Mourinyo istefaya göndərildi

pol MaGNiFiCeNT 17 Dek 2015 / 20:52
“Çelsi” İngiltərə Premyer liqasında 16-cı yerdə qərarlaşıb.

Joze Mourinyo “Çelsi" futbol klubunun baş məşqçi vəzifəsindən istefaya göndərilib.
Dekabrın 14-də London təmsilçisi səfərdə “Lester Siti” komandasına 1:2 hesabı ilə məğlub olub. “Çelsi” İngiltərə Premyer liqasında 16-cı yerdə qərarlaşıb. Komandanın hesabında cəmi 15 xal var.

Çempionlar Liqasında isə Roman Abramoviçin klubunun işləri yaxşı gedir. Komanda play-off mərhələsinə vəsiqə qazanıb.

Dekabrın 7-də məlumat verilib ki, “Çelsi” futbol klubu Jose Mourinyo ilə müqaviləyə vaxtından əvvəl xitam versə, baş məşqçi 37,5 milyon funt sterlinq kompensasiya alacaq.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2251 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az