Qaralama..
Hayallerim
17 Dek 2015 / 20:58
Gələcək dediyin şey və keçib gedə bilməyən bir keçmiş. Yaşanmaz onsuz o gələcək olan şeylər, keçmiş keçmişdə qalmayıbsa. Bunu bəzən keçmişdə qoymağa çalışdığın insanlarla yenidən qarşılaşdığında anlamış olursan, bəzən isə hər hansı bir mahnıda, bəzən gecənin dördündə, bəzən kimsənin olmadığı bir küçədə, bəzən də bir içki şüşəsinin dibində, hətta izdihamda belə... Çox keçməz bezərsən, qurtulmaq üçün etmədiyin şey qalmaz, amma olmur, olmaz çünki. O keçmişi tapa bilməmək insanlardan uzaqlaşmağın üçün ən əsas səbəbin olar. Ətrafındakı hər şey o qədər adiləşər ki, sənin üçün, insanlar arasında fərqi görməyi burax, insanların özünü belə boş verərsən. İçini sıxan şeylər hər gün daha da böyüyər içinde..Var gücünlə bağırsan belə keçməyəcək. Ən ağırı bir gün bu gerçəyi qəbul etməyə məcbur qalmaqdı. Və gün gəlir qəbul edərsən keçməyəcəyini. Bəlkə, günlər keçdikcə əvvəlki kimi təsir etməz heç bir şey, amma biraz da olsa o təsir həmişə qalacaq. Və ən əsası, ətirlər heç vaxt unudulmaz, bilirsən. Axı keçmişin də ətri var, hər dəfə hiss etdikcə içini parçalayan...
[cavab]
Bölmeye qayıt
0.2156 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az