Şeytana nəhlət olsun.

pol *DJ_IbO* 7 Yan 2016 / 22:21
Şeytanın yolu bir kəndə düşmüş,
kürəyini bir ağaca söykəmiş və
buzovu payaya bağlı olan inəyi
sağan gənc bir qadını uzaqdan
izləməyə başlamış. Şeytan, qadını
neçə saat izlədikdən sonra
buzovun ipini bir az boşaltmış.
Buzov da anasının sağılmasını aç
qarınına izləməyə daha çox dözə
bilməmiş. Tərpəndikcə boyundakı
ip bir az daha boşalmış və
sonunda ip açılmış. Qaçaraq
anasını əmməyə gedən buzov,
süd qabına vurmuş və bütün süd
yerə tökülmüş. Sağdığı süd ziyan
olunca hirsi başına çıxan gənc
qadın, əlinə keçirdiyi odunu
buzovun başına vurmuş. Bala qan
içində yerə yıxılmış. Balasına
hücum etdiyini görən inək bir
təpiyə qadını öldürmüş.
Uzaqdan keçməkdə olan qadının
qayınatası, inəyin gəlininə
öldürdüyünü görüb, əlindəki
tüfənglə atəş edərək inəyi
öldürmüş. Silah səsini eşidən ər
qaçıb gəlmiş. Arvadını yerdə
cansız yatar, atasını da əlində
tüfənglə görüncə, silahını çəkib
tək atışla atasını öldürmüş. Qısa
bir müddət sonra həqiqəti
öyrənən gənc adam, bu qədər
ağrıya dözə bilməyəcəyini
düşünüb bir güllə də özunə
çəkib, özünü öldürmüşdür.
Şeytan gülərək, indi hər şeyin
cavabdehi olaraq məni görərlər.
Buzovun ipini boşaltmaqdan
başqa nə etdim ki, mən?

[cavab]

pol Kalxozcu 7 Yan 2016 / 22:32
Tekrardi amma yene de tsk
red. Kalxozcu (07.01 /22:33)

[cavab]

pol PreDaTo(r)S 8 Yan 2016 / 00:14
Twk .

[cavab]

pol AGeNT_7 8 Yan 2016 / 19:27
twk ellerine sagliq

[cavab]

pol PORSCHE 9 Yan 2016 / 02:40
Ne edeceksen daha,canina azzar eledin ))

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1697 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az