Nobel mükafatı

pol PLAYBOY 27 Noy 2012 / 20:41
Nobel mükafatı

Nobel mükafatı medalı

Alfred Nobel
Nobel mükafatı, isveç dilində "Nobelpriset" - dəyərli elmi tədqiqatlar,inqilabi ixtiralar,mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhvəyə görə verilən nüfuzlu beynəlxalq mükafat.

27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir.1901-ci ildən verilir.

Nobel mükafatının məbləği hal-hazırda təxminən $1mln. 450 min-ə bərabərdir.

Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən aşağıdakı beş sahə üzrə verilməlidir:

Nobel Kimya Mükafatı
Nobel Fizika Mükafatı
Nobel Tibb və Fiziologiya Mükafatı
Nobel Ədəbiyyat Mükafatı
Nobel Sülh Mükafatı

Bundan başqa vəsiyyətdən kənar 1969-cu ildən başlayaraq İsveç Bankının təşəbbüsü ilə Nobel İqtisadiyyat Mükafatı da verilir. Onun təltif qaydası digər sahələrdə olduğu kimidir.

Laureat " Nobel xatirə mühazirəsi " söyləməlidir.O sonradan Nobel Fondu tərəfindən xüsusi cilddə nəşr edilir.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2082 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az