. Gedib öz tayını tapsın. Oda ağlayırdı. Ona görə gülürəm. O boyda oğlan qabağımda durub ağlayır.
Aynur: -İlahə sənin qəlbin niyə belə daşdı. Görünürki o səni çox sevirmiş. Niyə qəlbini qırırsanki.
İlahə:- Boş ver onun qəlbindən mənə nə…

[cavab]

pol ilawka51 28 Noy 2012 / 01:40
O günden bəri Aynur İlahənin sevgi duyğusunun olmasından şübhə edirdi. Bu qız hər şeyi öz maraqlarına görə ölçürdü. Kimsənin qəlbi, duyğuları önəmli deyildi. İlahəni əsldən sevən, ona görə göz yaşı tökən oğlana yazığı gəlirdi.
Qrupdakı digər qızlar İlahəyə elədə üz vermirdilər. Bu heç İlahənin vecinə deyildi.
Qrup nümayündüsi Günay dekanlığa çağrıldı. 10 dəqiqə sonra gəlib bildirdiki Aynur və o seminara başqa universitetə göndərilir. Aynur getmək istəmirdi. Amma məcbur qalıb Günayla getməli oldu. Seminar keçirilən Universitetə çatəıb seminar otağına girdikdə gözlərinə inanmadı. Emində orda idi. Həmdə onlar oturmalı olduqları stolun arxasında əyləşmişdi. Qızlar keçib əyləşdilər. Günay Eminin yanında oturdu. Emində universitetdən göndərilmişdi seminara. Seminar başlayana qədər Günay Eminlə söhbətə başladı. Sən demə Emin universiteti bitirdikdən sonra xarici ölkəyə gedəcək. Aynur bunların hamısını eşidirdi. Eşitdikcədə ürəyində qara qanlar axırdı. Qəlbinin sahibi, ağ atlı prensi gedəcəkdi. Həmdə birdaha görməyəcəkdi onu. Heç olmasa ayda bir dəfə görmək Aynur üçün təsəlli idi. Amma Emin gedərsə heç vaxt onu görə bilməyəcəkdi. Ağır düşüncələrə qapılmışdı.

Emin: -Siz, söhbəti sevmirsiz?
Günay: -Aynur, Aynur. Nə olub sənə? Emin sənlədi...
Aynur: (ne olduğunun fərqinə varmadan) Nə olub?
Gunay: -Emin səndən söz soruşur.
Emin:- Gülərək –deyəsən qrup yoldaşınız həmişə fikri havalarda gəzir, nə qabağına baxır, nə deyilən sözü eşidir
Aynur tutuldu. Utandığından qızardı. Toqquşmaları hələdə unudulmamışdı.
Aynur: -Mən. Şey. Yox.
Emin: -Aydındır
Gunay: -Ay qız nə olub sənə??
Aynur: -Heçnə , heçnə olmayıb.
Seminar başladı. Aynur nə danışılanları eşidir, nədə seminar iştirakçılarını görürdü. Fikri Emində, onun birdəfəlik getməsində idi.
Fasilə zamanı onları çay süfrəsinə dəvət etdilər. Aynurgil gedənə qədər Emin onların çaylarını almışdı. Çay süfrəsi ətrafında Günay yenə dil boğaza qoymur, bildiyi bilmədiyi şeylər haqqında Emini sorğu suala tuturdu. Aynur yenə dinməz durub yerə baxırdı.
Emin:- Deyəsən rəfiqənizin problemi var? Kefi yoxdur.
Günay:- Yəqin dəryada gəmiləri batıb
Emin:- Aynur əyər gəmi batıbsa de kömək eləyim çıxarmağa.
Aynur:- Şey. Yox
Emin:- Sən başqa söz bilmirsən??
Aynur(nəhayət özünü toplayıb) :- Başım ağrıyır ona görə kefim yoxdu.
Günay:- A gərək bayaqdan deyəydin dərman tapardıq. Seminar başlayacaq indi. Eybi yox evə gedəndə alarıq dərman.
Qızlar seminar otağına qayıdır. Emin isə gəlməmişdi. Seminar başlayır. Bu arada qapı döyülür. Emin içəri girir. Seminar təşkilatçısı məzəmmətlə Eminə baxır.
Emin:- Üzr istəyirəm, gecikdim.
Emin gəlib yerinə oturanda cibindən dərman çıxarıb Aynura verir.
Aynur Eminin bu hərəkəti qarşısında nə edəcəyini bilmir. Hətta təşəkkür etməyi belə unudur.
Emin:- Dəyməz, buyur.

