Mehebbet dilencisi

pol _____ 24 Dek 2015 / 10:39
Nə yaşa dolmağım sarsıtmır məni,
Nə də bu həyatın çətinlikləri,
Qəlbimdə boş qalıb bir qızın yeri,
Hələ də məhəbbət dilənçisiyəm!

Dünyamı əlimdən almayın mənim,
Qırışıq üzümə gülməyin mənim,
Sevməyimi ayıb bilməyin mənim,
Hələ də məhəbbət dilənçisiyəm!

Nə Məcnun deyiləm, nə yanan Kərəm,
Soy adım kədərdir, öz adım da qəm,
Xəstəyəm, bədbəxtəm, yazıq şairəm,
Hələ də məhəbbət dilənçisiyəm!

Az qala oğlum da evlənsin, hələ-
Mənim öz sevməyim düşübdür dilə,
Abırım gedibdir, qalmışam belə...
Hələ də məhəbbət dilənçisiyəm!


PIRUZ DILENCI

[cavab]

pol Kalxozcu 24 Dek 2015 / 11:17
super di movzu ucun tsk

[cavab]

pol fairy 24 Dek 2015 / 14:12
Gozeldi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1922 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az