sevgi dusturu

pol Filoloq 27 Noy 2012 / 04:54
Oxşardır sevginin
tarixçələri.
Yatmışdıq yuxudan
ayıldıq,əlbət!
Belədir bir eşqin
nəticələri
Üstəgəl ayrılıq,çıxaq
məhəbbət.
Heç kimə dərs
deyil,olub-olacaq.
Həzz ilə zülm edir özünə
millət.
Səndən gördüklərim
bunlardır ancaq
Üstəgəl məşəqqət,çıxaq
mərhəmət.
Hər şeydə günahkar tək
məni saydın.
Biz necə olaydıq səninlə
xoşbəxt?!
Cəbrinin cavabı öncədən
aydın,
Üstəgəl haqsızlıq,çıxaq
ədalət!
Nə günə qoyurdu məni o
eşqin,
Hardandı səndəki bu
kin,kidurət?!
Hasilə nə qaldı,indi bax
sevin...
Üstəgəl miskinlik, çıxaq
əzəmət...
Dedilər sınama,sınanan
haqdı,
Əzilən adamdan umma
dəyanət.
Gör gəlib axırı hayana
çıxdı!
Üstəgəl xəyanət,çıxaq
sədaqət.
Mən ülfət unadım,sən
həsrət dedin.
Dözümə tapmadım
özümdə qüdrət!
İndi bu qalığı haqq-hesab
edin
Üstəgəl fəlakət,çıxaq
səadət.

[cavab]

pol BEATIFUL 27 Noy 2012 / 11:00
Filoloq,
Superdi eline sagliq.Suuuuper.
Bele yaxsidi.
Mehebbet+Sevgi+Ask+Etibar-Xeyanet-Kobudluq-Yalan-ikiuzluluk=Sonsuzadek hecbitmeyen saf mehebbet.

[cavab]

pol afer 27 Noy 2012 / 12:20
SUPER YAZAN ELLERIVIZ VAR OLSUN

[cavab]

pol Filoloq 27 Noy 2012 / 20:11
her kese TWK. BEATIFUL, Onun ucunde gerek sevdiyiyi yox aile qurduguyu sevesen. Cunki kimise cox sevirsense, cox vaxt onu itirirsen

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1554 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az