Aynur yenə utandığından pis vəziyyətə düşür. Yenə Emin onu utandırmışdı.
Seminar bitdikdən sonra Emin onları metroya qədər ötürür. Aynur hələdə olanlara inanmırdı. Eminlə bugün danışmış, hətta başı ağrıdığına görə onun üçün dərman almağa getmişdi. Ürəyi bir tərəfdən bu irəliləyişə sevinir, digər tərəfdən Eminin seminarda dediklərini, xaricə getmək istəyi onun qol qanadını qırırdı.

1 ay keçdi....
İlahə yenə sevgilisindən ayrılmışdı. Hələ yeni birini tapmamışdı. Emindən əsər-əlamət yox idi. Evdəki qızlarla həyat eynən davam edirdi. Kənan yenə futbol oynayırdı. Yenə hər axşam eyni vaxtda telefon səslənir, Rafetin həzin mahnısı otağa yayılırdı. Qızlar artıq buna adət etmişdilər. Zəng vuranın kim olmasıyla bağlı heç birinin bir fikri yox idi. Çünki heç birinin sevgilisi yox idi.
Ramazan ayı olduğuna görə Aynur oruc tutmağa başlamışdı. Qızlarıda oruc tutmağa sövq etsədə bir gün oruc tutmuş, iftara qədər güclə dayana bilmişdilər. Aynur iftar vaxtı azan səsini eşitmək üçün həmişə pəncərədə gözləyirdi. Bu zamanlarda Kənanda pəncərədən baxar, azan səsi eşidilən kimi çəkilərdi. Demək Kənan da Allahın əmrindən qaçmır, orucunu tuturdu. Bu Kənanı Aynurun gözündə yüksəldirdi.
Artıq dərs ili bitmək üzrə idi. Yenə imtahanların ağırlığı başlamışdı. Qızlar bəzən olurduki evdə yemək bişirməyə vaxt tapmırdılar. Bu vaxt kolbasa, yumurta, pendir çörəklə günü yola verirdilər.
İlahə yenə təhsil haqqı probleminə görə imtahana buraxılmırdı. Bu onun heç vecinə deyildi. Hələdə özü üçün geyinib gəzməyində idi.
Aynur Emin haqda düşünməməyə çalışırdı. Artıq demək olarki çoxdan bəri Emini görmürdü. Hətta eşitmişdi ki sevgilisi var. Buna görə özünə söz vermişdiki onu qəlbindən atacaq.
İmtahanları müvəffəqiyyətlə verib rayona qayıtmışdılar. Hər şey normal idi. Hərdən İlahə ilə danışır hal əhval tuturdu. İlahə rayona qayıtmamış, qohumlarının bir şirkətindən işə düzəlmişdi. Söz arası yeni sevgilisi haqqında deməyi də unutmamışdı Aynura.
Aynur isə daha sevgi haqqında düşünmür, düşünsə belə heç vaxt qarşılıqlı sevgisi olacağına inanmırdı.


P.S: Ardı var...

[cavab]

pol qaraw 28 Noy 2012 / 01:41
sen ne tez yazirsan axi

[cavab]

pol EMO1 28 Noy 2012 / 02:31
ilawka51, xaiw edirem birez tez yazinda ardini maraqlidi goren ne olacaq hele bele gozel hekaye oxumamiwdim super

[cavab]

pol ilawka51 28 Noy 2012 / 02:33
EMO1,duzu mende axirin bilmirem ne vaxt sayta qoysalar onda mende bura qoyacam))

[cavab]

pol EMO1 28 Noy 2012 / 02:46
ilawka51, hansi saytdi ki zehmet olmasa deye bilersen?

[cavab]

pol Meymunka 28 Noy 2012 / 13:02
Maraqlidi twk.
red. Meymunka (28.11 /13:04)

[cavab]

pol EMIN98 28 Noy 2012 / 13:07
Super.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1483 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az